AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 137,23 Kb.
tarix14.01.2017
ölçüsü137,23 Kb.
#289



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050213 – Beynəlxalq münasibətlər

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050213 – Beynəlxalq münasibətlər” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050213 – Beynəlxalq münasibətlər” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050213 – Beynəlxalq münasibətlər

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi kecmişin qiymətləndirilməsinə (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməyə, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyə (ÜK-2);

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyə, elementar və orta səviyyədə dil vərdişlərinə nail olmağa, peşəsinə aid ümumi xarakterli ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyə (ÜK-3);

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini bilməyə, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə (ÜK-4);

  • sosial davranış formaları və qanunauyğunluqlarına, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyinə, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürə malik olmalı (ÜK-5);

  • mədəniyyətin forma və növləri haqqında məlumata, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımağa, Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyə, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməyə (ÜK-6);

  • iqtisadi nəzəriyyənin əsaslarına, pul-kredit və sosial-investisiya siyasətinə, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyə, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyə (ÜK-7);

  • Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarına, hüquq-mühafizə və digər hüquqi tətbiq qanunlarına, tərbiyəvi-etik normalara bələd olmalı (ÜK-8);

  • gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarını bilməli (ÜK-9).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:



  • bəşəriyyətin qlobal problemləri və onların həlli yollarını, dünyanın müasir siyasi xəritəsinin formalaşma mərhələlərini, dünya əhalisi və urbanizasiya problemlərini və Azərbaycan Respublikasın müasir dünyanın iqtisadi və siyasi sistemində yerini müəyyən etməyi bacarmalı (PK-1);

  • Qədim Şərq diplomatiyası tarixindən başlayaraq Qədim yunan diplomatiyası, Roma imperiyasının diplomatiyası, Ərəb xilafəti diplomatiyası, XV–XVIII əsrin I yarısında Azərbaycan milli diplomatiyası və həmin dövrlərdə beynəlxalq münasibətlərin vəziyyətinin təhlili və həmçinin müstəmləkəçilik dövrünün siyasi-tarixi təhlili və müstəmləkə sisteminin dağılmasından sonrakı dövründə beynəlxalq vəziyyət, XX əsrin sonları – XXI əsrin əvvəllərində beynəlxalq vəziyyət və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerinin təhlilinə (PK-2);

  • Yeni dövrün tarixi-xronoloji çərçivəsi və dövrləşməsi, sənayeləşdirilmədən əvvəlki Şərqi və Orta Avropa sivilizasiyasının yeni mərhələyə keçidini, Asiya, Afrika və Latın Amerikası xalqları və ölkələrində sənayeləşmiş cəmiyyətlərin formalaşmasını, müstəmləkə sisteminin formalaşmasını əxz etməli və müasir dövrün əsas xüsusiyyətləri tədqiq edərək təhlil etməyi bacarmalı (PK-3);

  • müasir beynəlxalq münasibətlərin aktual problemlərindən olan qloballaşma, onun inkişafı, yeri, rolu, dünyada baş verən proseslərə təsiri, mahiyyəti və zəruriliyi eyni zamanda Azərbaycan Respublikasının bu qloballaşma prosesində iştirakını təhlil etməyi bacarmalı (PK-4);

  • milli dövlətçiliyin taleyi ilk növbədə milli təhlükəsizliyi və nə dərəcədə təmin edilməsindən, təşkilati-ideoloji, elmi-nəzəri və praktiki işin necə qurulmasından və həyata keçirilməsindən asılılığı ilə əlaqədar olaraq milli təhlükəsizliyin dövlətin daxili sabitliyinin və xarici təhlükəsizliyinin təminatı əhəmiyyətinə malik olması, bu mənada təhlükəsizlik konsepsiyasına dair mövcud olan əsas nəzəri yanaşmaları, milli təhlükəsizlik konsepsiyasının tərif və strukturunu, milli güc konsepsiyasını, milli maraq və dəyərlər konsepsiyalarını bilməli və bunlara dair geniş məlumatlar əldə etməli, Azərbaycan Respublikasının milli maraqları, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlər, Respublikamızın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri ilə bağlı məsələlərin təhlilini (PK-5);

  • «Beynəlxalq münasibətlər», «Dünya siyasəti», «Beynəlxalq siyasət» kateqoriyaları, onların qarşılıqlı əlaqələri açıqlanmalı, müasir dövrdə beynəlxalq münasibətlərdə yaranan yeni cərəyanlar haqda məlumat verilməli, müasir dövrün əsas probemli məsələlərindən biri olan beynəlxalq sistemin mahiyyəti müxtəlif aspektlərdən açıqlanmalı, tarixi inkişafın gedişində rastlaşdığımız sistemlər və müasir məlumatları araşdırmağı bacarmalıdır (PK-6);

  • Avropa və Amerika ölkələrində sənayeləşmiş cəmiyyətlərin formalaşması, Avropa dövlətlərinin hegemonluq iddiasının güclənməsi dövrünün, müstəmləkə sisteminin formalaşmasını, ümumdünya prosesində XX əsrin yerini; Qərb və Şərq sivilizasiyaları inkişafının xüsusiyyətlərini, Şərqi Avropanın müasir tarixin kontekstində təhlilini, faşizm və totalitarizm dünya təsərrüfat sistemi və dünya siyasətinin süqutunu yeni müstəqil dövlətlərin meydana gəlməsini və müasir dünyanın qlobal problemlərini dərindən tədqiq etməyi bacarmalıdır (PK-7);

  • cəmiyyətin siyasi sistemini, siyasi sistemdə dövlətlərin mövqeyini, siyasi rejimləri, kütləvi informasiya vasitələrinin rolunu, seçki və referendum məsələlərini, Azərbaycan Respublikası siyasi sistemini, ABŞ və Avropa dövlətlərinin siyasi sistemini dərindən bilməlidir (PK-8);

  • müasir inteqrasiya proseslərinin formalaşma şəraitini öyrənməli, inteqrasiya proseslərinin nəzəri və praktik aspektlərini təhlil etməli və Azərbaycanın müstəqillik əldə etdikdən sonra dünyada gedən inteqrasiya proseslərinə qoşulma xüsusiyyətini araşdırmalı, inteqrasiya prosesi zamanı beynəlxalq münasibətlərin təkmilləşmə tendensiyasını tədqiq etməyi bacarmalıdır (PK-9);

  • müasir ziddiyyət və qarşıdurmalarla, qloballaşma və inteqrasiya prosesləri ilə zəngin dünyamızda dünya siyasətinin dinamik inkişafının mühüm nəticələrini analiz etməyi bacarmalıdır (PK-10);

  • beynəlxalq təşkilatların müasir inteqrasiya proseslərində rolunu və onların dünya siyasətindəki yerlərini müəyyən etməyi, onların vəzifələrini bilməlidir (PK-11);

  • Mərkəzi Asiya və Sibirin qədim dövrünü, erkən orta əsrlərdə Şərqi və Cənub Şərqi Avropada türk dövlətlərinin tarixini, Mərkəzi Asiya və Altayda türk tayfalarının tarixini, Rusiyanın Orta Asiya və Qazaxıstanı işğal etməsini, Mərkəzi Asiya, Volqaboyu, Sibir və Krım xalqlarının mədəniyyətini, türk xalqları Birinci Dünya müharibəsi və Fevral inqilabı (çevrilişi) dövrünü, Rusiya çarizminin devrilməsi və türk xalqlarının milli azadlıq hərəkatının xüsusiyyətlərini bilməli, II Dünya müharibəsi və türk xalqları, SSRİ dövründə türk xalqlarının sosial-iqtisadi və ictimai-siyasi durumunu, müstəqil türk dövlətləri və muxtar qurumlarının müasir vəziyyətini əxz etməlidir (PK-12);

  • Azərbaycan Demokratik Respublikası (1918-1920) nümayəndə heyətinin beynəlxalq Paris Sülh Konfransının işində iştirakı məsələlərini, Sovet Rusiyasının ADR-ə hərbi müdaxiləsini, Sovet Azərbaycanı SSRİ-nin tərkibində və SSRİ-nin xarici siyasət fəaliyyətində Azərbaycanın yeri məsələlərini dərindən öyrənməli və SSRİ-nin dağılması dövründə Azərbaycanın daxili vəziyyəti və beynəlxalq durumunu, Azərbaycan Respublikasının yaradılmasını, onun beynəlxalq nəticələrini, Azərbaycanın beynəlxalq aləmə çıxmasını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq şəraitə təsiri, Azərbaycan beynəlxalq və regional təşkilatlar sistemində Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycan Qərb dövlətləri ilə münasibətlərini və Azərbaycanın yeni neft strategiyası məsələlərini analiz etməyi bacarmalıdır (PK-13);

