Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsiilə əlaqədar
kitabxanalar qarşısında duran vəzifələr
( Metodik məktub)
Zərdab-2017
Gənc nəsli Vətənə məhəbbət, elinə və obasına hörmət ,soykökünə
sədaqət ruhunda tərbiyəedək
Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdətəsdiq olunmaları üçün şərait yaradır.
İnsanın ən ali və əzəlihisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə,obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar,fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hissinsanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır vətərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanısəciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəsləaşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəolunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, kitabxanaların ən vacib vəzifələrindən olub.
Azərbaycan Respublikasının milli-bəşəri dəyərlər üzərində qurulan İdeologiyasını uğurla həyata keçirmək, kitabxanalar qarşısıda dəyərli vəzifələr qoyur. Bu baxımdan vətənpərvərlik tərbiyəsı də bu gün böyük əhəmiyyətə malikdir.
Gənc nəsilin vətənpərlik ruhunda tərbiyələndirmək sahəsində biz kitabxanaçıların da üzərinə müəyyən vəzifələr düşür.
Vətənpərvərlik çox geniş anlayış olmaqla, yanaşı qədim tarixə malikdir. Bu “Ülvi hiss ən yaxşı ənənələri özündə əks etdirir. Oxucuya keçmişi öyrədir,
Vətənə,torpağa,xalqa,onun dilinə,mədəniyyətinə məhəbbət oyadır. Kitabxanalar məktəblilərdə, gənclərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün əyani və şifahi təbliğatın bütün formalarından: kitab sərgisi,foto stend,kitab müzakirəsi,dəyirmi masa,kitab həftəsi, seir müsabiqəsi, rəsm müsabiqəsi, çağırış yaşlı gənclərlə görüş, Milli Qəhrəmanlarımızın xatirəsinə həsr olumuş anım mədasimləri, viktorinalar, ədəbi-bədii gecə ,söhbət, məlumat günü və sair formalarından istifadə edərək bir sıra tədbirlər təşkil etməlidilər. Belə tədbirlər vətənpərvərlik tərbiyəsini gücləndirir, qorxmazlıq , dözümlülük kimi əxlaqi keyfiyyətlər tərbiyə edir.Bundan başqa kitabxanaçılar uşaqları, yeniyetmələri , gəncləri xalqımızın tarixi keçmişini, torpaqlarmızın toxunulmazlığını, azadlıq yolunda şəhid olan qəhrəmanlarmızın həyat və döyüş yollarını əks etdirən kitablarla tanış etməlidirlər. Çox yaxşı olardı ki, hər bir kitabxanada ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş tədbirlər daha da genişləndirilsin.Ulu öndərin Vətən torpağının azadlığı uğrunda apardığı mübarizə gənclər və yeniyetmələr üçün əsl vətənpərvərlik məktəbidir.Uşaqlarda bu vətənpərvərlik hissini aşılamaq üçün kitabxanaçılar bir sıra tədbirlər təşkil etməlidilər.
Kitabxanaya gələn oxucuların yaş fərqi də nəzərə alınmalıdır.
Kiçik yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün onlara Vətənin gözəlliklərindən danışmalı, nemətli torpağlarmızdan, bədii əsərlərdən, musiqi əsərlərindən, rəsm əsərlərindən geniş məlumat verilməlidir.Uşaqları xalqımızın adət - ənənələri və sərvətləri ilə tanış etməli, vətəni qorumağı hər bir kəsin müqəddəs borcu olduğunu bildirməlidirlər. Keçirilən tədbirdən qabaq qısa başlıq altında sərgi təşkil etmək lazımdır.Sərgilərə “Tarixmizin faciəvi səhifəsi”,”Xalqa, torpağa bağlı oğullar, “Əbədi ölməzlik zirvəsi “, “Yaddaşmızın əbədi ağrısı ”,” Tarixdə iz qoyanlar” kimi adları vermək olar.Sərgilər hazır olduqdan sonra tədbirləri keçirmək olar. Bundan başqa kitabxanaçılar kiçik yaşlı uşaqlarla səhərcik keçirdə bilər ki, bu da uşaqların vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir.
Kitabxanada uşaqların hərbi vətənpərvərlik ruhuna təsir göstərən tədbirlərdən biri də söhbətlərdir.Oxucu ilə elə söhbət aparılmalıdır ki, oxucuya təsir etsin.
Vətənpərvərlik haqqında kitabların müzakirəsini təşkil etmək daha yaxşı olar.Bu zaman kitab oxucular arasında daha geniş təbliğ olunacaq.Kitab müzakirəsi keçirmək oxucular üçün daha əhəmiyyətlidir.Kitab müzakirəsinə ədəbiyyat və tarix müəllimləri dəvət oluna bilər.Müzakirəni giriş sözü ilə kitabxana işçisi açıb sonra sözü gələn qonaqlara verməlidir. Müzakirə olunan əsər haqqında oxucular fikir söyləyə bilərlər.
Hərbi-vətənpəvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.
Dağlıq Qarabaağ münaqişəsi ilə bağlı müstəqil respublikamızın bugünki durumu bunu bizdən tələb edir.Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Vətənpərvərlik tərbiyəsini kompleks şəkildə aparmaq üçün hər bir kitabxanaçı bacardığını etməlidir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət,soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyəolunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələkimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıqvə məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissinigücləndirir. Vətənpərvərlik tərbiyəsində klassiklərimizin bədii irsinin təbliği çox faydalıdır.Bu baxımdan N. Gəncəvi, M. Füzuli,A. Səhhət, M. Ə.Sabir, S.Vurğun bə başqa klassiklərimizin əsərlərindəki vətənpərvərlik hisslərinin və çağırışlarının təbliği məqsədəuyğundur.1941-1945-ci illiər Böyük Vətən müharibəsində iştirak etmiş və qəhrəmanlıqlar göstərmiş azərbaycanlılar haqqında,Dağlıq Qarabağ müharibəsi,20 Yanvar, Xocalı faciəsi və işğal olunmuş rayonlarımız haqqında əsərləri daim oxucuların diqqətinə çatdırmaq lazımdır.
Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
ƏDƏBİYYAT
Mustafayev, F. Bəhruz - vətənə sipər oğul / F. Mustafayev. , S. Aslanov.- Bakı: Azərbaycan, 1997. - 79 s.
Əsgərov , V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı :Dərələyəz-M, 2010. - 288 s.
Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.- Bakı :2010 .- 256 s.
Ramiz Duyğun.Təki Vətən yaşasın.- Bakı:” Əbilov,Zeynalov və oğulları”, 2002.- 196 s.
Eyvazov , Əli. Bir batolyonun tarixi.-Bakı: 2010 .-240 s.
Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları.- Bakı:” Abşeron Nəşr,” 2013.-244 S.
Miskinli Knyaz. Ot kökü üstə bitər.- Bakı: “ Ozan”,2009.- 216 s.
Behbud Gülşən. Torpaq uğrunda ölən varsa Vətəndir! // Xalq qəzeti.-2012.-7 avqust.-S. 7.
Gültəkin qayasına doğru irəli : Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova haqqında // Respublika.- 2008.-25 iyun.-S. 8.
Ağaoğlu Telman. İgid ölər adı qalar // Azərbaycan.-2008.-13 noyabr.-S.8.
Həmidə, Ə. Bir Vətən, min Qəhrəman və...// Mədəniyyət .- 2008.- 17 iyul.-S.3-4.
Hicran , F.Qarabağda talan var.-Bakı : Gənclik, 1992.-160 s.
Müslümqızı,S. Xocalı uşaqları – Qan üstünə qar yağırdı:povest.-Bakı:
Yazıçı, 2013.- 120 s.
Sultanov, Z. Xocalı faciəsi.-Bakı :İşıq,1993.- 104 səh.
Quluzadə ,Ə. Qadan mənə Qarabağ.-Bakı: Ozan,2006.-245 səh.
Sonam, B.Qanlı dərə.-Bakı:Qanun,2004.- 44 səh.
Eldar ,Elli .Əsir Harayı .-Bakı:” Nərgiz”, 2013.- 200s.