4.1.
|
Əlyazmaların rəqəmli formata çevrilməsi
|
AMEA
|
|
2019-2021
|
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan türkdilli, ərəbdilli, farsdilli əlyazmaların rəqəmsallaşdırılması - Elektron kitabxanasının yaradılması işi hazırda davam etdirilir. Bu günə qədər 4 250 (982 700 səh.) əlyazma Book Drive DİY cihazında skan edilmiş, fotosurəti çəkilmiş, materiallar xüsusi proqram vasitəsilə müvafiq ölçüyə və həcmə salınmış, pdf formatına konvertə edilmiş, faylların həcmi optimallaşdırılmış və əlyazmaların elektron variantı Elektron kitabxananın bazasına daxil edilmişdir. Elektronlaşdırılmış əlyazmaların mühafizəsini təmin etmək məqsədilə onlar hard-disklərə köçürülmüşdür.
Eyni zamanda əlyazmaların Elektron kataloqunun formalaşması işi də aparılır. Hal-hazırda əlyazmaların Elektron kataloqunun bazasına 12 745 nüsxə türkdilli, ərəbdilli, farsdilli əlyazma daxil edilmişdir.
Əlyazmalar İnstitutun fondunda saxlanılan 2 723 əski çap kitabı elektron kataloqa daxil edilmişdir.
“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 2019-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının elektronlaşdırılması işi aparılıb. Hazırda C.Cabbarlının arxivindən 300-ə yaxın sənəd elektronlaşdırılmışdır, bu isə 16 464 səhifə təşkil edir.
|
|