AdiU-nun müəllimi Gəncə Dövlət Universitetində təlim keçib



Yüklə 5,76 Kb.
tarix21.10.2017
ölçüsü5,76 Kb.

Azərbaycan Dövlət İqtisad Universiteti



ADİU-nun müəllimi Gəncə Dövlət Universitetində təlim keçib

Bakı - APA. Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) baş müəllimi Təranə Musayeva Gəncə Dövlət Universitetində “Ali məktəblər üçün tyutor hazırlığı” təlimləri keçib.

ADİU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ay davam edən təlimdə Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar, Azərbaycan Texnologiya Universitetləri və Gəncə Humanitar Kollecinin 64 əməkdaşı iştirak edib.

Dinləyicilər Boloniya prosesi, respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinin təşkili, onun mexanizmi, yay semestrlərinin təşkili, tələbə və müəllimlərin mobilliyi, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat və biliklər əldə ediblər. Təlim ən müasir, interaktiv üsullarla aparılıb, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradıb.



Kursu bitirənlərə sertifikat təqdim olunub. Gəncə Dövlət Universiteti təlimin yüksək səviyyədə təşkilinə görə Təranə Musayevanı fəxri fərmanla təltif edib.


Marketinq və Kommunikasiya Departamenti
İctimaiyyətlə Əlaqələr Şöbəsi
012 497 58 63


Kataloq: upload -> images -> news -> 2015 -> march
march -> Maliyyə-açıq-foto “DəmirBank” aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb
2015 -> Pres-reliz, 23 dekabr 2015-ci IL Bakcell jurnalistlər üçün növbəti seminar təşkil edib: “Mobil telekommunikasiyalar. Faza 2”
news -> Maliyyə-açıq
news -> Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
news -> Maliyyə 2017-ci IL üzrə dövlət büdcə zərfi Milli Məclisdə müzakirə edilir
news -> Yeganə Laçınzadə Maliyyə açıq əsas Aİb tap-a 1,5 mlrd avro kreditin ayrılmasını təsdiq edib
2015 -> «DəmirBank» asc-nin İdarə Heyətinin Sədri Roman Əmircanovun 1news-a verdiyi müsahibəni təqdim edirik: Roman müəllim, bu IL istər neft sektoru, istərsə də qeyri-neft sektoru üçün bir qədər çətin bir IL oldu

Yüklə 5,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə