Yol hərəkəti haqqında


 FƏSİL  Yol hərəkəti qaydalarının pozuntuları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
yhq az 062743

6 FƏSİL 
Yol hərəkəti qaydalarının pozuntuları 
 
Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət 
Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
 
7 FƏSİL 
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət 
 
 
Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi 
I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. 
II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində 
və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin 
edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat 
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə 
inteqrasiya olunmalıdır.
III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və 
nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş 
vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, 
narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət 
narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları 
müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin