Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


NRYTN-in Elektron Təhlükəsizlik Xidmətinin



Yüklə 94,26 Kb.
səhifə22/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   17   18   19   20   21   22   23   24   25
NRYTN-in Elektron Təhlükəsizlik Xidmətinin “www.cert.az” internet informasiya ehtiyatında Yeni yaranan kibertəhlükələrlə, proqram və texniki avadanlıqlarda müəyyən olunmuş təhlükəsizlik zəiflikləri ilə bağlı mütəmadi olaraq xəbərdarlıqlar və bu təhlükələrə qarşı müdafiə üsulları haqqında tövsiyə xarakterli məlumatlar və təlimatlar yerləşdirilir.

Cari ilin birinci yarımilliyi ərzində “İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən təhlükəsiz istifadə”yə dair tövsiyə xarakterli məlumat hazırlanmış və “www.cert.az” internet informasiya ehtiyatında dərc edilmişdir. O cümlədən, Android əməliyyat sistemi ilə çalışan qurğuların “Simbad” ziyanverici proqramı ilə yoluxması barədə xəbərdarlıq hazırlanmış, həmçinin istifadəçilərə bu ziyanverici proqramdan müdafiə üçün tövsiyələr verilmişdir. İnternet və kompüter istifadəçilərin habelə, sistem inzibatçılarının və veb proqramçıların məlumatlandırılması məqsədilə “WPA3” protokolunda təhlükəsizlik zəiflikləri,  “jQuery” kitabxanasında təhlükəsizlik zəifliyi,  “Apache Tomcat”da kodun uzaqdan icra edilməsi boşluğu, “WhatsApp”da “Kodun uzaqdan icrası” təhlükəsizlik zəifliyi barədə xəbərdarlıqlar paylaşılmış və zəifliklərin yaratdığı problemlərin aradan qaldırılması üçün “WhatsApp” istifadəçilərinə  müvafiq tövsiyələr verilmişdir.



Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin