A zərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec Sərbəst iş



Yüklə 1,21 Mb.
səhifə1/4
tarix03.12.2022
ölçüsü1,21 Mb.
#120420
  1   2   3   4
Dövlətin maliyyəsi


A zərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec


Sərbəst iş


BAKI 2022
PLAN


  1. Yerli büdcələr və regionların sosial-iqtisadi inkişafında onların rolu

  2. Yerli (bələdiyyə) büdcələrin gəlirlərinin formalaşması xüsusiyyətləri

  3. Yerli (bələdiyyə) büdcələrin xərcləri və onların strukturu


Dövlət iqtisadiyyatı inkişaf etdirmək üçün iqtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasətini həyata keçirməklə yanaşı, qarşıda duran bir sıra problemlərin həllini tapmağa çalışır. Bu problemləri həll etmək üçün dövlət bir sıra iqtisadi və inzibati qanunlar qəbul etməklə iqtisadi inkişafa zəmin yaradır. Bu qanunların əksəriyyəti öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır. Bazar iqtisadiyyatına keçid şəraitində ölkəmizdə indiyə qədər 200-dən çox iqtisadi qanunvericilik aktları qəbul etməklə, dövlət həm iqtisadiyyata müdaxilə etmiş, həm də öz iqtisadi siyasətini formalaşdırmışdır. Dövlət öz funksiyalarını yerinə yetirmək üçün lazımi miqdarda maliyyə vəsaitini səfərbərliyə almalı və istifadə etməlidir ki, bu da əsasən büdcə vasitəsilə həyata keçirilir. Büdcə mexanizmi vasitəsilə maliyyə vəsaitinin toplanması və istifadəsi zamanı dövlətlə hüquqi və fiziki şəxslər arasında müəyyən maliyyə münasibətləri əmələ gəlir. Həmin maliyyə münasibətləri dövlətin maliyyə- büdcə siyasəti vasitəsilə tənzimlənir. Bııdcə siyasəti-hər bir konkret tarixi dövrdə cəmiyyətin idarə edilməsi, iqtisadi, sosial və siyasi vəzifələrin həyata keçirilməsi məqsədilə dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və məqsədəuyğun istifadəsi ilə əlaqədar olaraq həyata keçirdiyi tədbirlər sistemindən ibarətdir. Dövlətin büdcə siyasəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, ‘'Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, ayrı-ayrı hakimiyyət orqanlarının büdcə prosesi sahəsində funksiyalarını və səlahiyyətlərini ifadə edən digər qanunvericilik aktları ilə müəyyən edilir. Büdcə siyasətini yalnız büdcə prosesinə aid etmək olmaz. Büdcə siyasəti hər bir dövlət hakimiyyət orqanının büdcə prosesindəki funksiyalarını dəqiq müəyyən edir. Bununla yanaşı, büdcə siyasəti ÜDM-in büdcə vasitəsilə istifadə edilən hissəsinin müəyyən edilməsini, büdcə vəsaitinin istifadə edilməsi zamanı mərkəzi, yerli hakimiyyət və idarəetmə orqanları arasındakı münasibətləri, büdcə xərclərinin quruluşunu və onun müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülməsini, dövlət borclarının və büdcə kəsirinin idarə edilməsi kimi məsələləri və s. əhatə edir. Dövlətin maliyyə siyasətinin tərkib hissəsi kimi büdcə siyasətinin işlənib hazırlanmasında dövlət hakimiyyətinin qanunverici və icraedici h əlqələri iştirak edir. Müasir dövrdə Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri şəraitində cari dövr və perspektiv üçün ölkənin iqisadi siyasətinin, o cümlədən maliyyə-büdcə siyasətinin əsas istiqamətlərinin müəyən edilməsində Azərbaycan Respublikasının Prezidenti aparıcı rol oynayır. Ölkənin iqtisadi inkişafının və sosial sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir. Buna əsasən Respublika hökuməti dövlətin maliyyə-büdcə siyasətini həyata keçirmək üçün müvafiq qanun layihələri hazırlayır, müzakirə və qəbul edilməsi üçün Milli Məclisə təqdim edir. Azərbaycan Respublikasının Prezidentinin Büdcə göndərişində növbəti maliyyə ilinə Azərbaycan Respublikasının büdcə siyasəti müəyyən edilir. Yerli səviyyədə büdcə siyasəti müvafiq orqanların qərarları ilə müəyyən edilir. Bu siyasət maliyyə və vergi orqanlarının (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi), pul-kredit siyasətini tənzimləyən orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankı), nəzarət-hesablama orqanının (Azərbaycan Respublikasının Hesablama Palatası) fəaliyyətində həyata keçirilir. Büdcə siyasətini həyata keçirən dövlət orqanları sisteminə maliyyə orqanları, pul-kredit fəaliyyətini tənzimləyən orqanlar və dövlət (bələdiyyə) maliyyə nə zarəti orqanları daxildir. Hər bir orqanın öz funksiya və səlahiyyətləri vardır. Büdcə siyasəti büdcənin tarazlığının tənzimlənməsi ilə yanaşı dövlətin iqtisadi məqsədlərə çatması üçün yürütdüyü maliyyə siyasətinin tərkib hissəsidir. Dövlət xüsusilə makroiqtisadi məq.sədlərə nail olmaq üçün büdcə siyasətindən istifadə edərək, iqtisadi artıma və iqtisadi inkişafa zəmin yaradan hallara, yəni iqtisadi sabitliyə və ya tarazlığa nail olmalıdır. Büdcə siyasəti haqqında iqtisadi nəzəriyyələr XX əsrin əvvəllərindən formalaşmağa başlamışdır. Büdcə siyasəti ilə bağlı nəzəriyyələr iqtisadi tarazlıq, iqtisadi sabitlik və inkişaf, həm də iqtisadi artım arasındakı məq.səd-vasitə əlaqələri ilə bilavasitə bağlı olmuşdur.
Dünya iqtisadiyyatında tətbiq edilmiş ənənəvi büdcə siyasətində dövlətin büdcə tarazlığının qorunması əsas məqsəd hesab edilir. Büdcə siyasəti haqqında ənənəvi iqtisadi nəzəriyyədə və Keynsçi nəzəriyyədə büdcə tarazlığının və ya qeyri- tarazlığının olmasının zəruriliyi haqda fərziyyələr və irəli sürülən şərtlər tamamilə müxtəlifdir. Ənənəvi büdcə (defisit) siyasəti nəzəriyyəsinə görə, büdcə kəsiri və yaxud büdcə artıqlığı (profisit) iqtisadiyyatdakı real tarazlığı və ya iqtisadi tarazlığı dəyişdirmir. Bu nəzəriyyədə büdcə kəsirinin maliyyələşdirilməsi formaları da verilmişdir. İqtisadi nəzəriyyəyə əsasən büdcə kəsirinin örtülməsi üçün pul emissiyasından istifadə edərək, iqtisadi tarazlığa nail olmaq olar. Bazar iqtisadiyyatına keçid şəraitində büdcə siyasəti iqtisadi tarazlıqdan çox, tənəzzüllə nəticələnə bilər. Belə ki, pul kütləsini artırmaq, yalnız və yahnz qiymətlərin ümumi həcminin və normasının artması ilə nəticələnəcəkdir. Bu isə inflyasiya adlanan iqtisadi böhran deməkdir. İqtisadi tarazlığın təmin edilməsində istifadə oluna biləcək büdcə siyasəti tədbirlərini bir neçə qrupa bölmək olar;
1) dövlət büdcəsi gəlirləri ilə xərclərinin bir-birinə uyğun olması;
2) dövlət xərclərinin vergilərlə təmin olunmaması və ya pul emissiyasından istifadə edilməsi, borclanma;
3) toplanan vergilərin xərclərdən çox olması və büdcə artıqlığı. Belə halda artıq vəsait dövlətin qızıl və valyuta ehtiyatlarının yaradılmasına yönəldilir.
Ə nənəvi büdcə siyasətində dövlətin mövcud tarazlığı qoruyub saxlaması çox vacibdir. Əlbəttə, büdcə siyasəti işlənib hazırlanarkən ənənəvi büdcə siyasətinin tarazlıq cəhətindən istifadə edilməsi məqsədəuyğundur, amma ənənəvi büdcə siyasətindən istifadə edərək büdcənin formalaşdırılması müasir dövrdə yüksək nəticə verə bilməz. Büdcə siyasəti nəzəriyyələri tərkibində Keynsçi büdcə si- yasətinini, özünəməxsus xüsusiyyətləri olmuşdur. Ənənəvi iqtisadi nəzəriyyənin (iqtisadiyyatın öz-özlüyündə tarazlığa gəlmə sinin) mümkünsüzlüyü hələ 1929-cu ildə sənayccə inkişaf elmiş ölkələrin timsalında öz sübutunu tapmışdır. Keyns bu sübutlardan dərhal sonra açıqladığı büdcə siyasəti nəzəriyyəsində əmək haqqı və qiymətlər elastik olsa da, iqtisadi mənbələrdən tam istifadə edə bilmək üçün maliyyə siyasəti tədbirlərinə, yəni dövlət büdcəsi xərclərinin artırılmasına, vergilərin azaldılmasına və s. ehtiyac olduğunu müəyyən etmişdir. Keyns, həmçinin, işsizliyin birbaşa büdcə siyasətinə böyük təsir göstərdiyini vurğulamışdır. Keyns göstərmişdir ki, məcmu tələb və təklif azlığını aradan qaldıran maliyyə siyasəti həyata keçirilməzsə, sürətlə artan işsizliyin aradan qaldırılması mümkün olmaz. Keynsçi büdcə siyasəti iqtisadi təhlilə əsaslanır. Bu iqtisadi təhlilə görə iqtisadiyyatın istehsal və pul bölmələrinin bir-birindən asılı olmadığını söyləmək mümkün deyildir. Keynsə görə, fərdlər yalnız öz yaşamaları üçün pul qazanmırlar, onlar digər məqsədləri üçün də pul qazanmağa çalışdıqlarından faiz dərəcəsi (vergi faizi, kredit faizi və s.) vasitəsilə iqtisadiyyatın pul və istehsal bölmələri bir-birilə sıx əlaqəlidir. Keyns öz fərziyyələrində ənənəvi iqtisadi nəzəriyyədən çıxış edənlərin bəzi fərziyyələrinin əksinə və doğru olmadığını qeyd etmişdir. Onun fərziyyələrində əmək haqqının və faiz dərəcəsinin elastik olmadığı, iqtisadiyyat özbaşına buraxılarsa yalnız aşağı səviyyəli bir tarazlığa nail olunacağı, mənbələrin tam istifadəsinə nail olmaq üçün pul təklifini tənzimləyən pul-kredit siyasətilə yanaşı büdcə gəlirlərini artırmağa yönəlmiş maliyyə siyasətinin həyata keçirilməsinin vacibliyi irəli sürülmüşdür. Bəzi iqtisadçıların fikirlərinə görə, Keynsin büdcə siyasətinin zəif inkişaf etmiş ölkələrdə fəaliyyət göstərməsi mümkün deyildir. İqtisadçılar Keynsçi təhlilə əsaslanaraq məcmu tələbdəki artımın istehsalı və bilavasitə məşğulluğu artıracağı və vəsait mənbələrinin tam istifadə olunmasını təmin edəcəyi fikirlərini söyləmişlər. Çünki bu fikirlərin əsasında təklif şərtlərinin elastikliyi dayanır. İstehsal normasındakı azalma və bunun nəticəsində meydana çıxan işsizliyin səbəbi faydalı tələbin aşağı olmasıdır. Büdcə siyasəti büdcə kəsiri vasitəsilə məcmu tələbdəki bu azlığı qaydaya salır və iqtisadiyyatı tam məşğulluğa cəlb edir. Halbuki, zəif inkişaf etmiş ölkələrdə işsizliyin səbəbi məcmu tələbin aşağı səviyyədə olması deyil, iqtisadiyyatda mövcud investisiya bazarının hərəkətə gətirə biləcəyi əməyin həcmindəki artıqlığıdır. Yəni, zəif inkişaf etmiş ölkələrdə investisiya qoyuluşu və yaxud investisiya imkanları az, iş qüvvəsi isə həddən artıq çoxdur. Belə şəraitdə kəsirin maliyyələşdirilməsi ancaq məcmu tələbin artırılmasına yol açır. Müasir inkişaf səviyyəsi Keyns nəzəriyyəsinin bəzi müddəalarının real olmadığını sübuta yetirsə də, Keynsin büdcə siyasəti nəzəriyyəsi büdcə siyasətinin təkmilləşdirilməsi istiqamətində böyük rol oynaya bilər. Keynsçi büdcə siyasətindən başqa XX əsrdə büdcənin formalaşmasında öz yerilə fərqlənən “Fiskal siyasət” - dövlət büdcəsini tənzimləmək, hökumət xərclərini azaltmaq, vcrgiqoymanı inkişaf etdirmək, istehsal və məşğulluğun həcmini yüksəltmək və inflyasiyanı aşağı salmaq üçün əsas amil hesab olunur. Fiskal siyasət dövlətin büdcə və vergi siyasəti olmaqla, büdcənin formalaşdırılması siyasətini ifadə edir və eyni zamanda maliyyə siyasətinin tərkib hissəsi sayılır. Ümumiyyətlə, fiskal siyasət latınca “llsk" sözündən götürülmüşdür, tərcüməsi zənbil deməkdir. Qodim Romada ilk əvvəllər pulların saxlandığı kassa, sonralar imperatorların şəxsi xəzinəsi və nəhayət gəlir, vergi və digər rüsumların cəmləşdiyi mərkəz ‘Mlsk“ adlandırılmışdır. Fiskal siyasətin əsas istiqaməti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün, ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb edilməsidir. Bazar iqtisadiyyatına keçid dövründə dövlətin həyata keçirdiyi büdcə siyasəti iqtisadiyyatda sabitliyi təmin etməklə, istehsalın stimullaşdırılması və iqtisadi, inzibati infrastrukturun təkmilləşdirilməsi üçün əsas iqtisadi siyasət rolunu oynayır. Keçid dövründə büdcə siyasəti büdcə gəlirlərinin artırılması və büdcə xərclərinin o, cümlədən idarəetmə xərclərinin azaldılmasına yönəldilir. Eyni zamanda büdcə strukturlarında aparılan ixtisarlar büdcə siyasətinin və iqtisadi siyasətin tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikasında dövlətin əsas iqtisadi siyasət strategiyasını ölkə prezidenti müəyyənləşdirir. Prezidentin təsdiq etdiyi fərmanlar ölkədə iqtisadiyyatın bazar iqtisadiyyatı yönümlü inkişafına şərait yaradır. İslahatlaşdırma və liberallaşdırma bazasında sosial yönümlü iqtisadiyyatın yaradılması, sahibkarlıq fəaliyyətinin inkişafına meydan açılması, ölkənin dünya iqtisadi inteqrasiyasına qoşulması, idarəetmə sistemində ixtisarlar aparılaraq təkmilləşdirilməsi, iqtisadi artım və xalqın rifahının yüksəldilməsi iqtisadi siyasətin əsas istiqamətlərini təşkil etməklə, dövlət büdcəsinin təkmilləşdirilməsinə təkan verir. Bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinin tənzimlənməsi və büdcə kəsirinin aradan qaldırılması üçün təkmil büdcə siyasətinin aparılmasına böyük ehtiyac vardır. Təkmil büdcə siyasətində inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla yanaşı, milli və regional xüsusiyyətlər nəzərə alınmalıdır. Yerli büdcələrin inkişafı, dövlət büdcəsindən verilən subsidiyaların azaldılınası, idarəetmə aparatının ixtisar edilməsi və uyğun olaraq bu sahəyə yönəldilən xərclərin azaldılması “təkmil büdcə siyasətinin” əsas istiqamətləridir. Təkmil büdcə siyasətinin həyata keçirilməsi bazar iqtisadiyyatı şəraitində büdcənin formalaşmasının yeni aspektdə inkişafına zəmin yaradar. Fikrimizcə, təkmil büdcə siyasətinin əsas istiqamətləri kimi aşağıdakıları qeyd etmək olar:
■ dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsula nisbətinin artırılması;
■ büdcə idarələrində və idarəetmə orqanlarında ixtisarlar aparılması, bəzilərinin ləğv edilərək birləşdirilməsi, qalanlarının isə əmək haqqının tələbata uyğun ödənilməsi;
■ yerli büdcələrin inkişaf etdirilməsi üçün yerlərdə (paytaxtdan uzaq rayon və şəhərlərdə) istehsal sahələrinin yaradılması;
■ yerli sahibkarlığın inkişafı və məşğulluğun səviyyəsini yüksəltmək naminə vergi dərəcələrinin aşağı salınması;
■ daxili bazarın qorunmasını təmin edən gömrük siyasətinin təkmilləşdirilməsi;
■ özəlləşdirməni və xüsusiləşdirməni sürətləndirməklə yanaşı, mülkiyyətçilərlə bağlı güzəştlərin ləğv edilməsi;
■ sərbəst iqtisadiyyatın, azad istehsal və ticarətin, yüksək səviyyəli rəqabətin fonnalaşdırılması üçün müvafiq fərman və sərəncamların verilməsinin labüdlüyü;
■ pul-kredit siyasətinin təkmilləşdirilməsi, baş verə biləcək mövcud inflyasiyanın qarşısının alınması üçün süni yollardan çox təbii üsullardan istifadə olunmasına üstünlük verilməsi. Bu və ya digər istiqamətlər üzrə aparılan büdcə siyasəti dövlət büdcəsinin təkmilləşməsinə və inkişaf etməsinə müəyyən şərait yarada bilər.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin