Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və aparatlarının işçilərinin aylıq



Yüklə 71,3 Kb.
tarix10.06.2018
ölçüsü71,3 Kb.
#53229

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”na


1 nömrəli əlavə

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və aparatlarının işçilərinin aylıq
ƏMƏKHAQQI SXEMİ


Sıra

-si



Vəzifələrin adları

Ticarət nümayəndəsinin əməkhaqqından, faizlə

1.

Baş məsləhətçi

75

2.

Məsləhətçi

60

3.

Mütəxəssis

45

______________________

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”na
2 nömrəli əlavə
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri üçün dövlət büdcəsi tərəfindən maliyyələşdirilən

tibbi sığorta zərfi
Ambulator tibbi yardım

1. Terapevt və digər tibbi mütəxəssislər tərəfindən aparılan müalicə xərcləri.

2. Təxirəsalınmaz ambulator tibbi yardım.

3. Təxirəsalınmaz ambulator stomatoloji yardım və stasionar müalicə.

4. Ambulator cərrahiyyə.

Stasionar tibbi yardım

1. Xəstəxanada qalma xərcləri.

2. Təyin edilmiş  dərman və materialların xərci.

3. Təcili cərrahiyyə əməliyyatları (əməliyyatdan əvvəlki və sonrakı müalicə də daxil olmaqla).

4. Kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, positron emissiya tomoqrafiyası (stasionar və ambulator müalicə zamanı).

5. Yaşı 18-dən az olan xəstə ilə valideynlərindən birinin qalması xərcləri.

6. Təxirəsalınmaz stasionar stomatoloji yardım.

7. Hospitalizasiyadan dərhal sonrakı reabilitasiya müalicəsi.

8. Yerli təcili yardım xidməti.

9. Tibbi evakuasiya.

10. Evakuasiya olunan şəxsin bir nəfər tərəfindən müşayiət edilməsi xərcləri.

11. Akuşer-ginekoloji yardımın göstərilməsi.


Qeyd. Bu siyahıya daxil olmayan tibbi xidmətlərdən istifadə xərcləri ticarət nümayəndəsinin və onun aparatının işçisinin öz vəsaiti hesabına ödənilir.

______________________

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”na
3 nömrəli əlavə
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin yaşayış yeri ilə təminatı normaları


Sıra №-si

Vəzifələrin adları

Yaşayış sahəsinin yuxarı həddi (kv.m)

1.

Ticarət nümayəndəsi

80

2.

Baş məsləhətçi

50

3.

Məsləhətçi

40

4.

Mütəxəssis

35



Qeydlər:

1. Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan 2 və daha çox ailə üzvü olduqda, ticarət nümayəndəsi göstərilən yaşayış sahəsinin yuxarı həddini (adambaşına düşən yaşayış sahəsi 12 kv. metrdən artıq olmamaqla) artıra bilər.

2. Yaşayış yerinin sahəsi nəzərdə tutulmuş normalardan (ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada artırılmış normalar nəzərə alınmaqla) yuxarı olduğu təqdirdə, artıq olan sahənin haqqı ticarət nümayəndəsinin və onun aparatının işçisinin öz şəxsi vəsaiti hesabına ödənilir.

3. Yaşayış sahəsinə yataq otaqlarının tutduğu sahə daxil edilir.


______________________


“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”na
4 nömrəli əlavə
Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə təhkim olunan xidməti minik və digər avtonəqliyyat vasitələrinin say həddi (limiti) və onlar üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları
1. Ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təhkim olunan xidməti minik və digər avtonəqliyyat vasitələri üçün tam iş vaxtı üzrə aylıq yürüş həddinin norması 1000 km müəyyən edilir.

2. İşin xüsusiyyətləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda, avtonəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

3. Xidməti zərurət və ya işin xüsusiyyətləri nəzərə alınmaqla, ticarət nümayəndəsinin xidməti minik avtomobili üçün aylıq yürüş həddi 40 faiz artırılır.

4. Avtonəqliyyat vasitələrinin 1 ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın həcminə uyğun olaraq müəyyən edilir.

5. Yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfi) aşağıdakı hallarda artırılır:

5.1. qış mövsümündə işlədikdə - 5 faizə qədər;

5.2. dəniz səviyyəsinə görə yüksəklikdə işlədiyi vaxt:

5.2.1. 1000 metrdən 1500 metrə qədər - 5 faiz;

5.2.2. 1501 metrdən 2000 metrə qədər - 10 faiz;

5.2.3. 2001 metrdən yuxarı - 15 faiz;

5.3. əsaslı təmirdən çıxmış və təzə avtomobillərin istismarı zamanı birinci 1000 km yürüşə görə - 5 faizə qədər.

6. Kondisioner istifadə olunduğu hallarda, yanacaq sərfi avtonəqliyyat vasitəsinin texniki göstəricilərinə əsasən müəyyən edilir.

7. Avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə avtonəqliyyat vasitələrinin hər biri üçün hər il xərclər smetasında vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

7.1. avtonəqliyyat vasitələrinə yanacaq xərcləri - hər bir avtonəqliyyat vasitəsinə bu normanın tələblərinə uyğun olaraq hesablanmış yanacaq tələbatının dəyəri həcmində;

7.2. sürtkü materiallarının (mühərrik yağının, əyləc mayesinin, soyuducu və digər mayelərin) alınması xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində;

7.3. avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitəsinin ilkin dəyərinin 2 faizi məbləğində.

8. Avtonəqliyyat vasitələrinin əsaslı təmiri təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, qüsur aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

9. Ticarət nümayəndəsinə təhkim edilən xidməti minik avtomobilinin say həddi (limiti) 1 ədəd müəyyən edilir və aparatın digər işçilərinə ümumi istifadə üçün 1 ədəd nəqliyyat vasitəsi ayrılır.




______________________
Yüklə 71,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin