2017v3
8
1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək,
müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq;
2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin
səbəbləri barədə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında
məlumat almaq;
4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
pulsuz tibbi yardım və digər təcili kömək almaq;
5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş
yol-nəqliyyat hadisələri
zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq qaydada tələb etmək;
6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin
hərəkətlərindən məhkəməyə şikayət etmək;
6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında
qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet
informasiya ehtiyatlarından məlumat almaq;
7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək.
II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol
hərəkəti qaydalarına əməl etmək;
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun
üçün keçirilən tədbirlərdə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək;
3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək;
4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün
tədbirləri həyata keçirmək;
5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
Dostları ilə paylaş: