Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fakültə: İnzibati idarəetmə
İxtisas: İqtisadiyyat
Fənn: İqtisadi Hüquq
Mövzu: Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi tənzimlənməsi
Elmi rəhbər: Seyfulla Aslanov
Tələbə: Hüseyn Məmmədov
Plan:
Giriş 2
Özəlləşdirmə anlayışı 3
Özəlləşdirmənin mahiyyəti 4
Dövlət Əmlakının növləri 5
Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi tənzimlənməsi (Dövlət əmlakının özəlləşdirilməsi haqqında AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU) 6
Nəticə 9
Ədəbiyyat siyahısı. 10
Giriş:
İqtisadiyyatda müxtəlif subyekt və obyektlər vardır və bu ünsürlər daim bir-biri ilə qarşılıqlı əlaqədədir.Bunun nəticəsidir ki,iqtisadi sferada müxtəlif münasibətlər meydana gəlir və bu münasibətlərin davamlılığının saxlanması üçün iqtisadiyyatın hüquqi tənzimlənməsi vacib məsələlərdən biridir.Bu sərbəst işdə Dövlət əmlakının özəlləşdirilməsi və onun mahiyyəti araşdırılmışdır.Son dövrlər sürətlə qloballaşan dünya iqtisadiyyatında mülkiyyətin dövlətsizləşdirilməsi və müəssisələrin özəlləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatları, onun səmərəli təşkili məsələləri müxtəlif səviyyəli elmi-praktiki müzakirələrdə nəinki tədqiqatçıları, hətta praktikləri belə cəlb edən və düşündürən mövzulardan ən aktualı hesab olunur.
Özəlləşdirmə XX əsrin sonralarında da, XXI əsrin əvvəllərində də, ümumiyyətlə tarixən də nəinki bazar iqtisadiyyatına keçid dövründə sistem dəyişiklərini yaşayan, hətta sənayecə inkişaf etmiş, sarsılmaz bazar münasibətləri ilə seçilən dövlətlərin də
iqtisadi siyasət gündəliyində olmuşdur. Bu kontekstdə aktuallığı ilə həmişə fərqlənən iqtisadiyyatın tənzimlənməsində dövlətin rolu, onun reallaşdırılması mexanizmləri, mülkiyyət hüquqlarının bölgüsü, yenidən bölgüsü, korporativ idarəetmə məsələlərinin hələ bir çox müzakirələrin aparıcı mövzusuna çevriləcəyi şübhə doğurmur. Belə olan halda, əsasını dövlət müəssisələrinin özəlləşdirilməsi təşkil edən mülkiyyətdə struktur islahatları ilə bağlı təhlil və tədqiqatların genişləndiyi bir şəraitdə yeni fikir və
ideyaların meydana çıxması və onun praktiki tətbiqi nəticəsində optimal hərəkət mexanizmlərinin doğru-düzgün müəyyənləşdirilməsi mövcud gerçəkliklərin qiymətləndirilməsindən, qərarlaşan tendensiyaların vaxtında səciyyələndirilməsindən daha çox asılıdır. Bu məqsədlə hər bir dövlətin iqtisadi sistemində bazis rolunu oynayan mülkiyyət münasibətlərinə, onun səmərəli təşkili məsələlərinə, idarəetmə formalarına, müxtəlif mülkiyyət növləri arasındakı optimal nisbət problemlərinə və bütün bu proseslərin hərəkətverici qüvvəsinə çevrilən özəlləşdirmə siyasətinə kompleks halda baxış müasir dövrün zəruri tələbatından irəli gəlir.
Dostları ilə paylaş: |