  • müasir dünyanın həyat ritminin nizamlı olmasını, bu gün və gələcək üçün qlobal problem sayılan enerji təminatını və bununla paralel ortaya çıxan enerji təhlükəsizliyi anlayışlarına siyasi, diplomatik və elmi-nəzəri baxışlarını əxz etməli, tarixi inkişafın bütün dönəmlərində aktual olan təhlükəsizlik fenomeninin XXI əsrdə birbaşa enerji təhlükəsizliyi ilə bağlılığını, dövlətlərarası əməkdaşlığın qloballaşması və coğrafiyasının genişlənməsi ilə müşayiət olunduğunu və enerji ehtiyatlarına malik olan və olmayan dövlətlərin maraqları dünya enerji siyasətinin mühüm komponentlərinə çevrilməsini bilməlidir (PK-14);

  • dünya bazarı və dünya qiymətlərinin yaranması mexanizmini, işçi qüvvəsinin beynəlxalq miqrasiyası və beynəlxalq əmək bazarı, beynəlxalq inteqrasiya prosesləri, sərbəst iqtisadi zonalar, beynəlxalq valyuta münasibətləri və dünya valyuta sistemləri, beynəlxalq banklar və birjalar, tədiyyə balansı, beynəlxalq iqtisadi münasibətlər və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu müəyyənləşdirməyi və şərh etməyi bacarmalıdır (PK-15);

  • beynəlxalq hüquq hüquq normalarının xüsusi sistemi kimi, beynəlxalq hüququn subyektlərini, beynəlxalq hüququn mənbələri və yaradıcılıq proseslərini, beynəlxalq və dövlət daxili hüququn qarşılıqlı təsiri, beynəlxalq hüququn əsas prinsipləri, beynəlxalq müqavilələr hüququ, beynəlxalq təşkilatlar və konfranslar, beynəlxalq hüquqda məsuliyyət, diplomatiya və konsul hüququ, beynəlxalq təhlükəsizlik hüququ, beynəlxalq hüquq və insan hüquqları və digər beynəlxalq hüququ məsələlərin araşdırılmasını və müəyyən edilməsini bilməlidir (PK-16);

  • siyasəti sistem kimi anlamağı, hakimiyyət və onun bölgüsünü, hakimiyyətin daşıyıcılarını, siyasi sistemlər nəzəriyyəsini, cəmiyyət və dövlət; siyasi rejimlər; siyasi partiyalar və partiya sistemləri; Azərbaycanda siyasi partiyalar, onların yaranmasının və fəaliyyətinin xarakter cəhətləri; demokratiya: anlayış, əsas təsisatlar; müasir demokratiya nəzəriyyələri; siyasi mədəniyyət, siyasi şüur və siyasi ideologiya; beynəlxalq münasibətlər və xarici siyasət problemlərinə (PK-17);

  • beynəlxalq münasibətlərin tədqiqi üsulları, beynəlxalq münasibətlərin nəzəri mənbələri və konseptual əsasları, dövlətin xarici siyasət fəaliyyəti, beynəlxalq sistemlərinə, beynəlxalq münasibətlərin qanunauyğunluğunu, beynəlxalq münasibətlərin subyektləri, beynəlxalq münasibətlərdə proqnozlaşdırmanın rolunu bilməlidir (PK-18);

  • dünya təsərrüfatının təşəkkülü və inkişafı, dünya iqtisadiyyatının potensialı, dünya təsərrüfat mexanizmi və onun problemləri, dünya təsərrüfatında ayrı-ayrı ölkə və regionların inkişafı məsələlərinə münasibət bildirməyi bacarmalıdır (PK-19);

  • informatika texnologiyasının texniki və proqram vasitələrini, alqoritmləşdirmənin və proqramlaşdırmanın əsaslarını, müasir proqramlaşdırma sistemlərindən birini bilməli və həmin sistemin köməyilə ixtisasa aid məsələləri kompüterdə həll etməyi bacarmalıdır (PK-20);

  • konfliktologiya anlayışını, konfliktlərin təhlili və idarəedilməsini, konfliktologiyanın prinsiplərini, konfliktoloqiyanın strukturunu, konfliktologiyanın nəzəri konsepsiyalarını, regional konfliktləri, etnosiyasi konfliktləri, konfliktlərin həlli yollarını bilməlidir (PK-21);

  • iqtisadi siyasət-dövlətin iqtisadi siyasəti anlayışını, diplomatiya anlayışını, diplomatik fəaliyyəti, iqtisadi diplomatiya tarixini, iqtisadi diplomatiya nəzəriyyəsini, iqtisadi diplomatiya faktorlarını, Azərbaycanın iqtisadi diplomatiyasını, mili iqtisadiyyatın təhlükəsizliyi anlayışını, ikitərəfli iqtisadi diplomatiya ilə xarici siyasət və iqtisadi inteqrasiya proseslərinin uzlaşmasını bilməlidir (PK-22);

  • iqtisadi nəzəriyyənin əsaslarına, pul-kredit və sosial-investisiya siyasətinə bələd, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyə, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməyə hazır olmalıdır (PK-23);

  • xarici dillərin birində peşəkar və işgüzar səviyyədə danışığa, yazıya və oxumağa nail olmalı, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməlidir (PK-24);

  • insanın inkişafında, mütəxəssis hazırlanmasında fiziki sağlamlığın əhəmiyyətini başa düşməli, fiziki mədəniyyətin və sağlam həyat tərzinin əsaslarını bilməlidir (PK-25).

  • həyat və peşə məqsədlərinə çatmaq üçün fiziki tərbiyə, tibbi və mülki müdafiə sahələrində bilik, bacarıq və vərdişlər qazanmağa çalışmalıdır(PK-26).




  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050213 - Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • elmi-tədqiqat fəaliyyəti;

  • praktik fəaliyyət.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər


Elmi-tədqiqat fəaliyyəti üzrə:

  • ixtisas üzrə biliklərdən istifadə etmək;

  • məlumatların toplanması və təhlilində müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyən etmək;

  • tədris prosesində kompüter texnologiyasından istifadə etmək.


Praktik fəaliyyət üzrə:

  • Beynəlxalq münasibətlər ilə bağlı fəaliyyəti həyata keçirilmək;

  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş idarə, səfirlik və diplomatik nümayəndəliklərində yüksək diplomatik xidmətin təmin olunmasında iştirak etmək;

  • Azərbaycan Respublikası xarici siyasətinin əsas vəzifələri və prinsiplərinin düzgün yerinə yetirilməsini həyata keçirmək;

  • profilinə uyğun olaraq müasir kommunikativ vasitələrdən istifadə etməklə Xarici İşlər Nazirliyində səfirlik və konsulluq nəzarətinin aparılmasını həyata keçirmək,

  • müəssisələrin beynəlxalq əlaqələr şöbələrində beynəlxalq əlaqələr səviyyəsinin yüksəldilməsinə yönələn işlər görmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Qədim Azərbaycana (Manna, Atropatena) aid ilk tarixi məlumatları, arxeoloji materialları və III-V əsrlərə dair mənbələri;

  • ilk orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati quruluşu, təsərrüfatı və mədəniyyətini, ərəb xilafəti tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulmasını;

  • Azərbaycanın Rusiya və İran arasında bölünməsini, XIX-XX əsrlərin əvvəllərində mədəniyyətini, kapitalist münasibətlərin inkişafını və milli burjuaziyanın meydana çıxmasını;

  • Azərbaycan Xalq Cümhuriy-yətinin yaranmasını, daxili və xarici siyasətini, süqutunu;

  • Azərbaycanda sovet hakimiyyətinin qurulmasını, 30-cu illərdə repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpərvərliyini, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətləri;

  • 1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsini, siyasi və iqtisadi böhranları;

  • Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri;

  • Azərbaycan dilinin (təlim rus dilində olanlar üçün) fonetikası, morfologiyası və sintaksisini;

  • ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidləri həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, ən əsas qrammatik hadisələri, yazılı və şifahi ünsiyyət zamanı fikrini ifadə etməyi və s.

bacarmalıdır:

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvür yaratmağı, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumat verməyi;

  • Azərbaycan Respublikasının dövlət dilində sərbəst danışmağı, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi;

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyi, xarici dildə olan ədəbiyyat və mənbələrdən istifadə etməyi və s.

yiyələnməlidir:

  • Azərbaycan tarixi haqqında dərin məlumata, Azərbaycan dilində sərbəst danışıq, xarici dildə oxumaq və yazmaq vərdişlərinə və.s.

30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • bəşəriyyətin qlobal problemləri və onların həlli yollarını, dünyanın müasir siyasi xəritəsinin formalaşma mərhələlərini, dünya əhalisi və urbanizasiya problemlərini və Azərbaycan Respublikasının müasir dünyanın iqtisadi və siyasi sistemində yerini;

  • Qədim Şərq və Qədim yunan diplomatiyası, Roma diplomatiyası və Ərəb Xilafəti diplomatiyasını;

  • XV–XVIII əsrin I yarısında Azərbaycan milli diplomatiyası və həmin dövrlərdə beynəlxalq münasibətlərin vəziyyətinin təhlilini;

  • Həmçinin müstəmləkəçilik dövrünün siyasi-tarixi təhlili və müstəmləkə sisteminin dağılmasından sonrakı dövrdə beynəlxalq vəziyyətin təhlilini,

  • XX əsrin sonları – XXI əsrin əvvəllərində beynəlxalq vəziyyət və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini;

  • Yeni dövrün tarixi-xronoloji çərçivəsi və dövrləşməsi, sənayeləşdirilmədən əvvəlki Şərqi və Orta Avropa sivilizasiyasının yeni mərhələyə keçidini, Asiya, Afrika və Latın Amerikası xalqları və ölkələrində sənayeləşmiş cəmiyyətlərin formalaşmasını, müstəmləkə sisteminin yaranmasını və müasir dövrün əsas xüsusiyyətlərini;

  • milli təhlükəsizlik konsepsi-yasına dair mövcud olan əsas nəzəri yanaşmalar, milli təhlükəsizlik konsepsiyasının tərif və strukturu, milli güc konsepsiyası, milli maraq və dəyərlər konsepsiyaları və təhdidlər konsepsiyasını, Azərbaycan Respublikasının milli maraqlarını, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlər, Respublikamızın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri ilə bağlı məsələləri;

  • «Beynəlxalq münasibətlər», «dünya siyasəti», «beynəlxalq siyasət» kateqoriyaları, onların qarşılıqlı əlaqələrini, beynəlxalq münasibətlərin fəlsəfi fikir tarixini, müasir dövrdə beynəlxalq münasibətlərdə yaranan yeni cərəyanlar haqda məlumatı, müasir dövrün əsas probemli məsələlərindən biri olan beynəlxalq sistemin mahiyyətini;

  • Avropa və Amerika xalqları və ölkələrində sənayeləşmiş cəmiyyətlərin formalaşması, Avropa dövlətlərinin hegemonluq iddiasının güclənməsi dövrünün, müstəmləkə sisteminin formalaşmasını, ümumdünya prosesində XX əsrin yerini, Qərb və Şərq sivilizasiyaları inkişafının xüsusiyyətlərini, Şərqi Avropanın müasir tarixin kontekstində təhlilini, faşizm və totalitarizm dünya təsərrüfat sistemi və dünya siyasətinin süqutunu yeni müstəqil dövlətlərin meydana gəlməsini və müasir dünyanın qlobal problemlərini;

  • cəmiyyətin siyasi sistemini, siyasi sistemdə dövlətlərin mövqeyini, siyasi rejimləri, kütləvi informasiya vasitələrinin rolunu, seçki və referendum məsələlərini, Azərbaycan Respublikası siyasi sistemini, ABŞ və Avropa dövlətlərinin siyasi sistemini;

  • müasir inteqrasiya proseslərinin formalaşma şəraitini, inteqrasiya proseslərinin nəzəri və praktik aspektlərini və Azərbaycanın müstəqillik əldə etdikdən sonra dünyada gedən inteqrasiya proseslərinə qoşulma xüsusiyyətini, inteqrasiya prosesi zamanı beynəlxalq münasibətlərin və beynəlxalq hüququn təkmilləşmə tendensiyasını;

  • beynəlxalq təşkilatların müasir inteqrasiya proseslərində rolunu və onların dünya siyasətindəki yerlərini və vəzifələrini müəyyən etməyi;

  • Azərbaycan Demokratik Respublikası nümayəndə heyətinin beynəlxalq Paris sülh konfransının işində iştirakı məsələlərini, Sovet Rusiyasının ADR-ə müdaxiləsini, Sovet Azərbaycanı SSRİ-nin tərkibində və SSRİ-nin xarici siyasət fəaliyyətində Azərbaycanın yeri məsələlərini və SSRİ-nin dağılması dövründə Azərbaycanın daxili və beynəlxalq durumunu;

  • Azərbaycan Respublikasının yaradılması, onun beynəlxalq nəticələri, Azərbaycanın beynəlxalq aləmə çıxması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq şəraitə təsirini;

  • Azərbaycan beynəlxalq və regional təşkilatlar sistemində Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri və Azərbaycanın yeni neft strategiyası məsələlərini;

  • dünya bazarı və dünya qiymətlərinin yaranması mexanizmini, işçi qüvvəsinin beynəlxalq miqrasiyası və beynəlxalq əmək bazarı, beynəlxalq inteqrasiya prosesləri, sərbəst iqtisadi zonalar, beynəlxalq valyuta münasibətləri və dünya valyuta sistemləri, beynəlxalq banklar və birjalar, tədiyyə balansı, beynəlxalq iqtisadi münasibətlər və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu;

  • beynəlxalq hüquq hüquq normalarının xüsusi sistemi kimi, beynəlxalq hüququn subyektlərini, beynəlxalq hüququn mənbələri və yaradıcılıq proseslərini, beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı təsiri, beynəlxalq hüququn əsas prinsipləri, beynəlxalq müqavilələr hüququ, beynəlxalq təşkilatlar və konfranslar, beynəlxalq hüquqda məsuliyyət, diplomatiya və konsul hüququ, beynəlxalq təhlükəsizlik hüququ, beynəlxalq hüquq və insan hüquqları və digər beynəlxalq hüquqi məsələlərini;

  • beynəlxalq münasibətlərin tədqiqi üsulları, beynəlxalq münasibətlərin nəzəri mənbələri və konseptual əsasları, dövlətin xarici siyasət fəaliyyəti, beynəlxalq münasibətlərin qanuna-uyğunluğunu, beynəlxalq münasibətlərin subyektlərini, beynəlxalq münasibətlərdə proqnozlaşdırmanın rolunu;

  • dünya təsərrüfatının təşəkkülü və inkişafı, dünya iqtisadiyyatının potensialı, dünya təsərrüfat mexanizmi və onun problemləri, dünya təsərrüfatında ayrı-ayrı ölkə və regionların inkişafı məsələlərinə münasibətini;

  • Mərkəzi Asiya və Sibir regionunun qədim dövrünü, erkən orta əsrlərdə Şərqi və Cənub Şərqi Avropada türk dövlətlərinin tarixini, Mərkəzi Asiya və Altayda türk tayfalarının tarixini, Rusiyanın Orta Asiya və Qazaxıstanı işğal etməsini, Mərkəzi Asiya, Volqaboyu, Sibir və Krım xalqlarının mədəniyyətini, türk xalqları Birinci Dünya müharibəsi və Fevral inqilabı (çevrilişi) dövrünü, Rusiya çarizminin devrilməsi və türk xalqlarının milli azadlıq hərəkatının xüsusiyyətlərini bilməl;

  • II Dünya müharibəsi və türk xalqları, SSRİ dövründə türk xalqlarının sosial-iqtisadi və ictimai-siyasi durumunu, müstəqil türk dövlətləri və muxtar qurumlarının müasir vəziyyətini;

  • müasir dünyanın həyat ritminin nizamlı olması, bu gün və gələcək üçün qlobal problem sayılan enerji təminatı məsələlərini;

  • tarixi inkişafın bütün dönəmlərində aktual olan təhlükəsizlik fenomeninin XXI əsrdə birbaşa enerji təhlükəsizliyi ilə bağlılığını, dövlətlərarası əməkdaşlığın qloballaşması və coğrafiyasının genişlənməsi ilə müşayiət olunduğunu və enerji ehtiyatlarına malik olan və olmayan dövlətlərin maraqlarının dünya enerji siyasətinin mühüm komponentlərinə çevrilməsini;

  • siyasəti sistem kimi anlamağı, hakimiyyət və onun bölgüsünü, hakimiyyətin daşıyıcılarını, siyasi sistemlər nəzəriyyəsini, cəmiyyət və dövləti; siyasi rejimləri; siyasi partiyaları və partiya sistemlərini;

  • Azərbaycanda siyasi partiyalar, onların yaranmasının və fəaliyyətinin xarakter cəhətləri;

  • demokratiya: anlayış, əsas təsisatlar; müasir demokratiya nəzəriyyələri; siyasi mədəniyyət, siyasi şüur və siyasi ideologiya; beynəlxalq münasibətlər və xarici siyasət problemlərini;

  • konfliktologiya anlayışını, konfliktlərin təhlili və idarəedilməsini, konflik-tologiyanın prinsiplərini, kon-fliktoloqiyanın strukturunu, konfliktologiyanın nəzəri kon-sepsiyalarını, regional kon-fliktləri, etnosiyasi konfliktləri, konfliktlərin həlli yollarını;

  • iqtisadi siyasət-dövlətin iqtisadi siyasəti anlayışını, diplomatiya anlayışını, diplomatik fəaliyyəti, iqtisadi diplomatiya tarixini, iqtisadi diplomatiya nəzəriyyəsini, iqtisadi diplomatiya faktorlarını;

  • Azərbaycanın iqtisadi diplomatiyasını, mili iqtisadiyyatın təhlükəsizliyi anlayışını, ikitərəfli iqtisadi diplomatiya ilə xarici siyasət və iqtisadi inteqrasiya proseslərinin uzlaşmasını;

  • iqtisadi nəzəriyyənin əsaslarına, pul-kredit və sosial-investisiya siyasətinə bələd olmalı, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməyə, iqtisadiyyatın cari məsələlərinin həllində ondan istifadə etməyi bilməlidir.

bacarmalıdır:

  • müasir beynəlxalq münasibət-lərin aktual problemlərindən olan qloballaşmanı, onun inkişafını, yerini, rolunu, dünyada baş verən proseslərə təsirini, mahiyyəti və zəruriliyini, eyni zamanda Azərbaycan Respublikasının bu qloballaşma prosesində iştirakını təhlil etməyi;

  • Azərbaycan Respublikasının müasir dünyanın iqtisadi və siyasi sistemində yerini müəyyən etməyi;

  • informatika texnologiyasının texniki və proqram vasitələrini, alqoritmləşdirmənin və proqramlaşdırmanın əsaslarını, müasir proqramlaşdırma sistemlərindən birini bilməli və həmin sistemin köməyilə ixtisasa aid məsələləri kompüterdə həll etməyi;

- XX əsrin sonları – XXI əsrin əvvəllərində beynəlxalq vəziyyət və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerinin təhlil etməyi;

  • Azərbaycan Respublikasının bu qloballaşma prosesində iştirakını təhlil etməyi;

  • Respublikamızın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri ilə bağlı məsələlərin təhlilini;

  • tarixi inkişafın gedişində rastlaşdığımız müasir sistemlər haqda məlumatları araşdırmağı;

  • müasir dünyanın qlobal problemlərini dərindən tədqiq etməyi;

  • beynəlxalq hüququn təkmilləşmə tendensiyasını tədqiq etməyi;

  • müasir ziddiyyət və qarşıdurmalarla, qloballaşma və inteqrasiya prosesləri ilə zəngin dünyamızda beynəlxalq siyasətin dinamik inkişafının mühüm nəticələrini analiz etməyi;

  • Azərbaycanın beynəlxalq aləmə çıxması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq şəraitə təsiri, Azərbaycan beynəlxalq və regional təşkilatlar sistemində: Azərbaycan - ABŞ, Azərbaycan - Rusiya, Azərbaycan

  • Türkiyə münasibətləri, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri və Azərbaycanın yeni neft strategiyası məsələlərini analiz etməyi;

  • Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu müəyyənləşdirməyi və şərh etməyi;

  • dünya təsərrüfatında ayrı-ayrı ölkə və regionların inkişafı məsələlərinə münasibət bildirməyi;

  • xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi;

  • konfliktlərin təhlili və idarə edilməsini.

yiyələnməlidir:

  • Ölkələrin siyasi və iqtisadi coğrafiyası, beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq münasibətlər tarixi, Azərbaycanın xarici siyasəti, beynəlxalq hüququn əsasları və ölkələrin siyasi sistemləri, müasir beynəlxalq münasibətlər sistemində qloballaşma prosesini, AR-nın milli təhlükəsizliyinin əsaslarını, beynəlxalq münasibətlərin formalaşması və təkamülünü, beynəlxalq iqtisadi münasibətlər və ölkələrin iqtisadi diplomatik fəaliyyətləri barədə dərin biliklərə;

  • Avropa və Amerika, Asiya və Afrika, Türk xalqları tarixini bilməyə, informatika haqda hərtərəfli məlumata və s.

180

İPF – B01

Siyasi və iqtisadi coğrafiya


İPF – B02

Beynəlxalq münasibətlər tarixi


İPF – B03

Asiya və Afrika ölkələri tarixi



İPF – B04

Müasir beynəlxalq münasibətlər sistemində

qloballaşma prosesi
İPF – B05

Azərbaycan Respublikası milli təhlükəsizliyinin əsasları


İPF – B06 Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü
İPF – B07

Avropa və Amerika ölkələr tarixi


İPF – B08 Azərbaycan və xarici ölkələrin siyasi sistemləri


İPF – B09

Müasir inteqrasiya prosesləri



İPF – B10

Dünya siyasəti



İPF – B11 Beynəlxalq təşkilatlar

İPF – B12

Türk xalqları tarixi



İPF – B13 Azərbaycanın xarici siyasəti
İPF – B14

Müasir BM-də enerji diplomatiya-sı


İPF – B15 Beynəlxalq iqtisadi münasibətlər
İPF – B16 Beynəlxalq hüquq

İPF – B17

Politologiya


İPF – B18 Beynəlxalq münasibətlər nəzəriyyəsi
İPF – B19

Dünya iqtisadiyyatı



İPF – B20

İnformatika


İPF – B21 Konfliktologiya

İPF – B22

İqtisadi diplomatiya


İPF – B23

İqtisadiyyat



İPF-B24

İxtisas yönümlü xarici dil



İPF-B25

Mülki müdafiə




İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

5

24



4
5

4
5


4

4

6



4

4

4



7

6
4


8

6

5



5

3

4



4

5


13
3
34

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK-15

PK-16

PK-17

PK-18

PK-19

PK-20

PK-21

PK-22

PK-23

PK-24

PK-25


TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan



bilməlidir:

  • tədqiqat mövzusu seçməyi;

  • ədəbiyyat siyahısının tərtibini;

bacarmalıdır:

  • elmi-tədqiqat işi aparmağı, onun nəticələrini təhlil etməyi, alınmış nəticələrin praktiki əhəmiyyətini müəyyənləşdirməyi;

  • yerinə yetirilmiş tədqiqat işinin müdafiəsini;

  • elmi-tədqiqat işinin nəticələrinin çapa hazırlanmasını.

yiyələnməlidir:

  • tədris təcrübəsində iştirak etməyi, ixtisas biliklərini dərinləşdirməyi, elmi-tədqiqat işləri ilə yanaşı əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi və onların nəticələrini ümumiləşdirməyi və buraxılış işində istifadə etməyi və s.

30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

PK-2

PK-10

PK-11

PK-13

PK-18

Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.



    1. 050213 – Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6





  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050213 – Beynəlxalq münasibətlər” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.




  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050213 – Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Humanitar və sosial ixtisaslar qrupu Azərbaycan Respublikası Təhsil

üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «Sosial-siyasi elmlər» bölməsinin sədri



__________________ Sani Hacıyev _________________ Məmməd Əliyev
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 137,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin