Mühazirə mətnləri Mövzu 1 : Ədədi ifadə. Ədədi bərabərlik və onun xassələri



Yüklə 2,44 Mb.
səhifə1/35
tarix10.01.2022
ölçüsü2,44 Mb.
#109128
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   35

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU
Kafedra: Riyaziyyat və tədrisi metodikası

Fənnin adı: Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları

İxtisas : İSM

Kurs: II

Müəllim : Riyaziyyat üzrə fəlsəfə doktoru, Muradova Nazilə Lətif qızı
Mühazirə mətnləri


Mövzu 1 : Ədədi ifadə. Ədədi bərabərlik və onun xassələri.

Ədədi bərabərsizlik və onun xassələri

Tərif : Hesab əməlləri işarələri və mötərizələrin köməyilə yalnız ədədlərdən təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir.

Tərif : Yalnız iki ədəddən və bir əməl işarəsinin köməyilə düzələn ifadələrə sadə ədədi ifadələr deyilir. Məsələn, belə ifadələrə cəmini, qismətini, fərqini misal göstərmək olar. Bu mənada hər bir ədəd də ədədi ifadə hesab olunur. Məsələn, və s. sadə ədədi ifadələrdir.

Tərif : İkidən çox sayda ədəddən , iki və daha artıq əməl işarələrinin köməyilə düzəlmiş ifadələrə mürəkkəb ədədi ifadələr deyilir. Məsələn, , mürəkkəb ədədi ifadələrdir.

İfadəyə daxil olan əməllərin ardıcıl yerinə yetirilməsi nəticəsində alınan ədədə ədədi ifadənin qiyməti deyilir. Məsələn,

Mürəkkəb ədədi ifadənin, ona daxil olan əməlləri ardıcıl yerinə yetirməklə sadə ədədi ifadəyə gətirilməsi ədədi ifadənin sadələşdirilməsi adlanır. Deməli, hər bir ədədi ifadənin qiymətinin tapılması bu ifadənin əvvəlcə sadələşdirilməsi mərhələsindən ibarət olur. İfadənin sadələşdirilməsi isə ona daxil olan əməllərin yerinə yetirilməsi qaydasını bilməklə yanaşı, həm də əməllərin yerinə yetirilməsi sırasını da bilməyi tələb edir. Onu da nəzərə almaq lazımdır ki, ədədi ifadənin qiymətini o zaman axtarırlar ki, bu ifadənin mənası olsun. Məsələn, ifadəsinin mənası olmadığından onun ədədi qiymətindən danışmaq olmaz.

Tutaq ki, iki və ədədi ifadələri verilmişdir. Bu iki ifadəni bərabərlik

işarəsi vasitəsilə birləşdirsək, alınan təklifi ədədi bərabərlik adlanır.

Asanlıqla görünür ki, ixtiyari ədədi bərabərlik mülahizədir. Çünki hər bir ədədi bərabərlik ya ancaq doğru, ya da ancaq yalan ola bilər. bərabərliyi ancaq və ancaq onda doğru mülahizə olur ki, həm , həm də ifadəsinin ədədi qiyməti olsun və bu qiymətlər üst – üstə düşsün. Məsələn, ədədi bərabərliyi doğru mülahizə, ədədi bərabərliyi isə yalan mülahizədir. Həmçinin mənası olmayan hər bir ədədi bərabərlik də yalan mülahizədir.

Qeyd edək ki, ədədi bərabərliyinin doğru və ya yalan mülahizə olması və ya ifadələrinin qiymətlərinin daxil olduğu çoxluqdan da asılıdır. Məsələn, bərabərliyi natural ədədlər çoxluğunda yalan mülahizədir, çünki . Lakin çoxluğunda isə bu bərabərlik doğru mülahizədir.

Ədədi bərabərliklərin doğruluq qiymətlərini təyin etmək üçün onun üzərində müəyyən riyazi çevirmələr yerinə yetirmək lazımdır. Bu zaman ədədi bərabərliyin xassələrindən istifadə edilir.

Ədədi bərabərliyin aşağıdakı xassələri vardır :


  1. doğru ədədi bərabərliyinin hər iki tərəfinə mənası olan eyni bir

ədədi ifadəsini əlavə etdikdə, yenə də doğru ədədi bərabərlik alınır, yəni



  1. doğru bərabərliyinin hər iki tərəfini mənası olan eyni bir ədədi

ifadəsinə vurduqda, yenə də doğru bərabərlik alınır, yəni



  1. və iki doğru ədədi bərabərliklər olduqda aşağıdakı

bərabərliklər də doğrudur.

Misal . ədədi bərabərliyini isbat edək.





Tutaq ki, və iki ədədi ifadədir. Bu ifadələri “ ” ( və ya “ ” ) işarələri

vasitəsilə birləşdirsək, onda alınan ( və ya ) təklifi ədədi bərabərsizlik adlanır.

Hər bir ədədi bərabərsizlik ya doğrudur, ya da yalandır, yəni ədədi bərabərsizlik mülahizədir. Məsələn, təklifi doğru, təklifi isə yalan mülahizədir. Doğru ədədi bərabərsizliklərin doğruluq qiymətlərini təyin etmək üçün onun sağ və sol tərəfindəki ədədi ifadələr üzərində riyazi çevirmələr yerinə yetirmək tələb olunur. Bu zaman ədədi bərabərsizliyin xassələrindən istifadə olunur.

Ədədi bərabərsizliklərin bəzi xassələrini qeyd edək.


  1. doğru bərabərsizliyinin hər iki tərəfinə mənası olan eyni bir ədədi

ifadəsini əlavə etdikdə, yenə də doğru bərabərsizlik alınır, yəni

Nəticə. , yəni doğru bərabərsizlikdə hər hansı toplananı bərabərsizliyin bir tərəfindən digər tərəfinə əks işarə ilə keçirtmək olar.



  1. doğru bərabərsizliyinin hər iki tərəfini mənası olan və müsbət qiymət

alan ədədi ifadəsinə vurduqda, yenə də doğru bərabərsizlik alınır, yəni

Nəticə. mənası olan və müsbət qiymət alan ədədi ifadə, isə doğru bərabərsizlik olduqda, onda münasibəti doğrudur.



  1. doğru ədədi bərabərsizliyinin hər iki tərəfini mənası olan və mənfi

qiymət alan ədədi ifadəsinə vurduqda doğru ədədi bərabərsizlik alınması üçün bərabərsizliyin işarəsini əksinə dəyişmək lazımdır, yəni


Ədəbiyyat

1. S.A.Feyziyev, R.Y.Şükürov. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları.

Bakı 2010

2. N.A.Sadıxov. Riyaziyyatın ibtidai kursunun elmi əsasları.Bakı 1991




Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə