Sosial işdə dəyərlər



Yüklə 27,35 Kb.
səhifə1/3
tarix19.06.2022
ölçüsü27,35 Kb.
#117050
  1   2   3
Mwhazirə 05-Sosial işdə dəyərlər


Sosial işdə dəyərlər

  1. Sosial işdə dəyərlər və etik normalar

  2. Etik qruplarla sosial işin xüssiyyətləri

  3. Mədəniyyətin tipləri, formaları və növləri

  4. Sosiomədəni tolerantlıq və həmrəylik

1.Sosial işçilər bütün sosial iş prosesinin əsasında duran dəyərlər sistemini müəyyənləşdirmək təşəbbüsünü öz üzərinə götürməlidir. Əlbəttə, o həmdə kliyentin dəyərlər sistemi barədə bilməlidir, amma bu heç də onları qəbul edəcəyi demək deyil. Əvvəla, sosial işçinin dəyərlər sistemi ölkədə onun sosial-iqtisadi inkişafının konkret kəsiyində sosial təşkilatın bütünlükdə işinin istinad etdiyi dəyərlər sistemidir. İkincisi, yadda saxlamaq lazımdır ki, müəyyən dəyərləri sistemi cəmiyyətin sosial siyasəti və sosial inkişaf istiqaməti üçün səciyyəvidir. Üçüncüsü, bu dəyərlrə istinad, sosial yardımın göstərilməsi prosesində praktik əhəmiyyətə malik olmalıdır. Dördüncüsü, sizə xas olan dəyərlər, hər şeydən əvvəl, sözdə deyil, sizin konkret işlərinizdə özünü göstərməlidir.


İnsanın praktiki fəaliyyətinin ən tipik və dolğun nümunəsi əmək fəaliyyətidir. Buna görə də istənilən peşəkar fəaliyyəti fundamental nəzəri əsalarından biri olan peşəkar etika fenomeni haqqında danışmaq yerinə düşər. Peşə etikası peşəkar əxlaq haqqında elm olub, peşənin mahiyyətini əks etdirən dəyərlərin, davranışın etik prinsipləri və normalarının məcmusunu təşkil edir. O, əmək prosesində insanlar arasında yaranan və onların peşəkar fəaliyyətinin məzmunundan doğan qarşılıqlı münasibətləri təmin edir. Bununla yanaşı peşə etikası peşəkar qrupun mənəvi baxımdan özünü dərk etməsi, onun psixolojiyası və ideologiyasıdır.
Gündəlik fəaliyyət praktikasında peşə etikası mütəxəssislərin davranış normalarının məcmusundan ibarətdir. Peşə etikasının normaları peşəyə münasibətdə həm xarici, həm də daxili amillərin təsiri altında dəyişikliklərə məruz qalır. Bu normalar zamanın hər bir anında mütəxəssislərin davranışına bilavasitə təsir göstərəcək, onları müətyyən tərzdə hərəkət etməyə təhrik edir. Peşə etikasının əsas vəzifələri mütəxəssisin bir şəxsiyyət və səriştəli işçi kimi kamilləşməsi məqsədi ilə onun şüuruna təsir etmək və peşəkar məsələlərin dolğun və səmərəli həllinə köməyin göstərilməsidir. Bütövlükdə isə peşə etikası ümumi, nəzəri etikanın peşəkar fəaliyyətin müəyyən növlərinə əlavəsidir.
Peşəkar fəaliyyətin xüsusi növü olan sosial iş mütəxəssislərin davranış prinsipləri və normalarının təşəkkülü prosesində yaranmış ideya və dəyərlərin spesfik, yalnız ona məxsus məcmusuna malikdir.İxtisaslaşdırılmış fəaiyyət olaraq, sosial iş fəaliyyət prosesinin özündə həll edilməsi vacib olan təkrar olunmaz vəziyyətlərini, ziddiyyətləri ehtiva edir. Onlar cox zaman həmin fəaliyyətin predmetini təşkil edir. Bu hal fəaliyyətdə xüsusi, daha ciddi əxlaqi prinsip və normalara əmə etmək zərurətini doğurur.
Sosial işin etikası cəmiyyət tərəfindən birgə fəaliyyətin və mövcudluğun mühüm tənzimləyicilərindən biri kimi qəbul edilən əxlaq normalarına və sosial işin mahiyyətini təşkil edən peşə dəyərərinə əsaslanır.
Hazırda sosial iş üçün hər bir sosial işçinin öz peşə fəaiyyətində daşıdığı məsuliyyətin etik meyarlarının müəyyən ediməsinin vacibliyi məsələsi böyük əhəmiyyət kəsb edir. Bu, əxlaqi norma və prinsiplərin qoyulmasına, onarın birmənalı şəkildə anlaşılmasına vahid yanaşmanın yaradılmasını, dəyər və idealların vahid sisteminin işlənib hazırlanmasını tələb edir.
Sosial işdə peşəkar etik fəaliyyət prosesində asılılıq və əlaqələrin məcmusu kimi yaranan əsas etik münasibətlər “insan-mühit” sisteminin transformasiyası (ötürücü) yolu ilə ictimai və şəxsi rifahı nail olunmasından ibarətdir. Bu münasibətlər bir kollektivin üzvləri oan sosial işçliər arasında, sosial işçilər və onların kliyentləri arasında, sosial işçilər və kliyentin sosial əhatəsi arasında, sosial işçilər və müxtəlif müəssisələr, təşkiatlar, xüsusi şəxslər arasında yaranır.Sosial işçilər kliyentlərə yardım etmək məqsədilə yuxarıda qeyd olunanlarla əlaqə yaradır.
Sosial işçinin etik şüuru peşə münasibətləri prosesində yaranan sosial gerçəkliyin və fəaliyyətin inikasıdır. Bu şüur əxlaqın suvyektiv inikasıdır, belə ki, mütəxəssis şüurunda obyektiv sosial zərurət və ictimai tələbatlar lazımi davranış və əməllər haqqında ideya kimi əks olunur.
Peşə fəaliyyəti prosesində yaranan peşəkar davranış və münasibətləri tənzim edən mənəvi normalar sosial işdə müəyyən funksiyaları yerinə yetirir. Peşəkar işin etikasının funksiyaları bir çox amillərlə müəyyən olunur. Əsas amillər bunlarıdır: peşənin mahiyyəti, məzmunu və istiqaməti.

2. Hər bir insan bu və ya digər etnosa mənsubdur. Bu mənsubluq çox mühümdür. Belə ki, o, sosial məkanda insanın yerini müəyyən edir, onun özünün etnik mənsubluğu ilə bağlı ən səmimi hisslərinə toxunur. Praktiki olaraq həyatın istənilən tərəfinə aid oan milli-etnik münasibətlərdə istər təbii, istərsə də sosial-psixoloji keyfiyyətlər ifadə olunur. Buna görə də hətta dövlər üçün etnik proses bir çox hallarda birinci dərəcəli əhəmiyyət kəsb edir.
Etnosun statusu özündə nəinki müəyyən keyfiyyət daşıyır, eyni zamanda kəmiyyət dəyişikliklərinə də malik olur, yəni cəmiyyətin iqtisadi, siyasi və mədəni həyatına təsirdən asılı olaraq yüksəlir və yaxud aşağı düşür. Aşağı etnik status etnosda psixoloji zərərçəkmə halı əmələ gətirə bilər, etiraz hərəkətlərinin meydana gəlməsi üçün ilkin şərt yaradar, etnosun statusunun yüksək qiymətləndirilməsi dolğunluq, etnik vüqar-qürur hissəsinə kömək edir.
Müasir cəmiyyətin həyatı qarşılıqlı təsir, asılılıq və qarşılıqlı nüfuzetmə prosesi ilə aşılanmmışdır. Əgər bu proseslər mədəniyyət sahəsində universal beynəlxalq üslubun formalaşmasına aparırsa, iqtisadi sahədə vahid dünya təssürfatı yaradırlar. Etnik dəyərlər, etnik mənlik şüuru inteqral meyllərə əks keyfiyyətdə çıxış edirlər.
Sosial hüdudların, cins və yaş üzrə rol fərqlərinin silindiyi şəraitdə etnoslar referent qruplar rolunu, yəni fərdin istiqamətləndiyi və özünü şüurlu surətdə mənsub hesab etdiyi insan birliklərinin rolunu oynamağa başayır. Referent qrup iki funksiyanı normativ və qiymətləndirici funksiyaları yerinə yetirir. Buna görə də həmin qrupun seçimi bu qrupda qəbul edilmiş nəinki müəyyən norma və dəyərlərə oriyentasiya deməkdir, eyni zamanda özünü və ətraf aləmi qrup təsəvvürləri prizmasından dərk etməsidir.
Məlumdur ki, eyni bir dövlətdə yaşayan etnoslar heç də həmişə bərabərhüquqlu vəziyyətdə olmurlar. Etnososial stratifikasiyası yalnız o halda meydana gəlir ki, bir etnos cəmiyyətdə digər etnosdan yüksək durur, yaxud bu və ya digər cəhətdən imtiyazlı vəziyyətə malik olur. Etnososial strafifikasiyasının sayəsində sosial amillərin bu və ya digər etosların həyat şəaritinə və statusuna təsirini müəyyən etmək olar.
İlyinin apardığı empirik tədqiqatlar göstərir ki, mədəni amillər bu və ya digər etnik qrupların yüksək sosial statusa nai olmaq səyləriə fəal təsir göstərir. Bu amillərdən biri kimi həati uğur qazanımasına etnik mühitin doğurduğu mədəni oriyentirləri – nişangahları göstərmək olar.
3. Cəmiyyət müxtəlif qrupların: böyük və kiçik, real və nominal, ilkin və təkrar qrupların məcmusundan ibarətdir. Qrup- insan cəmiyyətinin təməlidir və cəmiyyət özü böyük qrupdur. Yer üzündə qrupların xayı fəralərin sayından çoxdur. Belə ki, bir insan eyni zamanda bir neçıə qrupa daxil ola biər. Alimlər sübut etmişlər ki, insaın əksər xüsusiyyətləri- abstrak təfəkkür yekunudur. Qrupda normalar, adətlər, ənənələr, ayinlər, mərasimlər yaranır, bir sözlə sosial həyatın əsasları qoyulur. İnsan qrupa ehtiyac hiss edir və ondan asılıdır: insanlar yalnız birfə salamat qalırlar.
Sosial qrupun strukturuna həmçinin qrup prosesləri, dəyərləri, normaları və sanksiyaları daxildir. Qrup prosesləri qrupda baş verən bütün dəyişiklikləri, o cümlədən, onun inkişafını əhatə edir. Qrup dəyərləri hər bir sosial qrupun fəaliyyəti və inkişafının mühüm tənzimləyicidir. Qrupda fəaliyyət və şəxslərarası münasibətlər hər şeydən əvvəl dəyərliik və normativlik əsasında həyata keçirilir.
Sosial qrupların nominal və real qruplara bölünməsi, bu qruplarda qarşılıqlı təsirin mövcud olmasından asılıdır. Nominal qrup öz aralarında real olaraq heç cür bağlı olmayan insanların hər hansı bir əlamətə görə süni olaraq seçilmiş məcmusu kimi müəyyən edilir. Nominal qruplar elmi və praktik məsələlərin həlli üçün, xüsusilə əhainin statistik qaeydiyyatı üçün lazımdır.
Cəmiyyətdə sosial qrupların meydana gəlməsi və fəaliyyət göstərməsi üçün qrup identifikasiyası effektinin, yəni bir-birinə mənsubluq hissinin böyük əhəmiyyəti vardır. İnqruplar (daxili qruplar)-insanın onlara öz mənsubluğunu hiss etdiyi və özünü onları üsvləri identifikasiya etdiyi qruplardır (biz). Fərdin mənsub olmadığı qruplar, onun üçün autqruplar (xarici qrup) olacaqdır. Xarici və daxili qruplar anlayışı sərhədlərin- sosial demarkasiya xətlərinin əhəmiyyətini qeyd edir. Bu xətlər isə göstərir ki, qarşılıqlı təsir haradan başlanır və harada qurtarır. Bu xətlər “özgələrə” qrupun sahəsinə daxil olmağa imkan vermir və eyni zamanda qrup üzvlərini qrupda saxlayır ki, onlar rəqib qruplarla sosial qarşılıqlı təsirdə və əlaqədə olmaq imkanından istifadə etməyə meyllənməsidir.
Sosial qruplar kiçik və böyük sosial qruplara bölünə bilər:

Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin