Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə1/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   23
az dili
1, 3.

F.ü.f.d.,baş müəl.Mətanət Əmrahova

matanat_amrahova@unec.edu.az
MÖVZU 16

İşgüzar kommunikasiyada elan xarakterli sənədlər.
XVI Mühazirənin

PLANI


  1. Elan xarakterli sənədlərin dili və üslubu.

  2. Elan məlumatı qabaqcadan çatdırmaqla təşkiledici missiya kimi.

  3. Elanın mahiyyəti, forması və növləri.

  4. Reklamın daşıdığı mənaya görə bir neçə anlamda işlənməsi.

  5. Afişanın elanla oxşar və fərqli cəhətləri.

  6. Anons elan növü kimi.

  7. Bildirişin mahiyyəti və dil xüsusiyyətləri.


Mühazirədən sonra tələbə elanın bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaqla, təşkiledici missiya daşıdığını öyrənəcək. Elanların mahiyyəti, növləri, elanlarda verilən məlumatın (vaxt, şərait və keçiriləcəyi yer) dəqiq göstərildiyini, elanda bir və ya bir neçə məlumatın öz əksini tapmasının mahiyyətini qavrayacaq. Məzmununa və məqsədinə görə, elanın formaları, anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazıların elan xarakterli olmasını biləcək. O, həmçinin, reklamın daşıdığı mənaya görə bir neçə anlamda işlənməsini öyrənəcək. Afişanın mahiyyəti və formaları barədə məlumatlara yiyələnəcək. Afişanın elanla oxşar və fərqli cəhətləri, həmçinin, afişanın məzmunu və dil xüsusiyyətlərini aydın dərk edəcək.

Əməli yazıların sadə formalarından biri də elandır. Məzmununa və məqsədinə görə elanın bir neçə forması vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar elan xarakterlidir.

Elan bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir. Məlumat qruplaşdırılarkən aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır:


  1. Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.

  2. Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir.

  3. Tədbirin keçiriləcəyi yer (ərazi, bina, otağın nömrəsi) qeyd edilməlidir.

  4. Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.

Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər.

Nümunələr

E L A N

15 iyun 2018-ci il saat 14-00- da ADİU-nun iclas salonunda Böyük Elmi şuranın iclası olacaqdır.



  1. İclasın gündəliyi:



  2. 1. Seçki.

2. 2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr.

  1. 3. Cari məsələlər.

Elmi katib

Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə