Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər



Yüklə 94,26 Kb.
səhifə19/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər:
“Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9 ünvanında yerləşən binasında təmir-bərpa və yenidənqurma işləri” obyektində işlər tam başa çatmışdır və istismara hazırlıq aktının alınması üçün sənədlər hazırlanır;
Gəncə şəhərində “Şah Abbas Karvansarayı”nın bərpası obyektində işlər başa çatdırılmış, istismara hazırlıq aktının alınması üçün müvafiq sənədlər hazırlanır;
Qazax rayonu “Sınıq körpü” abidəsində (inventar №-7) bərpa-konservasiya işləri davam edir;
Şəki şəhərində yerləşən “Gileyli məscidinin minarəsi (XVIII əsr)” abidəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması məqsədilə minarədə zəruri bərpa-gücləndirmə işlərinin aparılması üzrə işlər tam yekunlaşmış. Qəbul komissiyasının aktları hazırlanır;
“Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 mart 2019-cu il tarixli, 1041 nömrəli Sərəncam imzalanmışdır. Sərəncamın icrasının təmin edilməsi məqsədilə qeyd olunan obyekt illik Satınalma Planına daxil edilərək tender prosedurları keçirilmişdir.
Daşınmaz tarixi və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, Quba rayonunun Birinci Nügədi kəndində məscidin, Qobustan rayonunda Diri Baba türbəsinin, Balakən rayonunda Qala divarlarının, Hacıqabul rayonunda “Pir Hüseyn Xanəgahı”nın, Qax rayonunda İlisu Dövlət tarix-mədəniyyət qoruğu ərazisindəki Qalanın, Gəncə şəhərində Tatlar məscidinin müvafiq olaraq bərpası, konservasiyası və gücləndirilməsi üzrə layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Şəki şəhəri Cümə məscidi və Gəncə şəhəri Şahsevənlər məscidində elmi-tədqiqat işlərinin aparılması üzrə işlər davam etdirilmişdir.
Cari ilin aprel ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanmışdır.
2019-ci ilin birinci yarısında Dövlət Xidməti tərəfindən respublika ərazisində yerləşən abidələrin mülkiyyətçisi və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslər ilə abidələrin qorunması və onlardan istifadə qaydalarına dair 46 mühafizə müqaviləsi bağlanmışdır. Dövr ərzində Respublika ərazisində yerləşən bir çox abidəyə müdaxilə faktı qeydə alınmış, Dövlət Xidməti tərəfindən həmin halların aradan qaldırılması məqsədi ilə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları ilə birgə iş aparılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq tədbirlər görülmüşdür.

Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin