Auditor rəyləri



Yüklə 15,23 Kb.
tarix01.01.2022
ölçüsü15,23 Kb.
#107450
Auditor rəyləri


Auditor rəyləri

Auditor həyata keçirilən audit yoxlamasının sonunda müəssisənin uçot prosesinin düzgünlüyü , habelə müvafiq uçot sənədlərində maliyyə-təsərrüfat əməliyyatlarının düzgünlüyü , tərtib edilmiş maliyyə hesabatlarının standart və qanunvericiliyə uyğunluğu barədə müvafiq auditor təşkilatının möhürü və auditorun imzası ilə təsdiq edilmiş , bütün hüquqi və fiziki şəxslər , dövlət hakimiyyət və idarəetmə orqanları , habelə məhkəmə orqanları qarşısında hüquqi əhəmiyyətə malik olan auditor rəyi tərtib.Auditor rəyi müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı müvafiq yoxlama ilə əlaqəli əldə edilmiş məlumatlar əsasında auditorun yekun əsaslandırılmış fikirini özündə əks etdirir.

Səlahiyyətli dövlət orqanın qərarına əsasən həyata keçirilən auditin yekun nəticəsində tərtib edilən rəy prosessual qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

Auditor rəyinin tərtib edilməsi qaydaları və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” qanunu və Auditin Nəticələri və Hesabatlılıq qrupuna daxil olan 700 , 701, 705 , 706 , 710 və 720 saylı BAS-lar ilə tənzimlənir.

Auditor rəyinin ümumi quruluşu aşağıdakı kimi olur:

1) audit yoxlaması aparan sərbəst auditor ( auditor təşkilatı ) barədə ümumi məlumat – audit yoxlamasını aparan sərbəst auditorun ad və soyadı və ya auditor təşkilatının adı qeyd edilir;

2) auditor yoxlamasının ünvanlandığı fiziki və hüquqi şəxslər barədə ümumi məlumat – müvafiq yoxlama-ekspertizanın fiziki və ya hüquqi şəxsə ünvanlandığı konkret göstərilir və fiziki şəxs olduqda ad soyad , hüquqi şəxs olduqda adı qeyd edilir;

3) giriş – audit yoxlamasını aparan adı və soyadı , onun lisenziyasının tarix və nömrəsi , sifarişçi ilə bağlanmış müqavilənin tarix və nömrəsi , habelə yoxlamanın başlama və bitmə tarixi , bundan başqa müvafiq olaraq yoxlamaya cəlb edilən müvafiq hesabatların və maliyyə xarakterlıi digər sənədlərin hansı dövrə aid olduğu qeyd edilir.Bundan başqa , bildiyimiz kimi təqdim edilmiş sənədlərdə məlumatların doğruluğuna görə sifarişçi tərəfi məsuliyyət daşıyır.Bununla əlaqədar olaraq həmçinin giriş bölməsində bu məsələ xüsusilə vurğulanmalı , auditorun əsas vəzifə və məsuliyyəti qeyd edilməlidir;

4) yoxlamanın məzmunu – audit yoxlaması zamanı istifadə edilən prosedurlar , onların həcmi və tətbiq edilmiş standartlar göstərilir.Auditor rəyində ona əsaslananlarda inamalılığı təmin etmək üçün xüsusilə göstərməlidir ki , yoxlama standart və müvafiq qanunvericilik aktlarına uyğun aparılmış və rəyin əsaslandırılması üçün lazmı həcmdə aparılmışdır.Auditor həmçinin yoxlama zamanı uçot prosesində olan uyğunsuzluqlar və təhrifləri əhəmiyyətliliyini qiymətləndirir.Səhvin əhəmiyyətlililiyi yoxlama zamanı müəyyən edilir.Bu zaman bunlar şərh edilir: a) hesabatların əsasını təşkil edən sənəd və məlumatların yoxlanılması; b) müəssisənin hesabatları tərtib etdiyi zaman istifadə etdiyi uçot metodologiyası; c) hesabatların tərtibi zamanı istifadə edilən uçot metodologiyaların qiymətləndirilməsi; d) müəssisənin hesabatlarının ümumi qiymətləndirilməsi;

5) yoxlanılan hesabatlara dair auditor rəyi – auditor təqdim edilmiş hesabatların ölkə qanunvericiliyi və standartlara nə dərəcədə uyğun və ya düzgün tərtib edilidiyi barədə öz peşəkar fikrini ifadə edir;

6) auditor rəyinin tarixi. Auditor tərəfindən yoxlanılmasının başa çatdığı gün auditor rəyinə tarix qoyulur. Auditor rəyinin imzalandığı gün onun tarixi hesab edilir;

7) sərbəst auditorun (auditor təşkilatlarının) ünvanı. Auditor rəyində sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan yazılır;

8) Auditor rəyinin təsdiq edilməsi. Auditor yoxlaması başa çatdıqdan və auditor rəyi tam hazır olduqdan sonra sərbəst auditor onu imzalayır və möhürü ilə təsdiq edir;

Ümumi olaraq qeyd edək ki , yoxlama nəticəsində müsbət , şərti müsbət və mənfi rəy və ya rəyin tərtib edilmədiyi hallar ola bilər.Müsbət rəy müvafiq olaraq uçot sisteminin və hesabatlarının tam düzgünlüyünə kifayət qədər inam olduğu hallarda tərtib edilir.Digər rəylər yoxlama zamanı formalaşn inamsızlıq və irad və onların əhəmiyyətliliyi ilə bağlıdır.Məsələn , əhəmiyyətli olmayan iradın mövcduluğu mənfi rəy üçün əsas verirsə , əhəmiyyətli irad olduğu hallarda auditor rəy verməkdən imtina edə bilər.


Auditor sübutları
Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin