"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR
№ 142
Bakı şəhəri, 1 sentyabr 2011-ci il
"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 fevral tarixli 378 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.6-cı yarımbənddən "cərimə qəbzlərinin," sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Dostları ilə paylaş: |