“ AZƏRBAYCAN HAVA YOLLARI ”
MİLLİ AVİASİYA AKADEMİYASI
Fakültə: İqtisadiyyat və hüquq
Kafedra: Hüquqşünaslıq
İxtisas: BİM
Qrup: 367a
Sərbəst iş
Mövzu: Beynəlxalq iqtisadi Hüququn anlayışı və predmeti
Rəhbər:İmanaov İsmayıl
Tələbə:Səfərov Məğrur
BAKI 2010
Beynəlxalq İqtisadi Hüququn anlayışı və predmeti
Beynəlxalq iqtisadi hüququn yaranmasının tarixi çox qədimlərə gedib çıxır. Dövlətlər öz aralarında iqtisadi əlaqərin, ilk növbədə ticarət əlaqələrinin beynəlxalq hüquqi tənzimlənməsi çox qədimlərdən meydana gəlmişdir və qədim zamanlardan ticarət müqavilələrinin mövcud olması onlarda olan beynəlxalq müqavilələrinin əsas predmetlərindən birisi olmasına dəlalət etmişdir. Həm də ilk zamanlardan Azad Ticarət müqavilələri mənəvi və hüquqi prinsipi kimi tanınmışdır. Hələ bizim eramızdan əvvəl 2-ci əsrdə qədim Roma tarıxçisi Flor qeyd etmişdir ki, “ ticarət əlaqələrinin kəsilməsi insan nəslindəki ittifaqının pozulması deməkdir ”. 17-ci əsrdə yaşamış Hüqo Qradiski göstərirdi: “ İstənilən xalqın digər istənilən xalqla qarşılıqlı ticarət əlaqələrinə əngəl törətməyə heç bir kəsin ixtiyarı yoxdur ”. Məhz bu güc kommersiya prinsipi, yəni azad ticarət hüququ ( “ticarət” geniş mənada götürülür ) beynəlxalq iqtisadi hüququn əsasını təşkil edir.
17-ci əsrdə ilk xüsusi beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir. 20-ci əsrə qədər dövlətlərin qarşılıqlı iqtisadi münasibətlərinin tənzimlənməsinə dair bir sıra xüsusi prinsiplər, institutlar və beynəlxalq hüquqi daktilinalar təşəkkül tapmışdır. Buna misal olaraq “ bərabər imkanlar “, “ açıq qapılar “, “ konsul yuristiksiyası “, “qazanılmış hüquqlar”, millət üçün ən əlverişli”, “milli rejim”, qeyri-ayrıseçkilik” və s. göstərmək olar. Bu kimi prinsip və nəzəriyyələrdə azad ticarətin mənafeləri ilə xarici bazarların inhisara alınması arasında olan ziddiyətlər əks etdirilmişdir.
19-20-ci əsrlərdə beynəlxalq iqtisadi və elmi texniki əməkdaşlığın yeni formalarının meydana gəlməsi yeni müqavilə növlərinin ( mal dövriyyəsi və ödəmələr haqqında, nəqliyyat, rabitə, sənaye mülkiyyəti və s. üzrə sazişlər) yaranmasına, habelə çox saylı beynəlxalq iqtisadi və elmi texniki təşkilatların təşəkkül tapmasına təkan vermişdir. İkinci dünya müharibəsindən sonra bu sahədə inkişaf daha da sürətlə getmişdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində onun məqsədlərindən biri kimi iqtisadi xarakterli beynəlxalq problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi göstərilib.
20-ci əsrin ikinci yarısında Avropada xüsusi iqtisadi inteqrasiyalı beynəlxalq təşkilatlar – Avropa Birliyi və İqtisadi Qarşılıqlı Yardım Şurası meydana gəlmişdir. Tarixdə ilk dəfə olaraq 1947-ci ildə çox tərəfli ticarət müqaviləsi – Tariflər və Ticarət haqqında Ümumi Saziş ( TATÜ ) adlı müqavilə bağlanılır. Beynəlxalq İqtisadi Əməkdaşlığın və onun hüquqi tənzimlənməsinin beynəlxalq həyatda müstəsna rolu vardır. Təkcə onu göstərmək olar ki, bağlanılan bütün beynəlxalq müqavilələrin və fəaliyyət göstərən beynəlxalq təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı münasibətlərinə aiddir.
Beynəlxalq iqtisadi hüququn tərifi. Beynəlxalq İqtisadi Hüququ Beynəlxalq Ümumi Hüququn dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında beynəlxalq münasibətləri tənzimiləyən prinsip və normaların məcmusundan ibarət olan sahəsi kimi müəyyən etmək olar.
Beynəlxalq iqtisadi hüququn predmeti.
Beynəlxalq iqtisadi hüququn predmeti dövlətlər arasında, habelə beynəlxalq iqtisadi hüququn digər subyektləri arasında olan çoxtərəfli və ikitərəfli beynəlxalq iqtisadi münasibətlərdir. İqtisadi münasibətlərə ticarət əlaqələrini, habelə, istehsalat, Elmi Texniki, valyuta – maliyyə, nəqliyyat, rabitə, energetika, intellektual mülkiyyət, turizm və digər sahələrdə kommersiya münasibətlərinin aid etmək olar.
Qərb ölkələrinin müasir hüquq ədəbiyyatında Beynəlxalq İqtisadi Hüququn əsas konsepsiyaları irəli sürülmüşdür. Bunlardan birinə “ klassik konsepsiya “ deyilir. Bu klassik konsepsiyaya görə Beynəlaxlq İqtisadi Hüquq beynəlxalq publik hüququn sahəsidir və onun predmetləri beynəlxalq hüququn subyektləri arasında olan iqtisadi münasibətlərdir. ( H. Şvartsenberger və Y. Brounli - Böyük Britaniya; P. Verloren Van Temaat – Niderland; V. Levi – Amerika Birləşmiş Ştatları; P. Veyl – Fransa; P. Pikone – İtaliya və s. )
Hazırda qərb ədəbiyyatında geniş yayılmış konsepsiyaya əsasən Beynəlxalq İqtisadi Hüququn normalarının mənbəyi həm beynəlxalq hüquq, həm də dövlət daxili hüquqdur. Beynəlxalq İqtisadi Hüququn hüquqi qüvvəsi isə bir dövlətin hüdudlarından çox kənara çıxa bilən ticarət münasibətlərindən iştirak edən bütün hüquq subyektlərini əhatə edir ( A. Levenfeld – Amerika Birləşmiş Ştatları; P. Fişer, G. Erler, V. Fikentşer – Almaniya Federativ Respublikası; V. Fridman, E. Pitersman – Böyük Britaniya; P.Reyter – Fransa və s.). Bu ikinci konsepsiyya qərbdə əsasən irəli sürülmüş və beynəlxalq hüququn subyektləri kimi dövlətlərlə transmilli koorparasiyyaları bərabərləşdirmək məqsədilə istifadə edilən transmilli hüququn nəzəriyyəsi ilə səsləşir.
İnkişaf etmiş ölkələrin hüquq ədəbiyyatında İnkişaf Üzrə Beynəlxalq Hüquq Konsepsiyası geniş yayılmışdır. Bu kopnsepsiyaya görə ən yoxsul ölkələr inkişaf etmək üçün xüsusi hüquqa malik olmalıdırlar.
Beynəlxalq iqtisadi hüququn subyektləri onun beynəlxalq hüququnun bir yarımsahəsi olmaqla bərabər beynəlxalq ümumi hüququn subyektləri də onlara xas olan subyektlərdir. Bura dövlətlər, dövlətə bənzər qurumlar, beynəlxalq təşkilatlar və bu kimi statuslara malik olan hüquqi şəxslər aiddirlər. Lakin dövlətlər xarici iqtisadi mülki hüququna, kommersiya fəaliyyətində iştirak etmək hüququna malikdirlər. Ticarət edən dövlət beynəlxalq subyekti kimi qalmaqla yanaşı digər dövlətin milli hüququnun subyekti kimi də çıxış edə bilər. Lakin bu dövlətin ona məxsus immunitetlərindən məhrum etmir. İmmunitetlərdən imtina etmək üçün dövlətin öz iradəsini açıq ifadə etməsi çox zəruridir. Dövlətin öz immunitetlərindən imtina etməsi o zaman baş verə bilər ki, mövcud olan iki dövlətin bir dövlətdə birləşməsi baş versin.
Dostları ilə paylaş: |