Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat
Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar
haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
8 FƏSİL
Yekun müddəalar
Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan
Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq
edilir.
Maddə 87. Qanunun qüvvəyə minməsi
I. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Qüvvəyə mindiyi gündən altı ay müddətində yol hərəkəti
qaydalarını tənzimləyən bütün digər normativ-hüquqi aktlar bu Qanuna uyğunlaşdırılmalıdır.
II. Bu Qanun qüvvəyə mindiyi gündən sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına
gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul 1998-ci il
№ 517-IQ
2017v3
59
“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununa
1 SAYLI ƏLAVƏ
Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların
S İ Y A H I S I
I. Tormoz sistemləri
1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını təmin etmədikdə:
Nəqliyyat vasitələrinin növləri
Tormoz yolu (m)
ən çoxu
Müəyyən edilmiş
yavaşıma (m/s) ən azı
Tək nəqliyyat vasitələri: minik avtomobilləri və
onların yükdaşıma üçün modifikasiyaları
12,2 (14,5)
6,8 (6,1)
İcazə verilən maksimum kütləsi 5 tonadək olan
(5 ton da daxil olmaqla) avtobuslar
13,6 (18,7)
6,8 (5,5)
İcazə verilən maksimum kütləsi 5 tondan çox
olan avtobuslar
16,8 (19,9)
5,7 (5)
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan
(3,5 ton da daxil olmaqla) yük avtomobilləri
15,1 (19)
5,7 (5,4)
İcazə verilən maksimum kütləsi 3,5 tondan 12
tonadək olan (12 ton da daxil olmaqla) yük
avtomobilləri
17,3 (18,4)
5,7 (5,7)
İcazə verilən maksimum kütləsi 12 tondan çox
olan yük avtomobilləri
16 (17,7)
6,2 (6,1)
İkitəkərli motosikletlər və mopedlər
7,5 (7,5)
5,5 (5,5)
Yanqoşqulu motosikletlər
8,2 (8,2)
5 (5)
Minik avtomobillərinin və onların yükdaşıma üçün
modifikasiyalarının yedəyə aldığı avtomobil
qatarları
13,5 (14,5)
5,9 (6,1)
İcazə verilən maksimum kütləsi 5 tonadək olan
(5 ton da daxil olmaqla) avtobusların yedəyə
aldığı avtoqatarları
15,2 (18,7)
5,7 (5,5)
İcazə verilən maksimum kütləsi 5 tondan çox
olan avtobusların yedəyə aldığı avtoqatarları
18,4 (19,9)
5,5 (5)
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan
2017v3
60
Dostları ilə paylaş: |