Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə25/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   21   22   23   24   25   26   27   28   ...   49
Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi (C.Novruz).

Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün payız vaxtı, xəzəl çağıydı (C.Novruz).

Həmzə bəy. Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr (Ə.Haqverdiyev)

İngilis dilində zaman formalarının işlənməsinin spesifikliyi özünü zamanların uzlaşması qaydasında göstərir. İ.P.Verxovskaya “zamanların uzlaşması”nı “zamanların ardıcıllığı” və ya “zamanların dəyişməsi” terminləri ilə sinonim olduğunu qeyd edir [77, s. 7].

İngilis dilinə dair yazılmış əksər qrammatika kitablarında zamanların uzlaşması dedikdə baş cümlədə keçmiş zaman işləndikdə budaq cümlədə keçmiş zamanlardan birinin işlənməsi nəzərdə tutulur [2, s. 144-145; 104, s. 173-176; 165, s. 62-68; 172, s. 298-300 və s.].

İngilis dili tədqiqatçılarının müəyyən hissəsi tabeli mürəkkəb cümlənin bəzi tiplərində zamanların uzlaşması qaydasının fəaliyyət göstərdiyini, bəzilərində isə fəaliyyət göstərmədiyini qeyd edirlər. Dilçilik ədəbiyyatınını nəzərdən keçirilməsi onu göstərir ki, hansı növ tabeli mürəkkəb cümlələrdə zamanların uzlaşmasının işlənməsi məsələsində yekdil rəydə deyillər. C.O.Körm, H.Harrison, V. Tomson, A.Martine və başqalarının fikrincə, zamanların uzlaşması qaydaları bütün növ budaq cümlələrə aiddir [Bax: 163; 166; 174]. M.A.Qanşina və N.M. Vasilevskaya zamanların uzlaşması qaydasının müqayisə və təyin budaq cümlələri istisna olmaqla başqa bütün budaq cümlə növlərində gözlənildiyini qeyd edirlər [65].

İ.P.İvanova zamanların uzlaşmasına yalnız tamamlıq budaq cümlələrində riayət olunduğunu qeyd edir. Onun fikrincə, “zamanların ardıcıllığı və ya uzlaşması (Sequence of tenses) müasir ingilis dilində adətən qrammatistlər tərəfindən xalis sintaktik mövqedən, budaq cümlənin xəbərinin zaman formasının baş cümlənin xəbərinə tabe olması şəklində nəzərdən keçirilir. Sintaktik tabelilik nəzəriyyəsində zamanların uzlaşmasının bütün halları başa düşüləndir; amma uzlaşmanın olmaması halları qrammatikalarda budaq cümlənin məzmunundan (“ümumi həqiqətlər”, “ümumən yayılmış hadisələr”) çıxış edilərək aydınlaşdırılır. Beləliklə, qaydalardan istisna kimi nəzərdən keçirilən hallar isə tamamilə başqa prinsip əsasında qurulur, bu prinsip qaydanın özündən fərqlənir. Həmin qayda isə sintaktik münasibətə əsaslanır, istisnaların izahı isə məzmuna əsaslanır...” [94, s..158-159].

B.A.İlyiş tamamlıq və məqsəd budaq cümlələrində zamanların uzlaşmasını mümkün sayır [96; 167]. V.L.Kauşanskaya və həmmüəlliflərin yazdığı əsərdə tamamlıq, mübtəda, məqsəd, xəbər və təyin budaq cümlələrində zamanların uzlaşması qaydalarının fəaliyyət göstərdiyini qeyd edirlər [102].

E.M.Qordon və İ.P.Krılova da V.Kauşanskayanın fikri ilə razıdırlar [165].

N.A.Kobrina və həmmüəlliflərin fikrincə, zamanların uzlaşması qaydasının tamamlıq, mübtəda, xəbər və qoşulma budaq cümlələrinə aiddir: “Zamanların uzlaşması qaydaları ingilis dilinin xüsusiyyətlərindən biridir. Zamanların uzlaşması budaq cümlədəki xəbərin zaman formasının baş cümlədəki xəbərin zaman formasından asılılığıdır. Qaydalar əsasən xəbəri baş cümlədən keçmiş zamanların birində işlənməsi ilə asılı olan tamamlıq budaq cümlələrinə aiddir, amma bəzi digər budaq çümlələr üçün də keçərlidir (məsələn, mübtəda, xəbər və qoşulma budaq cümlələri” [105, s. 43-44].

Tədqiqatçıların fikirlərini nəzərdən keçirdikdə görürük ki, M.A.Qanşina və N.M. Vasilevskaya istisna olmaqla digərləri zaman budaq cümləsində zamanların uzlaşması qaydasının işlənmədiyini qeyd edirlər. Biz M.A.Qanşina və N.M. Vasilevskayanın fikri ilə razılaşırıq ki, zaman budaq cümləsində zamanların uzlaşması qaydası fəaliyyət göstərir. Zamanların uzlaşması qaydasının mahiyyəti ondan ibarətdir ki, baş cümlədə keçmiş zaman formalarından biri işləndikdə, baş cümlədəki hərəkətlə budaq cümlədəki hərəkətin eyni zamanlılığını göstərmək üçün budaq cümlədə sadə keçmiş zaman forması (Past Indefinite) və ya keçmiş davamedici zaman forması (Past Continuous) işlənir; budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətdən əvvəl icra olunmuşsa, budaq cümlədə keçmiş bitmiş zaman (Past Perfect) işlənir; budaq cümlədəki hərəkət baş cümlədəkindən sonra icra edilirsə, budaq cümlədə keçmişə nəzərən gələcək zaman formalarından biri (Future-in-the-Past) işlədilir.

Bu qaydadan çıxış etsək, zaman budaq cümlələrində də zamanların uzlaşması qaydasının fəaliyyət göstərdiyini görürük. Nümunələrə diqqət yetirək:



1. When we arrived at the port, the steamer was being loaded with grain.

2. As I was going down the road, I met your sister.

3. They were watching a film when we arrived

4. She was talking on her mobile phone while she was driving to work.

5. After the Sun had set, we saw thousands of fireflies.

6. When the moon rose, he flew back to the Happy Prince (O.Wilde).

7. When they reached the ground, Arrowhead intimated his intention to go towards the fire, and... (J.F.Cooper).

8. When day broke, he flew down to the river and had a bath (O.Wilde).

Nümunələrdən aşkar şəkildə görünür ki, baş cümlədə keçmiş zaman forması işləndikdə, budaq cümlədə də keçmiş zaman formalarının biri işlənir.

İngilis dilində zaman budaq cümlələrində xəbərin morfoloji səciyyəsindən bəhs edərkən, qeyd etmək lazımdır ki, bu növ budaq cümlələr üçün gələcək zaman formasının işlənməsi mövcud deyildir. Belə ki, baş cümlədə gələcək zaman işləndiyi təqdirdə, budaq cümlədə indiki zaman formalarından biri işlənir. Nümunələr:

We will call you when we finish the project.

I will call you while you are staying in the hotel.

We will call you after we have finished the project.

As long as I live, the personality of Dorian Gray will dominate me (O.Wilde).

You will have to wait until you hear from me again (Th.Dreiser).



Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticə çıxarmaq olar: ingilis və Azərbaycan dillərində zaman budaq cümləsinin xəbərinin morfoloji səciyyəsinin araşdırılması göstərir ki, Azərbaycan dilindən fərqli olaraq ingilis dilində xəbərin morfoloji ifadə olunması üsulunda müəyyən məhdudiyyət vardır. Azərbaycan dilində bu baxımdan daha çox sərbəstlik vardır. Belə ki, budaq cümlənin xəbərinin ifadə edilməsində dildə mövcud olan feil şəkillərinin hər biri iştirak edə bilər.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin