Astara Pedaqoji Kolleci ilə ekskursiya keçiriləcək müəssisə arasında



Yüklə 18,06 Kb.
tarix10.01.2022
ölçüsü18,06 Kb.
#107888
növüDərs

Astara Pedaqoji Kolleci ilə ekskursiya keçiriləcək müəssisə arasında

M Ü Q A V İ L Ə №

Astara şəhəri “__” “_________202__-ci il


Bir tərəfdən, Astara Pedaqoji Kolleci (bundan sonra Kollec) adından direktor Ağababa Bayram oğlu İbrahimov və digər tərəfdən, ekskursiya, laboratoriya işləri və praktiki dərslər keçirilən (bundan sonra Müəssisə)

_________________________________________________________________________



(müəssisə və ya təşkilatın adı)

olmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını, Təhsil Qanununu, Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamını, təhsil haqqında müvafiq sərəncam və qərarları nəzərə almaqla bu Müqaviləni imzaladılar.




  1. Müqavilənin predmeti



1.1. Bu Müqavilənin predmeti, Kollecin ____________________________________ ixtisası üzrə tələbələrin (siyahı əlavə olunur) tədris planlarına əsasən fənlər üzrə tədris proqramlarında nəzərdə tutulan ______ həcmində ekskursiya, laboratoriya işləri və praktiki dərslərin həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1.1.Kollec təcrübə rəhbəri və ixtisas üzrə fənn müəlliminin (bələdçinin) timsalında tələbələrin ekskursiya, laboratoriya işləri və praktiki dərslər müddətində müəssisədaxili qaydalara riyayət etmələrinə və müəssisənin daxili işlərinə qarışmamalarına təminat verir;

2.1.2.Kollec ehtiyac olduqda müəssisəyə ekskursiyaların, laboratoriya işləri və praktiki dərslərin təşkili və keçirilməsi ilə əlaqədar metodiki yardım etməyi öhtəsinə götürür və tələbələri zəruri tədris-metodiki sənədlərlə təmin edir;

2.1.3. Kollecin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini müəssisədən tələb etmək hüququ vardır;

2.2.1. Müəssisənin tələbələrdən ekskursiya, laboratoriya işləri və praktiki dərslər müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin, ümumi əxlaq və etik davranış qaydalarını pozmamağı, müəssisənin daxili intizam və davranış qaydalarına riayət edilməsini tələb etmək hüququ vardır;

2.2.2. Müəssisə ekskursiya, laboratoriya işləri və praktiki dərslər müddətində tələbələri müəssisənin metodiki, ictimai, ideya-siyasi və təsərrüfat işləri ilə tanış etməyi, onların mövcud normativ-hüquqi aktların tələblərinə uyğun ekskursiya keçmələri üçün müvafiq şərait yaratmağı öhtəsinə götürür;

2.2.3. Müəssisə ekskursiya ilə bağlı yığıncaqlarda iştirak etmək üçün öz nümayəndəsini göndərməyi öhdəsinə götürür;

2.2.4. Müəssisə ekskursiya, laboratoriya işləri və praktiki dərslər müddətində tələbələrin fəaliyyətini izləyib öyrənməyi və qiymətləndirərək xasiyyətnamə verməyi öhtəsinə götürür;

2.2.5. Müəssisə bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında kollecə məlumat verməyi öhtəsinə götürür.


3. Müqavilənin ləğv edilməsi qaydası
3.1.Müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanunu və digər huquqi-normativ aktlara uyğun xitam verilə bilər.

3.2. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla ən azı 5 (beş) təqvim günü əvvəl yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 5 (beş) təqvim günü müddətində digər tərəfə yazılıl cavab ünvanlamalıdır.


4. Mübahisəli məsəllərin həlli və tərəflərin məsuliyyəti
4.1.Mübahisəli məsələlərin həlli təhsil haqqında huquqi-normativ aktlara, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.
5. Digər şərtlər
5.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir.

5.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi kollecdə, bir nüsxəsi isə müəssisədə saxlanılır.

5.3. Bu müqavilə _____________ tarixdən _________bu tarixədək bağlanılır.
7. Tərəflərin rekvizitləri və imzaları
Təhsil müəssisəsi: Müəssisə:

Adı: Astara Pedaqoji Kolleci Adı:______________________________

Ünvanı: Astara şəhəri, Ünvanı:___________________________

H.Əliyev prospekti, 124 ____________________


Direktor_____________Ağababa İbrahimov Rəhbər: ___________ ______________

(imza) (imza)

M.Y. M.Y.
Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 18,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə