5.5.
|
“Uşaqların internet təhlükəsizliyi” mövzusunda təlimin təşkil edilməsi
|
NRYTN
|
TN, AQUPDK
|
Mütəmadi
|
5 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilmişdir. Tədbir NRYTN-in İKT-nın Tətbiqi və Tədrisi Mərkəzində keçirilmiş və tədbirə Şamaxı, Şirvan, Göyçay, Gəncə, Qazax, Zaqatala və Lənkəran şəhərlərindəki mərkəzlər, eləcə də həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər videokonfrans vasitəsilə qoşulmuşdur. Ümumi 122 nəfər olmaqla, Bakıdan 26 nəfər, Şirvan - 16, Göyçay - 16, Lənkəran - 16, Gəncə - 16, Qazax – 16 və Zaqatala 16 nəfər iştirak etmişdir. Tədbirdə uşaqlara internetdən təhlükəsiz istifadə qaydaları və fərdi məlumatların mühafizəsi qaydaları barədə məlumat verilmişdir.
|