A) Ədədlər çoxluğu
Çoxluqlar yalnız əşyalardan, insanlardan deyil, həm də ədədlərdən təşkil olunur. Ədədlər çoxluğunun «ağacı» aşağıdakı kimidir.
Natural ədədlər çoxluğu (N)
Kəsr ədələr çoxluğu (K) Tam ədədlər çoxluğu (Z)
![](606_html_52e243d2.gif)
Rasional ədədlər çoxluğu(Q) İrrasional ədədlər çoxluğu(İ)
![](606_html_m498dd18a.gif)
Həqiqi ədədlər çoxluğu(R)
Kompleks ədədlər çoxluğu(C)
B) Natural ədədlər (N)
Əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir:1,2,3,...,100,101,102,...
Natural ədədlər sonsuz çoxluq əmələ gətirir. Sıfır natural ədəd deyil, lakin rəqəmdir. Ümumiyyətlə on rəqəm var: 0,1,2,3,4,5,6,7,8,9. Bunlardan yalnız 9-u natural ədəddir.
C) Tam ədədlər (Z)
Natural ədədlərdən, onlara əks olan ədədlərdən və sıfırdan təşkil olunmuş çoxluq tam ədədlər çoxluğu adlanır. Yəni 0,±1; ±2; ±3...±1000 və s. tam ədədlərdir. Göründüyü kimi natural ədədlər tam ədədlər çoxluğunda iştirak edir. Yəni ![](606_html_m48ff3720.gif)
D) Kəsr ədədlər (K)
Mənfi və müsbət kəsr ədədlər (bura həm adi, həm də onluq kəsrlər daxildir) çoxluğu: və s.
E) Rasional ədədlər (Q)
Tam və kəsr ədədlər çoxluğunun birləşməsinə deyilir: . Rasional ədədin ciddi tərifi belədir: Sonsuz dövri onluq kəsr şəklində olan ədədlərə rasional ədədlər deyilir. Yəni istənilən natural ədəd, tam ədəd və kəsr ədəd rasionaldır. Misallara baxaq:
və 3=3,00000...., deməli
və -4=-4,00000....., deməli
və deməli
2,176176176... onluq kəsri də dövri olduğu üçün rasionaldır.
F) İrrasional ədədlər (İ)
Dövri olmayan sonsuz onluq kəsrə deyilir. Məsələn, 1,2754391.....,-0,070070007...., və s. irrasional ədədlərdir.
G) Həqiqi ədədlər
Rasional və irrasional ədədlərin birləşməsinə deyilir. . Yəni hər bir həqiqi ədəd ya rasionaldır, ya da irrasional. Belə çıxır ki, hər bir natural ədəd tam ədəd, hər bir tam ədəd rasional, hər bir rasional ədəd həqiqidir. Yəni ![](606_html_m879f26f.gif)
Dostları ilə paylaş: |