Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı. 1994-cü ildə bağlanməş "Əsrin Müqaviləsi" əsasında XXI əsrin ilk illlərində Azərbaycanın neft strategiyası davam etdirildi. Həmin dövrdən keçən illər ərzində neft sənayesi dinamik inkişaf etmiş,1998-2002-ci illərdə 65,5 mln.ton neft istehsal edilmişdi.Birinci neft müqaviləsinə əsasən "Günəşli" yatağında neft hasilatına başlanmışdır.
Azərbaycanda siyasətdə nef amilindən neft strateqiyasının tərkib hissəsi kimi istifadə olunur. 15 dövlətin 33 neft şirkəti ilə 21 neft müqaviləsi bağlanmış,bu sahəyə 60 milyard dollar invesisiya qoyulmuşdur. Bu siyasətin həyata keçirilməsi şrkətlərin mənsub olduğu ölkəklərdə iqtisadi,siyasi və mədəni əlaqələrin inkişafına şərait yaratmışdır.Neft amili Azərbaycanın Beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə də kömək edir.
1999-cu ildə Türkiyə, Azərbaycan, Gürcüstan dövlətləri Bakı-Tblisi-Ceyhan əsas Neft İxrac Boru Kəmərnin çəkilməsi barədə razılığa gəlmişdilər. Bu kəmərin 1730 km., nəqletmə imkanı isə ildə 50 mln. tondur. 2002-ci ildə sentyabrın 18-də Səngəçal sahil terminalında Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərləri bu kəmərin Azərbaycan hissəsini, 2003-cü ilin mayın 23-də Gürcüstan hissəsinin təməlini qoydular.
2006-cı ilin may ayında Bakı-Tbilis-Ceyhan əsas İxrac Neft Kəmərinin Azərbaycan, oktyabr ayında isə Gürcüstan hissəsinin istismara verilməsi m ərasimi keçirilmişdir. 2006-cı il iyulun 13-də H.Əliyev adına Bakı-Tbilis-Ceyhan Əsas İxrac Neft Kəmərinin açılışı oldu.
2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da Gürcüstan Respublikası ilə Bakı-Tbilis-Ceyhan qaz kəməri vasitəsilə Azərbaycana qaz kəməri vasitəsilə Azərbaycan qazının tranzit nəqli və satışı haqqında sazişlər imzalanmışdır. Bu qaz kəməri Cənubi Qaz kəməri də adlanır və uzunluğu 1050km-dir. 2003-cü il fevralın 27-dən bu qaz kəmərinin inşasına başlanılmışdır. 2003-cü il iyulun 24-də "Lider" dəniz qazma qurğusu istifadəyə verildi. 2004-cü ilin fevralında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"(2004-2008) qəbul edildi. Bu proqram əsasında görülən işlər nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı aradan qaldırmağa başlandı, qeyri neft sektoru inkişaf etdirildi. 2006-cı ilin martında İmişli Şəkər Zavodu işə düşdü. 2005-2006 cı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf surətinə görə dünyanın lider ölkəsi oldu, Azərbaycan İqtisadiyyatı 60 faizdən çox artmışdı. 2006-cı ildə sənayə istehsalın həcmi 40% çoxalmışdı. 2007-ci il fevralın 8-də Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi haqqında Azərbaycan, Türkiyə, Gürcüstan arasında saziş imzalandı. 2005-ci ilin fevralında "Azəri-Çiraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neft hasilatına başlandı.
Dostları ilə paylaş: |