Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 28,3 Kb.
tarix10.01.2022
ölçüsü28,3 Kb.
#109997

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Mövzu.Bencamin Franklinin nəzəriyyəsində dövlət siyasi strukturu

BAKI 2011


PLAN:

Giriş
&.1 .Bencamin Franklin kimdir?...........................................................................


&.2.B.Franklinin siyasi nəzəriyyələri....................................................................
&.3.Olbani İttifaqının planı................................................................................
Nəticə.....................................................................................................................
İstifadə olunmuş ədəbiyyat....................................................................................

&.1.Bencamin Franklin (17 yanvar 1706-17 aprel 1790)-ensiklopedik alim,amerikan maarifçiliyinin nümayəndəsi,publisist,milli azadlıq hərəkatının ideoloqu,xalqın istiqlaliyyət uğrunda mübarizəsinin fəal iştirakçısı.O, yüksək intellektə sahib olmaqla yanaşı yazıçı,satirist,siyasi nəzəriyyəçi,siyasətçi,poçtmeyster,alim,ixtiraçı,dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdır.Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır.B.Franklin Bostonda dəmirçi ailəsində anadan olmuşdur13 yaşından tipoqrafiyada işləməyə başlamışdır.Bencamin 17 uşağı olan bir sabun emalatçısının oğluydu.12 yaşında bir liberal yönümlü qəzetdə redaktorun köməkçisi olaraq işləməyə başlayır.Artıq on altı yaşına çatanda yerli qəzetlərdə məqalələri çıxmağa başlayır.Lakin Boston ona sıxıcı gəldiyindən o Pensilvaniyaya-Filadelfiya şəhərinə gəlir.1730-cu ildə Filadelfiyada özünün redaksiyasını yaradır və qəzet çapına başlayır.Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən Londona göndərilir.O,1736-cı ildə Filadelfiya məclisinin üzvü seçilir və beləliklə siyasətə atılır.Bu vaxt o elektrik boşalmalarına aid elmi nəzəriyyə üzərində işləyirdi.Bir çoxları biməsə də məhz Franklin tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub yaradılmışdır.Həmin dövr üçün bu,görünməmiş addım idi. Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət olmuşdur.Tezliklə Amerikadakı ingilis koloniyalarında krala qarşı etirazlar yaranır.Franklin bütün koloniya nümayəndələrinin iştirakı ilə konqresinin çağrılmasının ilk təşəbbüskarlarından olmuşdur.1757-1775 –ci illərdə o Şimalı Amerika koloniyalarının Londonda təmsilçisi olmuşdur.Azadlıq müharibəsi başlayan kimi o öz vətəninə qayıtmışdır.1772 –ci ildə Franklin Massaşuset qubernatorunun krala xalq əleyhinə yazdığı məktubları ələ keçirir və qubernatoru ifşa edir.Bununla da xalq arasında etibar qazanır.Daha sonra o Kontinental kongresə üzv seçilir.Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmişdir.Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır.

Franklin köləliyi pisləmiş,milli azlıqların hüquqlarını müdafiə etmişdir.Fəlsəfənin başlıca vəzifəsini teologiyanın müdaxiləsindən elmi nüdafiə etməkdə,dini mövhumatla mübarizədə görmüşdür.Biliklərin yayılması,din azadlığının,vicdan azadlığının təbliği-onun fikrinə görə ictimai tərəqqinin mühüm amili bundan ibarətdir.Mötədil deist formada Franklin təbiətdə və cəmiyyətdə hadisələrin təbii gedişinə allahın müdaxiləsi haqqında dini ehkamı rədd etmişdir.

1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil olduğunu rəsmən tanıması da onun əməyinin nəticəsidir.Məhz o,müharibənin uğurlu sonluğunun və bugünkü qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini neytrallaşdıran şəxsiyyət idi.Amerikada Vaşinqtonun ordusu ilə İngilis ordusu arasında müharibə davam edirdi.Yerli əhalidən toplanan ordu təcrübəli ingilis mundirlərinə müqavimətdə çətinlik çəkirdi.Konqres İngiltərənin rəqibləri olan Fransa və İspaniyadan yardım almaq qərarına gəlir.Franklin Fransanı İngiltərəyə qarşı müharibəyə başlamağa razı sala bilir.Uzağı görən Franklin ingilislərin böyül nöqsanını müşahidə etmişdi,bu da koloniyalar arasında birliyin olmaması idi.Fransızların ingilislərdən bir üstünlüyü var idi ki,bu,onların birlikdə olması idi.Vəziyyətin ağırlaşdığını görən ingilslər 1783-cü ildə ordularını ABŞ əraisindən çıxarılır.Beləcə müstəqil ABŞ yaranır.1785-ci ildə vətəninə qayıdanda qanunverici yığıncağın prezidenti seçilir.Onun digər bir xidməti də ABŞ konustiyasının hazırlanması zamanı yaxından bu işdə kömək etməsi olmuşdur.1790-cı il 17 apreldə Filadelfiyada vəfat edir.Onun adı isə ABŞ və dünya tarixinə əbədi olaraq həkk olur.Xristianlığın əxlaqi məzmununu tam şəkildə inkar etməyən Franklinə görə,əxlaq normaları,insanların davranış qaydaları məcburi dini icazəyə möhtac deyil,onlar insanların təbiətində,insanın zəkasındadır.(“sağlam düşüncə”).Sosial təsisatların(xüsusi mülkiyyətin,dövlətin və .i.a.)mənşəyi probleminə Franklin təbii hüquq və ictimai müqavilə nəzəriyyəsi mövqeyindən yanaşırdı.O,iqtisadi problemləri,tədqiq edərək ilk dəfə dəyərin əmək təbiəti haqqında müddəanı irəli sürmüşdür.Əsas fəlsəfi əsərləri:”Azadlıq və zərurət,həzz və iztirab haqqında düşüncə”(1775)”Bolluğa yol....”(1758)

“Ensiklopedik lüğət”1997.sh.456

www.localhost/htm/

&2. Pensilvaniyanın zehni və mədəni inkişafı 18-ci əsrdə geniş miqyasda iki nəfərin-Ceyms Loqanın və Bencamin Franklinin güclü şəxsiyyətlərini əks etdirirdi.Loqan koloniya katibi idi və gənc Franklin ən son dövrdə çap olunmuş elmi əsərləri onun gözəl kitabxanasında tapırdı.Loqan 1745-ci ildə öz şəxsi kitab kolleksiyası üçün bir bina tikdirdi və həm kitablarını,həm də həmin binanı şəhərə vəsiyyət etdi.Filadelfiyanın zehni fəaliyyətinə Franklin hətta daha çox şey miras qoydu.O,müzakirə təşkil etdi ki,bu da Amerika fəlsəfə cəmiyyətinin özülünə çevrildi.Onun cəhdi xalq akademiyasının əsasının qoyulmasına gətirib çıxardı,bu da sonra inkişaf edərək,Pensilvaniya universitetinə çevrildi,O,”bütün Şimali Amerika abunə kitabxanalarının anası”adlandırdığı abunə kitabxanasının təsisinin ilk təşəbbüskarı oldu.

1765-ci ildə Möhür aktı təqdim olundu.Möhür aktına görə Amerika koloniyalarında rəsmi biznes aparmaq üçün tələb edilən bütün kağızlara görə birbaşa vergi yığılmalı idi.İlk dəfə idi ki,bu vergi koloniyaların assambleyası ilə razılaşdırılmırdı.Bəzi palata üzvləri etiraz etdilər.Onlar özlər üçün əldə etdikləri azadlığa malik idilər və bu azadlıq üçün onlar çox qısqancdırlar və buna görə intiqam alacaqlar.Bencamin Franklin bu vaxt Londonda idi və o,Pensilvaniya adından etirazını bildirdi.Başqa koloniyaların nümayəndələri də onun kimi fəal idi və bunu vəd etməyə hazır idilər ki,koloniyaların qanunvericilik orqanları onlara bunu hansı yollarla etmək imkanı verərsə,öz xəzinələrinə Aktın güzəştə getdiyindən daha artıq pul köməyi edəcəklər.Franklin qeyd edirdi ki,tax-tacın koloniyalarına münasibətlərində ənənəvi qaydalardan uazqlaşması kolonistlərə çox ağır gəlir.Nəticədə amerikanlar qorxu,hiddət hiss etdilər.Daha sonra isə iğtişaş və açıq tabe olmamaq göstərdi ki,kolonistlər nə edəcəklərini düşünür və bilirlər.Akt koloniyaların vəziyyətinə qeyri-adi və sıxışdırıcı təsir göstərmirdi.Bu sənəd İngiltərədə əvəllər aparılan biznesə hörmət naminə kolonistlərdən ancaq indiyədək tələb olunanları tələb edirdi.Franklin onu maddi kömək kimi qəbul edirdi.Lakin o gördükdə ki,Akt qanuna çevrildi,deməli onlar bu sənədə tabe olmalı olacqlar,anladı ki,Amerika tabe olmaqdan imtina edəcəkdir.



Koloniyalarda yol çəkilişinə,poçt şəbəkəsi yaradılmasına diqqət artırdı.Poçtalyon müntəzəm qaydada olmasa da öz vəzifəsini icra edirdi.Lakin o,ancaq kifayət miqdarda poçt alanda öz səfərinin xərclərini ödəyə bilirdi.Bencamin Franklin 1753-cü ildə baş poçtmeyster təyin edilmişdi və bu vəzifədə iyirmi ilə yaxın işlədişSonra o,tezliklə tax-tac tərəfindən maaş verilən xidmətə keçdi və bir gün Nyu Yorka gəlib çıxdı.Qəzetlərin başlıca mövzusu şer nümunələri,qulluqların və ev nökərlərinin qaçması barədə,yükün çatması barədə elanlar,Avropa xəbərləri bölmələri və siyasət,əxlaq və din haqqında esselər idi.1704-cü ildən çıxan”Boston News Letter”qəzeti Amerikadakı ilk daimi qəzet idi.Beynəlxalq köməyə amerikanlarım böyük ehtiyacı var idi.”İstiqlaliyyət Deklarasiyası”qəbul edildikdən sonra Konqress Parisdə olan Liyə və Dinə qoşulmaq üçün Franklini ora göndərdi.O,müharibədən hələçox əvvəl amerikanlar arasındakı Avropa sivilizasiyası ilə bağlı olan yeganə adam idi.O,bir filosof və epiqram yazıçısı kimi böyük şöhrət qazanmışdı.Fransız cəmiyyətinin bütün sinifləri,kübarlardan tutmuş kəndlilərə kimi onun dühasına ehtiram bəsləyirdi.O,”göydən ildırımı və tiranların əlindən skipteri tutub almışdı”.Bu sözləri məşhur fransız maarifçi-filosofu,iqtisadıçısı və dövlət xadimi Tyurqo Bencamin Franklin haqqında demişdi.Belə missiya üçün həmin vaxt Franklin seçilmişdi.O,Fransa sarayı tərəfindən Birləşmiş Ştatların taninması üçün böyük zəhmət çəkdi.Bir il keçdikdən sonra Franklin və onun yoldaşları fransızların rəyini Amerikanın xeyrinə döndərə bildilər1777-ci ilin payızında Borqyonun təslim olması xəbəri Parisə gəlib çatdı.Xalqın şadlanması saraya çatdı və dekabr ayı başa çatanda kral Franklinə çatdırılmaq üçün belə bir söz göndərdi ki,o,Birləşmiş Ştatların müstəqilliyini tanımağa hazırdır.Nəhayət sülh xəbəri Vaşinqtona döyüş cəbhəsində,Konqressin İcraiyyə Komitəsinə Filadelfiyada,Franklinə Parisdə.Con Adamsa isə Haaqada gəlib çatdı.Bu qəti qələbə idi.Lakin hələ Amerikada,Kanadanın ətrafında,həmçinin qərbdə və şərqdəki körfəzə və İndiya adalarına tərəf postlar da nəzərə alındıqda qırx min nəfərlik ingilis hərbi qüvvələri var idi.Əsgərlərə maaş verilmirdi.onların yalnız yarısı geyindirilmişdi.O,başa düşürdü ki,şərait ciddi sürətdə təhlükəlidir və britaniyalılar da onun belə zəifləməsini yaxşı bilir.Müvəqqəti sülh müqaviləsi razılışdırıldı.Franklin,Con Adams və Con Cey komissiyanın tərkibinə daxil idilər,onlar namuslu və hazırlıqlı adamlar idi və Birləşmiş Ştatların Fransa qarşısındakı borcuna da hörmətlə yanaşırdılar.Bu borc isə Fransanın həm pul,həm də cəbhələrdə döyüşən silahlı qüvvə köməyindən yaranmışdı,bunlarsız isə qələbə qeyri-mümkün idi.Müqavilə Parisdə imzalandı.Franklin artıq Parisdə olanda Cey Madriddə,Adams isə borc almaq Hollandiyada səfərdə idi.Amerika nümayəndələri təlimatlandırılmışdılar ki,Fransanın razılığı olmadan İngiltərə ilə separat danışıqlar aparılmasın.Franklin bu təlimata ciddi əməl edirdi.Cey də Fransanın razılığı olmadan İngiltərə ilə gizli müqavilə bağlamağı təklif etdi.Bu təklif baş nazir Şelburn tərəfindən razılıqla qəbul edildi.Franklin isə Ceyin xəttini bəyənmirdi.Lakin Adams bu vaxt Hollandiyadan gəlib çıxdı,Ceyin tərəfini saxladı və artıq Franklin güzəştə getməli oldu.Müqavilə 30 noyabr 1782-ci ildə imzalandı.Bu müqavilə bütünlüklə Birləşmiş Ştatlar üçün diplomatik qələbə idi.Ağıllı qaydada gözlənildiyinə uyğun olaraq amerikanlara heç bir şey imtina edilmədi.Müstəqilliklə yanaşı Missisipinin saxlanılması ölçüyə sığmaz zəfər idi,üstəlik Birləşmiş Ştatların qərb sərhədi kimi Alleqan dağları saxlanılmışdı.Tezliklə Luiziananın satın alınması böyük əhəmiyyət kəsb etdi.Bu yeni respublikanın Qərb okeanına tərəf genişlənməsinin ilk addımından iyirmi il sonra baş verdi.Amerika inqilabı dövründə 100 000-ə yaxın loyalist,o cümlədən Bencamin Franklinin oğlu Uilyam Franklin və o dövrün ən böyük Amerika rəssamı Con Sinqlton Kopley,ölkəni tərk etmişdi.Onların əksəri Kanadada məskən salmışdı.Müxtəlif ştat hökumətləri loyalistlərə ictimai idarələrdə vəzifə tutmağa icazə verməsələr də,loyalistlərin bəziləri Amerikaya geri qayıtmışdı.İnqilabdan sonrakı onilliklərdə amerikalılar loyalistlər haqqında hər şeyi unutmamağı üstün tutdular.Kopley müstəsna olmaqla,loyalistlər Amerika tarixində simasızlaşdılar.Uilyam Pitt parlamentdə çıxış edərkən belə fikir söyləmişdi”Hüdudsuz hakimiyyət ona sahib olanların ruhunu pozmağa qadirdir”.Amerika Konustitusiya Konventinin üzvlərinin-bu cür məsələlərdə kifayət qədər təcrübəsi olan insanların da ümumi rəyi buna oxşar idi.Konventin qocaman nümayəndəsi Bencamin Franklin demişdi:”İnsanın əməllərinə iki ehtiras güclü təsir edir.Bunlardan biri-şöhrətpərəstlik,digəri isə tamahdır-hakimiyyət və pul şövqdür”.”Bəli,insanlar pulu sevir”,-deyə ən gənc nümayəndələrdən biri-Aleksandr Hamilton onun sözünə qüvvət vermişdi.”İnsan təbiəti elədir ki,hakimiyyəti ələ keçirən kimi hökmən onun hüdudlarını genişləndirmək istəyir”,-deyə ən təcrübəli və nüfuzlu nümayəndələrdən olan Corc Meyson da bu fikri dəstəkləmişdir.

Pensilvaniya Universiteti 1740-cı ildə Franklin tərəfindən yaradılıb.İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssiəsi 1755-ci ildə kollecə çecrilir və B.Franklin Pensilvaniya kollecinin prezidenti olur.Franklin ictimai qulluq və ticarət üçün yararlı,klassikaya əsaslanan təhsil proqnozunu təbliğ edirdi.O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır:Kontinental konqresin 24 nümayəndəsi,”Müstəqillik haqqında Deklarasiya”mətninin altında imzası duran 9 tanınmış sima-Bencamin Franklin,Corc Klayner Fitzsimons,Frensis Hopkinson ,Tomas Mankin,Robert Morris,Uilyam Paca bu kollecin məzunları olub.

Dövləti idarə etmək səlahiyyətinin verildiyi hakim elitanın üzvləri ilk illərdə nə qədər müdrik və ləyaqətli olsalar da,bir müddətdən,yaxud bir neçə nəsildən sonra onlarda bu hakimiyyətdən sui-istifadə etmək meyli oyanır.Əgər bəşər tarixi nəyisə öyrətməyə qadirdisə,ondan heç olmasa bir ibrət dərsi götürmək faydalı olardı:şəxsi və qrup maraqlarına yol vermə vasitəsilə,öz vətəndaşlarının hesabına varlanmaq və zor tətbiq etməklə onların itaətkarlığına nail olmaq-son nəticədə bütün bunlar”qəyyumların”despota çevrilməsinə gətirib çıxara bilər.

Robert Dahl”Demokratiya haqqında”sh.88

Amerika tarixinin əsas cəhətləri.sh.79.

&3.1750-ci illərin əvvəllərində İngiltərə və Fransa arasında Şimali Amerika qitəsinə nəzarət uğrunda rəqabət qaçılmaz şəkildə”Fransa və”Hindu”müharibələrinə gətirib çıxardı.Bu münaqişə 1756-cı ildən 1763-cü ilədək davam etdi və hazırda Birləşmiş Ştatların şimalını və Kanadanı əhatə edən ərazinin üzərində İngiltərənin ağalığını təmin etdi.

Müharibənin İngiltərənin koloniyalarındakı nüfuzu üçün hansı çətinlikləri törədə biləcəyini dərk edən İngiltərə hökuməti”Kral,Sahibkarlar və Kral Xartiyası tərəfindən idarə olunanlar arasında ittifaq”bağlamağı təklif etdi.Azı bir neçə koloniya liderləri oxşar planlarla çıxış edirdilər.Uzağı görən Bencamin Franklin ingilislərin böyük nöqsanını müşahidə etmişdi,bu da koloniyalar arasında birliyin olmaması idi.Olbanidə keçirilən konfransa Franklin öz birlik planını gətirmişdi.Bu Olbani planı kimi məşhurdur.Bu plan tax-tac tərəfindən təyin edilən baş prezidentin olmasını,qanunvericilər tərəfindən seçilən şuranın təsis edilməsini nəzərdə tuturdu.Lakin İngiltərə höküməti sənədin demokratikliyinə görə bu planı rədd etdi.Kolonistlər isə onu kralın hakimiyyətinin bərpa edilməsi qorxusuna görə rədd etdilər.Ona görə də koloniyalar razılaşmış tədbirlər olmadan bu müharibəyə başlamışdılar.1754-cü ilin iyununda şimali koloniyaların böyük əksəriyyətinin və “Altı İrokez Tayfaları”birliyinin nümayəndələri Nyu-York ştatının Olbani(Albany)şəhərində görüşdülər.Bundan məqsəd Pensilvaniyadan olan Frankilin ittifaq planını müzakirə etdi.Bu plana əsasən,hər bir koloniyanın qanunvericilik orqanı Amerika Qitə Assambleyasına(American Continental Assembly)öz nümayəndəsini seçməli və bu qurumun başında kralın təyin etdiyi qubernator durmalı idi.Sözügedən plan bir neçə baxımdan maraq doğururdu.Birincisi,Franklin bu planda gələcəkdə müstəqil Amerika hökumətinin qarşılaşmalı olacağı bir çox prpblemin həllini sanki irəlicədən görə bilmişdi-söhbət İttifaqın maliyyə sistemi,hindu tayfaları ilə qarşılıqlı əlaqə,ticarət üzərində nəzarət və müdafiənin təşkili kimi problemlərdən gedir.Faktiki olaraq,bu plan əsl ittifaqın əsasını qoymuş,onun ideyalarının çoxu sonradan”reanimasiya”edilmiş və otuz ildən sonra Filadelfiyada qəbul olunmuşdu.

Ingilislər fransızlar əleyhinə qırmızı dəriləri özlərinə daha sıx bağlamaq istəyirdilər.Bir sıra koloniyaların nümayəndələri dördüncü dəfə irokezlərlə görüş keçirmək üçün Olbaniyə yığışdılar.Birinci belə konfrans 1689-cu ildə,kral Uilyamın müharibəsi başlandığı ildə keçirilmişdi.Olbani irokezlərin ölkəsi yaxınlığında yerləşirdi.Dördüncü dəfə 1754-cü ildə keçirilən görüş əvvəlkilərdən daha həlledici əhəmiyyət kəsb edirdi.Konfransda yeddi koloniya təmsil olunurdu.Nümayəndələr Bencamin Franklinin hazırladığı planı qəbul etdilər.O,Pensilvaniyadan nümayəndə idi və Filadelfiyadan konfransa gəlmək üçün uzun yolu qət etmişdi.1732-ci ildə özünün “Riçardın kasıbları”almanaxını buraxmağa başladı.Olbanidəki birləşmə planında o,təklif edirdi ki,koloniyaların ümumi mənafelərinə aid olan məsələləri,onların assambleyaları tərəfindən seçilmiş nümayəndələr konqressi və baş prezident həll etsin.Olbanidəki bütün nümayəndələr,Konniktikutdan olanlar müstəsna olmaqla planı yararlı və yaxşı hesab etdilər.Lakin İngiltərədəki Nazirlər kabineti onu rədd etdi ki,bu plan nəzərdə tutulan konqressə olduqca böyük hakimiyyət verəcəkdir.Franklin deyirdi ki,planın həm assambleyaların,həm də kral hökumətinin xoşuna gəlməməsi onu inandırır ki, hər şeydən sonra yaxşı yarım vasitə dərəcəsi hakimiyyətin müstəsna və xüsusi düzgün səmərəli fəaliyyəti ilə onun bərabər dağıdıcı gücü arasında”həqiqi vasitə”olmalıdır.

Tezliklə,sözügedən planın mahiyyətinin üstü açıldığı üçün kral hakimiyyəti onu həyata keçirməyə tələsmirdi,çünki başa düşürdü ki,plan qəbul olunsa,bu çox güclü qurumun yaranmasına gətirib çıxaracaq və bu halda Əlahəzrət üçün ona nəzarət etmək xeyli çətin olacaqdır.Lakin kralın müşavirləri narahat olmaya bilərdilər,kolonistlər vəhdətə gəlməyə hazır deyildilər.Bundan əlavə,koloniya assambleyaları da bu qədər çətinliklə nail olduqları bir imtiyazdan-yerli işlərə nəzarət etmək hüququndan mərkəzi hökumətin xeyri üçün imtina etmək istəmirdi bütün bunlar uzun illərdən sonra,Amerika koloniyaları öz İstiqlaliyyət Bəyannaməsini elan etdikdən sonra baş verəcək.Planın bir hissəsində deyilirdi ki,koloniyaların konqressi onların müdafiəsində istifadə edilən ordulara kömək edəcəkdir və Amerikanın özündə yığılan vergilərlə onların xərcini ödəyəcəkdir.Lakin bu plan rədd edildi və Fransanı sıxışdırıb çıxaran müharibəni ancaq İngiltərənin hesabına aparmaq lazım gəldi,koloniyaların çoxu yalnız öz qanını verməklə və öz yığma dəstələrini geyindirib,silahandırmaqla kömək etdi.

Melvin Urofski”ABŞ demokratiyası haqqında əsas mətnlər”sh.18,19

Telman Orucov ABŞ:beşikdən zirvəyə gedən yol.sh.118,129.
NƏTİCƏ

Bencamin Franklinin dahiliyi həm də onda idi ki,o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil,həm də alim kimi o dövrün ən məşhur simalarındam biri idi.Belə ki,müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı elmi yanaşmanın banilərindən biri də Bencamin Franklin olmuşdur.Franklin yaşamaq hüququ,azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz hüquqlqrından sayırdı.Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.Hal –hazırda ABŞ da onun adına onlarla coğrafi məkan,küçə,park,elmi-mədəni mərkəz və.s.var.ABŞ ən böyük pul vahidi olan 100 lük Dollar üzərində onun şəkli var.B.Franklin ABŞ ın yaranmasında göstərdiyi xidmətlərə görə ilk böyük amerikalı adlandırılır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Amerika tarixinin əsas cəhətləri.ABŞ kəşfiyyat agentliyi.

Melvin Urofski”ABŞ demokratiyası haqqında əsas mətnlər”

Robert Dahl”Demokratiya haqqında”

Telman Orucov”ABŞ:beşikdən zirvəyə gedən yol”



www.localhost.htm
Yüklə 28,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin