1. Siyasət haqqında ümumi məlumat Siyasət



Yüklə 23,35 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü23,35 Kb.
#106756
  1   2   3
76 2


Plan

1.Siyasət haqqında ümumi məlumat

2.Siyasi fəaliyyət və siyası problemlər

3.Demoqrafik siyasi problemlər

Siyasət probleminin nəzəri əsasları

1.Siyasət haqqında ümumi məlumat

Siyasət — dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi.

Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.[1]

"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir zamanda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.

Politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir.

Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlərsiyasi institutlar və siyasi ideologiya vasitələri ilə həyata keçirilir.


  • Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasibətləri ifadə edir.

  • İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir.

  • Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.

Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır.

Siyasəti bir sıra elmlər (politologiya, siyasi sosiologiya, siyasi psixologiya və s) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsirini araşdırır.




Yüklə 23,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin