95. Musiqini məqsədyönlü, mənalı bəstələyib səsləndirin və ondan “ləhv” rəngini təmizləyin.
Mənim siz musiqiçilərdən, bu mühüm sahənin bilicilərindən istəyim budur ki, məsuliyyət hiss edin və musiqini xilas edin. Əlbəttə, mən istəmirəm ki, məfhumlar bir-biri ilə qarışsın. Bəzi ənənəvi musiqi biliciləri deyirlər: “Musiqi inqilabdan öncə bayağı idi. Lakin inqilabdan sonra, şükürlər olsun ki, bu bayağılıq aradan getdi”. Bir mütəxəssisə görə, musiqi bayağı idi. Xoşbəxtlikdən inqilabın təbii məhdudiyyətləri o bayağılığı musiqinin əndamından təmizlədi. Mən digər bölgüdən danışmaq istəyirəm. Çünki yalnız bayağılığın aradan getməsinə qane olmuram. Mən deyirəm ki, siz həmin qeyri-bayağı ənənəvi alimanə musiqinin özünə də cəhət verməyə borclusunuz. Mənim sizdən umacağım, musiqini məqsədyönlü etmənizdir. Mən bunu siz bəstəkarlardan, musiqiçilərdən umuram. Əgər siz bunu edə bilsəniz, elə bir iş görmüş olacaqsınız ki, tək İslam İran sivilizasiyası üçün yox, bütün dünya üçün uğurlu olacaqdır. Hətta ola bilər ki, gələcəkdə başqaları da sizin bu səyinizin nəticəsindən bəhrələnəcəklər.
Dediyim kimi, Uzaq Şərqdə, Hindistanda, Çində musiqinin vəziyyətindən xəbərim yoxdur. O haqda muhakimə yürütmək istəmirəm. Sizin musiqini məqsədyönlü edəcəyiniz təqdirdə əgər ərəb dünyası və digər İslam ölkələrinin musiqiləri də bundan faydalanacaqdır. Musiqini məqsədyönlü, mənalı bəstələyib səsləndirin və ondan “ləhv” rənglərini təmizləyin. İnsan sənəti sonsuzdur. Əgər bu prinsipə inanırsınızsa, fiziki təhriklər icad edən “ləhv” tərəfini ondan ayırmamağın nə lüzumu var. Siz dağıdıcı cəhətlərini ondan ayırmaqla yeni cəhərlər meydana gətirin.
Vaxtı ilə bu cəhətləri yaradanlar, icad edənlər sizdən yüksəkdə idilərmi? Əlbəttə, zövqlu, bilikli insanlar olmuşlar. Necə ki, siz də istedadlı, bilikli insanlarsınız. Mən sizi qəmginliyə, zövqsüzlüyə çağırmıram. Mənim çağrışım, dəvətim ülviliyə, musiqi hadisəsini bəşəriyyətin maddi problemlərindən kənara çəkməyə, yüksəyə qaldırmağa doğrudur. Ümidvaram ki, bu dəvətə cavabınız müsbət olacaq və musiqini ülviliyə sövq edəcəksiniz. Əgər siz də etməsəniz, nəhayət, digərləri gəlib bu təkamül üsulunu həyata keçirəcəklər. Hər halda bəşər həyatda təkamül etməyə məcburdur. Musiqi sahəsində elə əsərlər ərsəyə gətirmək lazımdır ki, xalqların, müdrik zəkalı insanların yolunu açsın. Hər əlsiz-ayaqsız, əyyaş adam musiqidən həzz alıb onun üçün səsləndiyini təsəvvür edirsə, əhəmiyyəti, dəyəri yoxdur. O musiqi dəyərlidir ki, ondan müdrik, mütəfəkkir, bəzən bir addımı, bir mövqeyi dünyanı silkələyən insanlar bəhrələnir, istifadə edirlər.
Yadımdadır keçənlərdə biz mübarizə ilə məşğul idik. Bir vaxt Bethovenin musiqisindən, sinfoniyasından söhbət düşdü. Bəzi məlumatlı adamlardan eşitdim ki, Əliyev şürü Sovetin xilas olmasına səbəb olub. Sovet məkanında bir bəstəkar, musiqiçi sizin şur ladınızdan bir musiqi hazırlayır və böyük bir milləti silkələyir.
Mən Əliyevi tanımıram və onun şurunu eşitməmişəm. Amma şurun nə olduğunu bilirəm və bilirəm ki, istedadlı insan bir musiqi ilə bir milləti dəyişə, silkələyə bilər. Musiqi vadisində bu məsələlərin ardınca gedin. Musiqi bu istiqamətə yönlənməlidir. Tele-radio şirkəti bu sahədə üzərinə daha çox məsuliyyət düşən orqandır. Tele-radio şirkətinin adını çəkməyim Mədəniyyət Nazirliyini unutmağım demək deyil. Mədəniyyət Nazirliyi də bu sahədə ən çox məsuliyyət daşıyan idarələrdəndir. Amma siz üzərinə ən çox öhdəlik, məsuliyyət düşənlərdənsiniz. Elə isə bu işin ardınca gedin96.
96. Univeristetlərdə musiqi yayılmamalıdır.
Hazırda ölkənin univeristetlərində musiqi geniş yayılır. Belə olmamalıdır. Musiqi yaymaq İslamın istəyinə zidd işdir. Doğrudur, bütün musiqilər haram deyil. Amma musiqini yaymağın mənası bu deyil ki, diqqətlə araşdırıb, qeyri-haram musiqini tapsınlar və onu öyrətsinlər, yaysınlar.97
Dostları ilə paylaş: |