Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə97/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   ...   103
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britanya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistan, Yunanistanın neft şirkətləri daxil olan konsorsium arasında Xzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yatağının bir hissəsinin birgə işləməsi haqqında 30-illik saziş imzalandı. Bu sənəd "Əsrin müqaviləsi" adlandı. Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 milyard dollarlıq sərmayə qoyuluşunu nəzərdə tutan 20 neft müqaviləsi imzalandı.

ABŞ-ın "EKSON", "AMOKO", "Yunokol", "Penzoyl", Böyük Britaniyanın "Britiş Petroliyum", Yaponiyanın "Mitsuri", "İtoçi", Norveçin "Statoyn", Səudiyyə Ərəbistanının "Delta", Rusiyanın "Lukoyl", Fransanın "Elf Akiten" və "Totol", İtaliyanın "ACİL" kimi neft şirkətləri Azərbaycanın neft, neft maşınqayırmasına yeni texnika və texnologiya gətirdilər. "Xəzərdənizineft" qurğusu "Dədə Qorqud" adı ilə 2-ci dəfə işə salındı. "Şelf-5" qazıma qurğusu əsaslı şəkildə yenidən quruldu, dünyada ən böyük üzən qazıma qurğularından birinə çevrildi və 1998-ci ildə "İstiqlal" adı ilə istifadəyə verildi. 2000-ci ildə "Qurtuluş" müasir qazıma qurğusu işə düşdü. 1997-ci il noyabrın 12-də "Əsrin Müqaviləsi" üzrə neft hasilatına başlanıldı.Çıxarılan neftin Avropa bazarlarında satlması üçün 1997-ci il oktyabrın 25-də Bakı-Novorossiyski, 1999-cu il apreil 17-də Bakı-Supsa (Gürcüstan) neft kəmərləri işə salındı.

1991-ci ildə Avropa Birliyinin köməyi ilə TASİS proqramı yaradıldı. Bu proqramın məramı yeni yaranmış müstəqil dövlətlərdə demokratik islahatlar keçirilməsinə kömək etmək idi. Avropa Birliyi proqramının böyük layihəsi olan Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA) - Böyük İpək Yolunun mühüm əhəmiyyəti var. 1993-cü ildə Avropa Birliyinin təşəbbüsü ilə nəqliyyat dəhlizinin açılması barəədə "Brüssel Bəyannaməsi" qəbul edildi. Onu 8 ölkə, o cümlədən AR imzaladı. 1998-ci il sentyabrın 7-8 də Bakıda İpək yolunun bərpası üzrə beynəxalq konfransı keçirildi. Konfransda 32 ölkə,13 beynəxalq təşkilatın nümayəndəsi iştirak etmişdir. Konfransda "Avropa Qafqaz-Asiya " Transqafqaz beynəxalq nəqliyyat dəhlizinin inkişafı haqqında çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanmışdır. Azərbaycan bu beynəxalq strukturun mərkəzinə çevrildi, konfransda yaradılan beynəxalq təşkilatın mənzil qərərgahı Bakıda yerləşdi.

4) Azərbaycanda siyasi inkişaf və demokratik dəyərlərin həyata keçirilməsi. Azərbaycan Respublikası Kosntitutisiyası (1995) qəbul edilməsi nəticəsində insan hüquqları və azadlıqlarının təmin edilməsinə zəmin yaradırdı. Respublikada qəbul edilmiş qanunlar da insan haqları və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq imkanını genişləndirdi. Azərbaycan Avropa Şurasına üzv oldu və bundan sonra bir sıra beynəxalq hüquqi aktlar qoşuldu. Bu aktlardan biri "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konsepsiyası idi. Beləliklə, Azərbaycanın milli qanunvericiliyini beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirməyi öhdəsinə götürdü. Bu məqsədlə Azərbaycanda Ombudsman təsisatı yaradıldı. 2001-ci il dekabrın 28-də Milli Məclis "azərbaycan Respublikasının İnsan hüquqları Üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununu qəbul etdi: bu qanunun başqa ölkələrdə qəbul edilmiş qanunlardan fərqləndirici xüsusiyyəti odur ki, Azərbaycanda hər bir kəsə Ombudsmana müraciət etmək hüququ verilir. 2002-ci il iyulun 2-də Elmira Süleymanova Azərbaycan Respublikasının ilk Ombudsmanı seçildi.

AR müstəqillik əldə etdikdən sonra dünya azərbaycanlıların ümid yerinə çevrildi,hər bir kəs bundan qürur duydu. 2001-ci il mayın 23-də Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən həmin il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlıların birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən 1105 nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayın qərarlarına uyğun olaraq Milli Məclisin "Xaricdə yaşayan azərbaycanlılara münasibətdə AR-nın dövlət siyasəti haqqında " qanun qəbul edildi. 2002-ci il iyulun 5-də xarici ölkədə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.

2006-cı il martında Bakıda dünya azərbaycanlıların II qrultayı keçirildi, Qurultay xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmlənməsini qeyd etdi.

AR Kontitusiyasının qəbul edilməsindən (1995) sonra respublikamızın bir sıra beynəl­xalq konvensiyalara qoşulmuşdur. Lakin bunlar Konstitusiyada əksini tapmamışdır. Bunları nəzərə alaraq, AR-nın prezidentinin fərmanına əsasən, 2002-ci il avqustun 24-də AR-nın Konstitusiyasına dəyişiklik edilməsinə dair referendum keçirildi. Xalq Konstitu­siyasının 24 maddəsində dəyişiklik edilməsinə səs verdi.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin