Azərbaycan Dövlət Pedaqoji Univetsiteti Quba filialı



Yüklə 416,7 Kb.
tarix30.04.2023
ölçüsü416,7 Kb.
#126111
növüQaydalar
DOC-20230424-WA0001.

Azərbaycan Dövlət Pedaqoji Univetsiteti Quba filialı

  • 1.Fakültə:Humanitar və sosial elmlər
  • 2.İxtisas:İbtidai sinif müəllimliyi
  • 3.Qrup:İBT-2101B
  • 4.Müəllim:İbişova Şəhla
  • 5.Tələbə:Dostiyeva Rəsmiyyə
  • 6.Mövzu:Müəllimin mənəvi-etik keyfiyyətləri və davranıç qaydaları.

Plan
1.Müəllimin mənəvi-etik keyfiyyətləri,peşə borcu.
2. Pedaqoji-ədalət və vicdan.
4.Müəllimin pedaqoji nüfuzu.
3.Müəllimin pedaqoji peşə şərəfi və ləyaqəti.
5.Müəllimin etik davranış qaydaları.
Müəllimin mənəvi- etik keyfiyyətləri,peşə borcu
Müəllimin mənəvi- etik keyfiyyətləri pedaqoji prosesdəki etik münasibətləri,əxlaqi sərvətləri ifadə edən keyfiyyətlərdir.
Müəllimin mənəvi-etik keyfiyyətlərinə Pedaqoji peşə borcu,pedaqoji ədalət,pedaqoji vicdan,pedaqoji peşə şərəfi və ləyaqəti,pedaqoji nüfuzu və.s aid etmək olar.
Pedaqoji peşə borcu
Pedaqoji peşə borcu insanın əxlaqi borcunun pedaqoji fəaliyyətdə həyata keçirilməsi ilə bağlı pedaqoji etikanın mühüm bir kateqoroyasıdır.
pedaqoji borcun məzmunu çox müxtəlif keyfiyyətləri özündə birləşdirir.Şagirdlərə münasibətdə onların borcu Azərbaycan Uşaq Birliyinin(AUB) Əsasnaməsində,məktəbin daxili qaydalarında irəli sürülən tələblərdə öz əksini tapır.
Pedaqoji Ədalət və Vicdan
Ədalət:ayrı-ayrı insanların(kollektivlərin) cəmiyyətdəki rolu ilə onların real vəziyyətləri arasındaki uyğunluğu əks etdirir.
Pedaqoji ədalət müəllimin obyektivliyinin əsas göstəricisidir.Ədalət hissi insanın biliyinə,davranış və münasibətlərinə,əməyinə verilən qiymətdə ifadə olunur.
Pedaqoji ədalət məzmunca geniş anlayışdır:o,bir çox keyfiyyətlərdə ifadə olunur:xeyirxahlıq,insanı qiymətləndirmək,obyektivlik,insanlara yanaşmada bərabərlik,qanuna və başqalarının hüquqlarına hörmət;haqsızlığa,zülmə və ədalətsizliyə qarşı barışmazlıq və.s
PEDAQOJİ VİCDAN
Vicdan:insanın davranışının daxili tənzimləyicisidir. Onun etik əsasını dərk edilmiş əxlaqi borcun tələbləri təşkil edir.
Pedaqoji vicdanın təlim- tərbiyə işndə çoxcəhətli konkret təzahürləri vardır:o, müəllimi pedaqoji etikaya zidd hətəkətlərdən çəkindirir,şagirdin pis oxuması və əxlaq normalarına zidd davranışı üçün müəllimdə narahatlıq doğurur,onu düşünülmüş pedaqoji riskə sövq edir, zərurət olduğu halda müəllim öz işlərini ataraq məktəbin qayğıları ilə məşğul olmağa vadar edir və.s
Müəllimin pedaqoji peşə şərəfi və ləyaqəti
Şərəf dedikdə,insanın xidmətlərinin,əxlaqi keyfiyyətlərinin cəmiyyət tərəfindən bəyənilməsi,qiymətləndirilməsi başa düşülür.
Şərəf və ləyaqət hissləri bir-biri ilə dialektik vəhdət təşkil edir:şərəf insanın öz şəxsiyyətini dərk etməsi ilə bağlıdır.Ləyaqət insanın bir şəxsiyyət kimi özünü başa düşməsi,öz azadlığını və əxlaqi dəyərini dərk etməsidir.
Şərəf və ləyaqət hissi insana ali varlıq kimi dəyər verməklə,onun xidmətlərinin cəmiyyət tərəfindən qiymətləndirilməsi ilə bağlıdır.Cəmiyyətdə,məktəbdə elə bir mənəvi mühit yatadılmalıdır ki,müəllim(eləcə də şagird) öz fədakar əməyinin faydalı nəticələrini görsün,özünün layiqli ictimai qiymətini alsın,qazandığı uğurlara sevin hissləri krçirsin.
Şərəf və ləyaqətin mühüm şərti azadlıq və bərabərliklə bağlıdır.ləyaqət hissi azad şəxsiyyət üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.Həqiqi bərabərlik,müstəqillik və azadlıq olmayan yerdə şəxsi ləyaqətdən danışmaq olmaz.
Şərəf və ləyaqət hissi insanın iftixar,qürur və məğrurluq hisslərindən ayrılmazdır.Qürürlu adam öz,ləyaqətini uca tutar,onun alçaldılmasına yol vermir.
Müəllimin pedaqoji nüfuzu
«Nüfüz» latın sözündən götürülmüş avtoritet-hakimiyyət,təsir deməkdir.şəxsiyyətin hərəkət və fəaliyyətinin ictimaiyyət tərəfindən qəbul edilmiş təsir gücünü ifadə edir.
Pedaqoji-etik ədəbiyyatda pedaqoji nüfuzun mahiyyəti müəllimin kollektivdəki və uşaqların yanındakı mənəvi statusa hörməti kimi səciyyəviləndirilir.
Psixoloji baxımdan nüfuzun iki növü fərqləndirilir:
1.Həqiqi nüfuz-insanın başqa adamlara gücündə ifadə olunur,bu təsir məcburiyyətə,vəzifə və səlahiyyətlərə deyil,əxlaqi məziyyətlərinə və qazandığı hörmətə əsaslanır.
2.Saxta nüfüz-subyektiv mülahizə və münasibətlərə əsaslanan yalançı nüfuzdur.
Nüfuz qazanmağın şərtləri:
  • Müəllimin şəxsiyyət kimi yüksək insani keyfiyyətlərə yiyələnməsi
  • Müəllimin böyük mənəvi məsuliyyət hissi
  • İnsana hörmət və sevgi
  • Fənnə və peşəyə sevgi
  • Müəllimin biliyi,elmi hazırlığı və peşəkarlığı
  • Müəllim-şagird münasibətləri
  • Şagirdlərə və özünə tələbkarlıq

Müəllimin etik davranış qaydaları
Etik davranış prinsiplər:
  • Qanunun aliliyi
  • Vicdanlılıq
  • Peşəkarlıq və fərdi məsuliyyət
  • Loyallıq
  • Mədəni davranış
  • Qərəzsizlik
  • Gender bərabərliyi
  • İctimai etimad
  • Konfidensiallıq

İstifadə olunan mənbələr:
S.Quliyev,M.İsmixanov-《Müəllimlik İxtisasına Giriş》
İnternet resursları.
Diqqətiniz üçün təşəkkürlər!
Yüklə 416,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin