Layihənin idarə edilməsi üzrə mövcud olan tərifləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, layihənin idarə edilməsi» - «dəyişikliklərin idarə edilməsi» deməkdir.
Layihənin idarə edilməsi
Layihənin İdarə edilməsi - idarəetmə texnikası və metodlarından istifadə etməklə işlərin həcmini, qiymətini, vaxtmı, keyfiyyətini, iştirakçılann təminatını layihənin tam həyat dövründə düzgün idarəetmək məqsədilə insan material ehtiyatlannm va koordinasiya edilməsi deməkdir. Bu işlər layihə rəhbərinin məharətindən asılıdır.
İşlərin tərkibi
Layihələrin idarə edilməsi üzrə işlərin tərkibi obyektlərdən və hərəkətlərdən ibarətdir. Layihənin struktur planında əsas və xüsusi məqsədlər müəyyənləşdirilir. Layihələrin həyata keçirilməsi zamanı məqsədlər dəyişilə bilər və bu zaman qeydə alınmış səhvlərin dərhal qarşısı alınmalıdır. Sistematik olaraq dəyişikləri düzgün idarə edərək vaxta və xərclərə müəyyən təsir göstərmək olar. Layihənin ilk anlarından bitənədək sifarişçinin və bazann tələblərinə uyğun olaraq keyfiyyət idarə olunur. Kontraktlann idarə edilməsi sifarişçi və icraçı arasmda münasibətləri tənzimləyir.
Fəlsəfə və metodologiyası
Artıq əmin olduğumuz kimi, bu gün biliklərin, funksiyaların, prosedurlann digər halların tərkibini dəqiq şəkildə və müəyyənləşdirən vahid layihə idarəçiliyi konsepsiyası mövcud deyildir. Bununla bağlı olaraq, çoxlu müxtəlif fikirlər mövcuddur. Lakin burada prinsipial olaraq bir çox ümumi cəhətlər vardır ki, bu da idarəetmənin əsasını təşkil edən layihələrin idarə edilməsinin fəlsəfə və metodologiyasını dəqiq şəkildə müəyyənləşdirməyə imkan yaradır.
Layihə o vaxt uğurlu hesab edilir ki, müəyyən edilmiş büdcə çərçivəsində, vaxtında və keyfiyyətlə məqsədə çatmaq mümkün olsun. Layihənin idarə edilməsi aşağıdakı hipoteza asaslanır:
Mütəşəkkil şəkildə yerinə yetirilən layihələrdə məqsədə çatmaq ehtimalı daha çoxdur, nəinki intizamsız təşkil edilmiş layihələrdə