AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ bakis ə naye pedaqoj I texn I kumu



Yüklə 143,81 Kb.
tarix17.01.2017
ölçüsü143,81 Kb.
#410
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
B A K I S Ə N A Y E – P E D A Q O J İ T E X N İ K U M U

____________________________________________________


TEXNİKİ MEXANİKANIN

ƏSASLARI

P R O Q R A M


T100501-“Nəqliyyatda daşımalar və idarəetmənin təşkili”

T100601-“Yol hərəkətinin təşkili” ixtisasları üçün


(96 – 156 saat)
Azərbaycan Respublikası Təhsil

Nazirliyi Elmi-Metodiki şuranın

“Mexanika” bölməsinin 23.04.04

tarixli 11 saylı protokolu ilə

bəyənilmişdir.

BAKI-2004



Proqramın müəllifləri :

texn .e.n. C.İ.Səfərov, T.M.Əbdülhəsənov

Rəyçilər:

Məmmədov Adəm Balakişi oğlu – Bakı Dövlət Universitetinin

“Nəzəri mexanika” kafedrasının

Dosenti, texniki elmlər namizıdi

Həziyev İbadulla Hilal oğlu - Azərbaycan Texniki Universitetinin

“Maşın hissələri və YQNM” kafedra-

sının dosenti, texniki elmlər namizədi

Əsədov Mübariz Xasay oğlu -Bakı Sənaye-Pedaqoji Texnikumunun

“Riyaziyyat – fizika” fənn birləşməsi

komissiyasının sədri, fiz.- riyaz. e. n.


Redaktor :

Əsədov Mübariz Xasay oğlu-Bakı Sənaye-Pedaqoji Texnikumunun

“Riyaziyyat – fizika” fənn birləşməsi

komissiyasının sədri, fiz.- riyaz. e. n.

F ə n n i n t ə x m i n i m ö v z u p l a n ı

______________________________________



Bölmələrin və mövzuların adları

Saatların miqdarı

Ü m u m i

O cüml. labor işləri

Nəql.daşım-r və

Id. etmənin

təşkili üzrə


Yol hərəkətinin

təşkili üzrə



T100501

T100601

Giriş

I Bölmə: Nəzəri mexanika :

_____________________________________

S t a t i k a

1.1 Əsas anlayışlar və statikanın aksiomları

1.2 Müstəvidə kəsişən qüvvələr sistemi

1.3 Qüvvələr cütü və qüvvənin momenti

1.4 Müstəvi üzərində ixtiyari qüvvələr

sistemi


    1. Fəza qüvvələr sistemi

    2. Ağırlıq mərkəzi

K i n e m a t i k a

1.7 Kinematikanın əsas anlayışları

1.8 Nöqtə kinematikası

1.9 Bərk cismin sadə hərəkəti

1.10 Nöqtənin mürəkkəb hərəkəti

1.11 Bərk cismin yastı paralel hərəkəti

D i n a m i k a

1.13 Əsas anlayışlar və dinamikanın

aksiomları



    1. Maddi nöqtə üçün kinetostotika

Metodu

    1. İş və güc

    2. Dinamikanın teoremləri

Y o x l a m a i ş i


1 (1-1)

2 (1-2)


2 (2-3)

2 (2-2)


6 (4-6)
3 (2-4)

3 (2-3)

1 (1-1)

3 (2-3)


2 (2-2)

2 (2-2)


2 (2-2)

2 (2-2)


2 (2-2)
2 (2-2)

2 (2-2)



2 (1-2)

3 (2-4)


4 (4-6)

3 (2-4)


8 (6-10)
4 (4-4)

4 (3-4)

1 (1-1)

5 (4-5)


4 (2-4)

4 (4-4)


4 (3-4)

2 (2-2)


4 (4-4)
4 (4-6)

6 (4-6)








B ö l m ə ü z r ə c ə m i:

37(31-39)

62(50-70)

2

2



II Bölmə: Materiallar müqaviməti




    1. Əsass müddəalar

    2. Dartılma və sıxılma

    3. Kəsilmə və əzilməyə təcrübi hesablamalar

    4. Burulma

    5. Yastı kəsiklərin həndəsi xarakteristikaları

    6. Əyilmə

Y ox l a m a i ş i

2.7 Əyilmə və burulma

2.8 Yorğunluğu hesablama

2.9 Sıxılan milin dayanıqlığı





2 (1-2)

4 (4-6)


2 (2-4)
3 (2-3)

2 (2-4)
8 (6-10)

-

2 (2-2)


2 (2-2)

2 (2-2)


4 (3-4)

8 (8-10)


4 (3-5)
5 (4-6)

4 (4-4)
12 (10-14)

+

3 (2-4)


2 (2-2)

4 (2-4)









B öl m ə ü z r ə c ə m i :

27 (23-35)

46 (38-53)

2

4

III Bölmə: Mexanizm və maşın

hissələri




    1. Əsas müddəalar

Mexanizm və maşın hissələrinin birləşdirilməsi

    1. Sökülə bilməyən birləşmələr

    2. Sökülə bilən birləşmələr (yivli birləşmələr)

Ötürmələr

    1. Ötürmələr haqqında ümumui məlumat

    2. Friksion ötürmələr

    3. Dişli çarx ötürmələri

    4. Vint-qayka ötürməsi

    5. Sonsuz vint ötürməsi

    6. Qayış ötürməsi

    7. Zəncir ötürməsi

    8. Bəzi mexanizmlər haqqında ümumui məlumat

Vallar, oxlar, yastıqlar,muftalar

3.12 Vallar, oxlar, işgil və şilis birləşdirmələr

3.13 Yastıqlar

3.14 Muftalar

2 (2-3)


2 (2-2)

2 (2-4)


2 (2-2)

2 (2-2)


6 (6-8)

2 (2-2)


2 (2-3)

2 92-2)


2 (2-2)

2 (2-3)


2 (2-3)

2 (2-2)


2 (2-2)












B ö l m ə üz r ə c ə m i :

32(32-40)

48 (42-54)

2

4

Fənn üzrə saatların ümumi miqdarı

96

(84-114)


526

(130-177)



6

10

Qeyd: Yoxlama yazı işləri yalnız T100601 – Yol hərəkətinin təşkili

ixtisası üzrə təhsil alan tələbələr tərəfindən yerinə yetirilir.



P R O Q R A M I N M Ə Z M U N U

Giriş


“Texniki mexanikanın əsasları” fənninin məzmunu, onun texnikada rolu və mahiyyəti. Materiya və hərəkət. Mexaniki hərəkət. Müvazinət. Nəzəri mexanika və onun bölmələri: statika, kinematika və dinamika.
I B ö l m ə. NƏZƏRİ MEXANİKA
S T A T İ K A
1.1 Əsas anlayışlar və statikanın aksiomları

Maddi nöqtə. Mütləq bərk cisim. Statikanın birinci aksiomu (ətalət qanunu). Qüvvə; qüvvə-vektor. Statikanın ikinci aksiomu (iki qüvvənin müvazinət şərti). Qüvvələr sistemi. Ekvivalent qüvvələr sistemi. Əvəzləyici qüvvə. Tarazlaşdırıcı qüvvə. Statikanın üçüncü aksiomu (qüvvələr paralelooqramı aksiomu). Qüvvənin öz təsir xətti boyunca köçürülməsi (qüvvə - sürüşən vektor). Statikanın dördüncü aksiomu (təsir və əks təsirin bərabərliyi qanunu). Statikanın beşinci aksiomu (bərkimə prinsipi). Sərbəst və qeyri sərbəst cisimlər. Dayaqlar. Dayaq reaksiyaları.


1.2 Müstəvi üzərində kəsişən qüvvələr sistemi

Kəsişən qüvvələr sistemi. Qüvvənin iki toplanana ayrılması. Müstəvi üzərində kəsişən qüvvələr sisteminin toplanması. Qüvvələr çoxbucaqlısı. Qüvvələrin ox üzərində proyeksiyaları. Qüvvənin analitik üsulla verilməsi. Qüvvələrin analitik üsulla toplanması. Kəsişən qüvvələr sisteminin həndəsi müvazinət şərti. Müvazinıtdə olan üç qüvvə haqqıda teorem. Kəsişən qüvvələr sisteminin analitik müvazinət şərtləri. Statik həll olunan və statik həll olunmayan sistemlər. Qüvvənin nöqtəyə nəzərn momenti. Əvəzləyicinin momenti haqqında Varinyon teoremi.


1.3 Qüvvələr cütü

Qüvvələr cütü, cütün momenti və cütün momentinin işarəsi. Qüvvələr cütünün qolu. Qüvvələr cütünün cismə fırladıcı təsiri. Cütlərin eekvivalentliyi haqqında teorem. Təsir müstəvisi üzrə cütlərin köçürülməsinin mümkünlüyü. Bir müstəvi üzərində yerləşən cütlərin toplanması. Cütlərin müvazinət şərti.


1.4 Müstəviüzərində ixtiyari qüvvələr sistemi

Qüvvənin verilmiş nöqtəyə (mərkəzə) gətirilməsi haqqında teorem. Qüvvələr sisteminin verilmiş mərkəzə gətirilməsi. Ixtiyari qüvvələr sisteminin baş vektoru və baş momenti. Ixtiyri qüvvələr sisteminin əvəzləyicisi. Varinyon teoremi. Varinyon teoreminin bir istiqamətdə və ya müxtəlif istiqamətlərdə yönəlmiş paralel qüvvələrin əvəzləyicisinin təyin olunmasında tətbiqi.

Müstəvi üzərində yerləşən ixtiyari qüvvələr sisteminin müvazinət şərtləri. Müstəvi üzərində paralel qüvvələr sisteminin müvazinət şərtləri. Tirlər sistemi; yüklərin təsnifatı və dayaqların növləri. Real rabitələr. Sürüşmə sürtünməsi. Sürtünmə qüvvəsi., sürtünmə bucağı, sürtünmə əmsalı. Diyirlənmə sürtünməsi, onun xüsusiyyətləri. Diyirlənmə sürtünməsi əmsalı və onun ölçüsü.
1.5 Fəza qüvvələr sistemi

Qüvvələr paralelepipedi. Qüvvələrin qarşılıqlı perpendikulyar olan üç ox üzərinə proyeksiyaları. Fəzada kəsişən qüvvələr sisteminin müvazinət şərti.

Qüvvənin oxa nəzərən momenti. Ixtiyari fəza qüvvələr sisteminin verilmiş mərkəzə gətirilməsi. Ixtiyari fəza qüvvələr sisteminin baş vektoru və baş momenti haqqında anlayış. Ixtiyari qüvvələr sisteminin müvazinət şərtləri. əvəzləyicinin oxa nəzərən momrnti haqqında Varinyon teoremi.
1.6 Ağırlıq mərkəzi

Paralel qüvvələr mərkəzi haqqında anlayış. Paralel qüvvələr mərkəzinin vəziyyətini təyin etmək üçün formullar. Ağırlıq qüvvəsi. Cismin ağırlıq mərkəzi paralel qüvvələr mərkəzi kimi. Cismin ağırlıq mərkəzinin vəziyyətini təyin etmək üçün formullar. Üçbucaq və düzbucaqlı kimi fiqurların ağırlıq mərkəzinin təyin edilməsi. Nazik lövhələrin və en kəsik sahələri sadə həndəsi fiqurlardan ibarət olan standart profilli prokatların ağırlıq mərkəzinin təyin edilməsi. Cismin ağırlıq mərkəzinin təyin edilməsi üsulları.



K İ N E M A T İ K A

1.7 Kinematikanın əsas anlayışları

Kinematika mexaniki hərəkəti həndəsi nöqteyi nəzərdən öyrənən bir elm kimi. Kinematikanın əsas anayışları: trayektoriya, məsafə, yol, zaman intervalı, sürət və təcil.


1.8 Nöqtə kinematikası

Nöqtənin hərəkətinin verilmə üsulları. Hərəkətin verilməsində koordinat üsulundan təbii üsulla keçid. Nöqtənin sürət vektoru. Nöqtənin təcil vektoru. Tam, normal və toxunan təcil. Vektorun proyeksiyasının törəməsi haqqında teorem. Hərəkət koordinat üsulu ilə verildikdə nöqtənin sürət və təcili. Hərəkət təbii üsulla verildikdə nöqtənin sürət və təcili. Təcildən asılı olaraq nöqtənin hərəkətinin növləri. Kinematik qrafiklər.




1.9 Bərk cismin sadə hərəkəti
Bərk cismin irəliləmə hərəkəti və onun xassələri. Bərk cismin tərpənməz ox ətrafında fırlanma hərəkəti. Bucaq yerdəyişməsi. Bucaq sürəti, fırlanma tezliyi.

Bucaq təcili. Bucaq sürəti və fırlanma tezliyi vahidləri; onlar arasında əlaqələr. Bucaq təcili vahidi. Bucaq təcilindən asılı olaraq fərlanma hərəkətinin növləri.

Fırlanma hərəkəti edən cismin nöqtələrinin xətti sürəti. Fırlanan cismin nöqtələrinin normal (mərkəzəqaçma), toxunan (tangensial) və tam təcili. Cismin bucaq sürəti və bucaq təcilindən istifadə etməklə müvafiq olaraq nöqtələrin normal və toxunan təcilinin ifadəsi.fırlanma hərəkətinin ötürülməsi üsulları. Ötürmə nisbəti haqqında məlumat. Sadə ötürmələrin ötürmə nisbətlərinin onların həndəsi parametrlərindən istifadə etməklə təyin edilməsi.
1.10 Nöqtənin mürəkkəb hərəkəti

Nöqtənin nisbi, köçürmə və mütləq hərəkəti. Mürəkkəb hərəkət edən nöqtənin sürətlərinin tapılması haqqında teorem.


1.11 Bərk cismin yastı paralel hərəkəti

Cismin yastı paralel hərəkəti haqqında məlumat. Yastı paralel hərəkətin irəliləmə və fırlanma hərəkətlərindən ibarət olması. Bərk cismin yastı paralel hərəkətinin tənlikləri. Sürətlərin toplanması haqqında teorem. Ani sürətlər mərkəzi və onun cismin istənilən nöqtəsinin mütləq sürətinin təyin olunmasında istifadə edilməsi.


D İ N A M İ K A

1.12 Əsas anlayışlar və dinamikanın aksiomları

Dinamikanın birinci aksiomu (ətalət prinsipi). Dinamikanın ikinci aksiomu (nöqtə dinamikasının əsas qanunu). Maddi nöqtənin kütləsi, Beynəlxalq vahidlər sistemində (BS) kütlənin vahidi.

Ağırlıq qüvvəsi və kütlə arasında asılılıq. Dinamikanın üçüncü aksiomu (təsirin əks təsirə bərabərlik qanunu). Dinamikanın dördüncü aksiomu (qüvvələrin təsirinin asılı olmaması prisipi).

1.13 Maddi nöqtələr üçün kinetostika metodu

Sərbəst və qeyri sərbəst maddi nöqtə. Qeyri-sərbəst maddi nöqtələrin hərəkəti zamanı ətalət qüvvəsinin əmələ gəlməsi; ətalət qüvvəsinin normal və toxunan toplananları. Dalamber prinsipi; kinetostatik metodu.



1.14 İş və güc

Sabit qüvvənin düzxətli hərəkətdəki işi. Beynəlxalq vahidlər sistemində işin vahidi. Əvəzləyici qüvvənin işi. Ağırlıq qüvvəsinin işi. Hərəkətverici qüvvənin və müqavimət qüvvəsinin işi. Güc; gücün Beynəlxalq vahidlər sistemində vahidi. Faydalı iş əmsalıhaqqında məlumat. Cismin fırlanma hərəkətindəki işi və gücü.


1.15 Dinamikanın ümumi teoremləri

Qüvvə impulsu haqqında anlayış, nöqtənin hərəkət miqdarı və kinetik enerjisi. Maddi nöqtənin kinetik enerjisi və hərəkət miqdarının dəyişməsi haqqında teoremlər. Maddi nöqtələr sistemi. Sistemin daxili və xarici qüvvələri. Fırlanma hərəkəti edən bərk cisim üçün dinamikanın əsas tənliyi. Cismin ətalət momenti. Cismin irəliləmə və fırlanma hərəkəti zamanı kinetik enerjisi.



T100600 ixtisasında “Nəzəri mexanika” bölməsi üzrə yoxlama işi
II Bölmə: MATERİALLAR MÜQAVİMƏTİ

2.1 Əsas müddəalar

Cisimlərin deformasiyası haqqında anlayış; elastiklik və plastiklik. Materiallar müqavimətinin əsas məsələsi. Möhkəmlik, sərtlik və dayanıqləğa hesabat haqqında ilkin məlumat. Tüklərin təsnifatı: səthi və həcmi; statik və dinamik; təkrar-dəyişən. Materiallar müqavimətində deformasiya olunan cismin xassələri və deformasiyaların xarakterləri haqqında qəbul edilən əsas fərziyələr. Qüvvələrin təsirinin asılı olmaması prinsipi. Brus (mil), qabıq, lövhə və massiv haqqında məlumat.

Kəsmək üsulu. Brusun eninə kəsiklərində yaranan daxili qüvvə amillərini təyin etmək üçün kəsmək üsulunun tətbiqi.

Gərginlik: normal, toxunan, tam gərginliklər.


2.2 Dartılma və sıxılma

Dartılma və sıxılmada boyuna qüvvələr. Boyuna qüvvələr epürünün qurulması. Dartılmış (sıxılmış) brusun en kəsiklərində yaranan normal gərginlik. Sen-Venen prinsipi. Dartılmada (sıxılmada) uzununa və eninə deformasiyalar. Huk qanunu. Boyuna (uzununa) elastiklk modulu. Eninə deformasiya əmsalı – Puasson əmsalı. Brusun sərtliyi və kəsiyin sərtliyi. Brusun en kəsiklərində yerdəyişmənin təyini. Xətti gərginlikli vəziyyət. Maksimal toxunan gərginlik.

Statik yükləmədə materialların dartıla və sıxılmaya sınanması. Azkarbonlu poladların dartılma dioqramı və onun xarakterik parametrləri: mütənasiblik həddi, axıcılıq həddi, möhkəmlik həddi (müvəqqəti müqavimət). Plastiklik xassəsinin xarakteristikaları: nisbi qalıq uzanma. Şərti axıcılıq həddi. Kövrək materialların dartılma dioqramları. Plastik və kövrək materialların sıxılma vaxtı, mexaniki xassələri.

Axıcılıq və möhkımlik hədləri üzrə həqiqi və tələb olunan (verilmiş və buraxıla bilən) möhkəmlik ehtiyyatı əmsalları. Tələb olunan möhləmlik ehtiyyatı əmsakının seçilməsinə təsir edən əsas amillər. Möhkəmlik şərtləri. Buraxılabilən gərginliklər; buraxılabilən gərginlikdən istifadə etməklə möhkəmlik şərti. Möhkəmliyə hesabat: yoxlama hesabatı (möhkəmliyə yoxlama, buraxılabilən yükün təyini), layihə hesabatı (brusun en kəsiyinə tələb olunan ölçülərinin təyin edilməsi)

Statik həll olunmayan sistemlər. Statik həll olunmayan sistemlərdə temperatur gərginlikləri.

2.3 Kəsilmə və əzilməyə təcrübi hesablamalar

Kəsilmə, hesabatın əsas ilkin şərtləri, hasabat düsturları. Əzilmə, hesabatın şərtiliyi, hesabat düsturları. Yuvalarında araboşluqsuz oturdulmuş pərçim və bolt birləşmələrinin, eyni zamanda çiv və bu kimi digər birləşmələrin kəsilməyə və əzilməyə hesablanmaları.

Sürüşmə deformasiyası və nazik divarlı borunun burulması misalında onun tədqiq olunması. Xalis sürüşmə. Sürüşmə üçün Huk qanunu. Sürüşmə modulu. Toxunan gərginliklərin qoşa olma qanunu. Izotrop cisimlər üçün hər üç elastiklik modulu arasındakı asılılıq.

2.4 B u r u l m a

Dairəvi en kəsikli düz brusun burulması. Burucu moment və onun epürünün qurulması. Əsas fərziyyələr. Brusun en kəsiklərində əmələ gələn gərginlik. Bucaq yerdəyişməsi. Dairə və həlqə üçün polyar ətalət momenti. Möhkəmliyə və sərtliyə hesablama.

Silindrik vintvari yayın dartılma və sıxılmaya hesablanması. Hesabi gərginliyin (möhkəmlik şərti) və yük altında yayın hündürlüyünün dəyişməsinin təyin edilməsi.

2.6 Yastı fiqurların həndəsi xarakteristikaları

Ümumi məlumat. Yastı fiqurun statik momenti. Ox, mərkəzdənqaçma və qütb ətalət momentləri. Ox və qütb ətalət momentləri arasında asılılıq. Paralel oxlara nəzərən ətalət momentləriarasındakı asılılıq. Mərkəzi baş oxlar və mərkəzi baş ətalət momentləri haqqında anlayış.düzbucaqlının, dairənin, həlqənin və ən azı bir simmetriya oxuna malik mürəkkəb fiqurların mərkəzi baş ətalət momentləri.



2.6 Ə y i l m ə

Əsas anlayışlar və müddəalar; əyilmə növlərinin təsnifatı; düz əyilmə, xalis və eninə; çəp əyilmə, xalis və eninə. Düz əyilmədə daxili qüvvə amilləri – kəsici (eninə) qüvvə və əyici moment. Yayılmış yükün intensivliyi, kəsici qüvvə və əyici momentarasındakı diferensial asılılıqlar. Kəsici qüvvə və əyici moment epürlərinin qurulması. Brusun əyrilik oxu ilə əyirici moment arasındakı asılılıq. əyilmədə kəsiyin sərtliyi. Xalis əyilmədə brusun en kəsiklərində yaranan normal gərginlik. Oxa nəzərən müqavimət momentləri. əyilmədə toxunan gərginlik haqqında anlayış.

Düz əyilmədə xətti və bucaq yerdəyişmələri. Tirlərin sərtliyə hesabatı haqqında məlumat.
T100600 ixtisasında2.5 və 2.6 mövzuları üzrə yoxlama işi
2.7 Əyilmə və burulma

Əyilmə və burulmanın birgə təsiri. En kəsiklərdə daxili qüvvə amilləri və gərginlik. Möhkəmlik nəzəriyyələri haqqında məlumat. Burulma ilə birlikdə əyilməyə işləyən dairəvi en kəsikli brusların hesablanması.


2.8 Sıxılan millərin dayanıqlığı

Boyuna əyilmə haqqında məlumat. Müvazinətin dayanıqlığı və dayanıqsız formalar. Böhran qüvvəsi. Dayanıqlıq şərti. Böhran gərginliyi. Çeviklik. Elstiklik həddi daxilində boyuna əyilmə. Eyler düsturu. Eyler düsturunun tətbiq edilmə sərhədləri, çeviklik həddi.




III Bölmə: MEXANİZM və MAŞIN HİSSƏLƏRİ
3.1 Əsas anlayışlar və müddəalar

“Mexanizm və maşın hissələri” kursunun məqsəd və məramı. Əsas müddəlar. Mexanizm və maşınlar. Maşınların təsnifatı. Kinematik cütlər və kinematik zəncirlər. Maşınqayırmada istifadə olunan bəzi materialların xarakteristikaları.

Məmulatların keyfiyyətinin yüksəldilməsində və elmi-texniki tərəqqinin inkişafında standartlaşmanın rolu.

Maşın və maşın hissələrinə qoyulan əsas tələblər. Maşın hissələrinin əsas işgörmə qabiliyyəti və hesablama meyarları: möhkəmlik və sərtlik. Layihə və yoxlama hesabları.



M a ş ı h i s s ə l ə r i n i n b i r l ə ş d i r i l m ə s i
3.2 Söküləbilməyən birləşdirmələr

Pərçim birləşməsi: üstün və çatışmayan cəhətləri, tətbiq sahələri. Pərçim və pərçim birləşməsinin əsas növləri. Pərçim tikişlərinin hesablanması haqqında qısa məlumat. Qaynaq birləşməsi: üstün və çatışmayan cəhətləri, tətbiq sahələri. Qaynaq tikişinin əsas növləri. Qaynaq tikişinin hesablanması haqqında qısa məlumat. Yapışqan birləşməsi: üstün və çatışmayan cəhətləri, tətbiq sahələri.


3.3 Yiv birləşmələri

Vint xətti, vint səthi və onların əmələ gəlməsi. Yivlərin əsas növləri, onların standartlaşması, tutuşdurulma xarakterıstikaları və tətbiq sahələri. Yiv birləşmələrinin kanstruktiv formaları. Standart bərkidici məmulatlar. Yiv birləşmələrinin stoporlama üsulları. Sabit yükləmələrdə yiv birləşmələrinin hesablanmasının əsasları. Materiallar və buraxılabilən gərginlik.


Ö t ü r m ə l ə r

3.4 Ötürmələr haqqıda ümumi məlumat

Fırlanma hərəkəti və onun maşın və mexanizmlərdəki rolu. Ötürmələrin maşınlarda təyinatı. Ötürmələri iş prinsipi və təsnifatı. Mexaniki ötürmələr üçün əsas qüvvə və kinematiq əlaqələr.


3.5 Friksion ötürmələr

Friksion ötürmələr, onların təyinatı və xüsusiyyətləri. Friksion ötürmələrin üstün və çatışmayan cəhətləri, onların tıtbiq sahələri. Silindrik hamar diyircəklər vasitəsilə ötürmələr. Konik hamar diyircəklər vasitəsilə ötürmələr. əsas həndəsi və kinematik əlaqələr. Ötqrmədəki qüvvə. Friksion ötürmələrdə kontakt möhkəmliyinə və yeyilməyə davamlılığa hesabat haqqında əsas anlayış.



3.6 Dişli ötürmələr

Dişli ötürmələr haqqıda ümumi məlumat: üstünlükləri və çatışmayan cəhətləri, tətbiq sahələri. Dişli ötürmələri təsnifatı. Ilişmənin əsas teoremi. Iki evolvent profilli dişli çarxların ilişməsi: əsas elementlər və ilişmənin xarakteristikası, dişlərin qarşılıqlı təsiri. Evalvet dişli çarxın tamasa ilə ilişməsi. Dişli çarxların materialları. Dişlərin dağılma növləri. Düzdişli silindrik çarx ötürmələri. Əsas həndəsi münasibətlər. Ilişmədə təsir edən qüvvələr. Düzdişli silindrik çarxların dişlədinin kontakt möhkəmliyinə və əyilməyə hesablanmasının əsasları.

Əsas parametrlərin, hesabat əmsallarının və buraxılabilən gərginliklərin seçilməsi haqqında qısa məlumat. Şevron və çəpdişli silindrik ötürmələr. Əsas həndəsi münasibətlər. Ilişmədə təsir edın qüvvələr. Qeyri-düzdişli ötürmələrin hesablanmasının özəllikləri. Əsas parametrlər və hesabat əmsalları. Konik ötürmə. əsas həndəsi əlaqələr və ilişmədə yaranan qüvvələr.

3.7 Vint-qayka ötürməsi

Vintli mexanizmlər haqqıda ümumi məlumat. Vint cütlərində f.i.ə. və qüvvə əlaqələri. Ötürmələrin yeyilməyədavamlılığına hesablanması haqqında anlayış. Əsas parametrlər və hesabat əmsalları.


3.8 Sonsuz vint ötürmələri

Sonsuz vint ötürmələi haqqında ümumi məlumat: üstünlükləri və çatışmayan cəhətləri, tətbiq sahələri. Sonsuz vint və sonsuz vint çarxının materialları. Sonsuz vint ötürmələrində həndəsi əlaqələr. Ötürmə ədədi. Ilişmədə təsir edən qüvvələr. Sonsuz vint ötürməsinin f.i.ə. Sonsuz vint ötürmələrinin hesablanması. Sonsuz vint valının sərtliyə hesablanması. Əsas parametrlərin, hesabat əmsallarının və buraxılabilən gərginliklərin seçilməsi haqqında qısa məlumat. Sonsuz vint ötürməsinin temperatur təsirinə hesablanması.


3.9 Qayış ötürməsi

Qayış ötürmələri haqqında ümumi məlumat: üstünlükləri və çatışmayan cəhətləri, tətbiq sahələri. Qayış ötürmələrinin təsnifatı: ötürücü qayışların növləri və onların materialları, qayışların tarımlanması üsulları, əsas həndəsi və kinetik münasibətlər. Qayışlarda qüvvələr və gərginliklər. Qasnaqlarda qayışların sürüşməsi. Işgörmə qabiliyyətlərinin meyarları və qayış ötürmələrinin hesablanması haqqında anlayış.


3.10 Zəncir ötürməsi

Zəncir ötürməsi haqqında ümumi məlumatlar: quruluşları, üstünlükləri və çatışmayan cəhətləri, tətbiq sahələri. Ötürücü zəncirlər və ulduzcuqlar. Zəncirlərin seçilməsi haqqıda qısa məlumat və onların yoxlama hesabatı.


3.11 Bəzi mexanizmlər haqqında ümumi məlumat

Lingli mexanizmlər. Oynaqlı-dördbəndli mexanizmlər. Çarxqolu-sürüngəcli mexanizmlər. Maltiy mexanizmləri. Təyinatı və tətbiq sahələri.

Yumruq mexanizmləri. Onların özəllikləri, müxtılif növləri və texnoloji proseslərin avtomatlaşdırılmasındakı rolu.
Vallar, oxlar, yastıqlar, muftalar

3.12 Vallar, oxlar, işgil və şilis birləşmələri

Vallar və oxlar, onların təyinatı, konstruksiyaları və materialları. Fırlanan və hərəkətsiz oxlar. Vallar və oxların möhkəmliyə və sərtliyə hesablarının əsasları.

Işgil birləşmələrinin növləri və onların müqayisəli xarakteristikaları. Standart işgillərin növləri. Işgillərin seçilməsi və işgil birləşmələrinin yoxlama hesabatı. Şilis birləşməsi və onun tətbiq sahəsi.

3.13 Yastıqlar

Sürüşmə yastıqları və dayaqları: təyinatı, növləri, tətbiq sahələri. Yastıqların hissələrinin materialları. Sürüşmə yastıqlarının şərti hesablanması.

Diyirlənmə yastıqları: quruluşları, sürüşmə və diyirlənmə yastıqlarının müqayisəli xarakteristikaları. Diyirlənmə yastıqlarının təsnifatı və DÜİST üzrə əsas növlərinin şərhi. Dinamik yükgötürmə qabiliyyətinə görə diyirlənmə yastıqlarımım seçilməsi.
3.14 Muftalar

Muftalar, onların təyinatı və qısa təsnifatı. Muftaların seşilməsi haqqında qısa məlumat.

TEXNİKİ MEXANİKANIN ƏSASLARI”

fənnini öyrəndikdən sonra tələbələr nəyi bacarmalı və

hansı vərdişlərə yiyələnməli olmalıdırlar

______________________________________________
Statikaya aid:

1. Müstəvi üzərində yerləşən iki, üç və istənilən sayda kəsişən qüvvələrin

əvəzləyicisinin ədədi qiymətini və istiqamətini tapmağı.

(qrafiki və analitik üsulla)


2. Qüvvəni müstıvi üzərində iki istiqamətdə, fəzada isə üç istiqamətdə

toplananlarına ayırmağı.

3. Müstəvidə və ya fəzada müvazinətləşdirilmiş kəsişən qüvvələr sisteminə

aid məsələləri lazımi müvazinət tənliklərindən

istifadə etməklə həll etməyi.

4. Müstəvidə və ya fəzada müvazinətləşdirilmiş ixtiyari qüvvələr sisteminə

aid məsələləri lazımi müvazinət tənliklərindən istifadə etməklə həll etməyi ( məsələlərin həlli zamanı koordinat oxları, moment mərkəzləri və həllin düzgünlüyünün yoxlanması üsullarından daha səmərəli olanının

seçilməsi vərdişlərini əldə etməklə).

5. sadə həndəsi fiqurlardan ibarət olan yastı kəsiklərin və standart en kə-

sikli profillərin ağırlıq mərkəzlərini tapmağı.

6. Asma üsulu ilə ixtiyari yastı fiqurun ağırlıq mərkəzini təyin etməyi.

7. Sürüşmə sürtünməsi əmsalını təcrübi üsulla təyin etməyi.



Kinematikaya aid
1. Müntəzəm və müntəzəmdəyişən hərəkətlər üçün ( s - t ), ( v - t ), kinematik dioqramların qurulması və oxunmasını bacarmağı.

2. Verilmiş trayektoriya üzrə nöqtənin hərəkətinə aid məsələləri (məsafə-

nin, sürətlərin, toxunan və normal təcillərin təyin edilməsi) həll etməyi. 3. cismin fırlanma hərəkətinə aid məsələləri (bucaq yerdəyişməsi, bucaq

sürəti və bucaq təcilinin təyin edilməsi) həll etməyi.

4. Nöqtənin mürəkkəb hərəkətlərinə aid məsələləri həll etməyi.

5. Cismin yastı paralel hərəkətinə aid məsələləri həll etməyi.


Dinamikaya aid
1. İrəliləmə və fırlanma hərəkətində görülən iş və gücə aid məsələləri həll

etməyi.


2. Qeyri-sərbəst maddi nöqtənin hərəkətinə aid məsələləri (kinetostatika

metodundan,hərəkət miqdarı haqqında teoremdən və kinetik enerji haq-

qında teoremdən istifadə etməklə) həll etməyi.

3. Cismin fırlanma hərəkətinə aid məsələləri həll etməyi.

4. Tormozlanma metodundan istifadə etməklə təcrübi yolla mühərrikin gü-

cünü təyin etməyi.



Materiallar müqavimətinə aid
1. İxtiyari yüklənmaiş brusun istənilən en kəsiyində yükləmənin növü və

daxili qüvvə amillərinin təyin edilməsini.

2. Düz bruslar üşün boyuna qüvvələrin, burucu momentlərin, kəsici qüvvə

və əyici momentlər epürünün qurulmasını.

3. materialların dartılmaya (sıxılmaya) sınanılmasının yerinə yetirilməsini,

dartılma (sıxılma) dioqramlarını qurmağı və əsas mexaniki xarakteris-

tikaların təyin edilməsini.

4. Dairənin və həlqənin qütb ətalət momentlərini, simmetriya oxuna malik

olan kəsiklərin mərkəzi baş ətalət momentlərinin təyin edilməsini.

5. Pərçim, bolt, çiv və işgil birləşmələrinin kəsilmə və əzilməyə layihə və

yoxlama hesabatının yerinə yetirilməsini.

6. Statik həll olunan sistemlərin a) dartılma (sıxılma); b) burulma; c) düz

eninə əyilmə; ç) əyilmə ilə burulmanın birgə təsiri vaxtı möhkəmlik və

şərtlik şərtlərindən layihə və yoxlama hesabatlarının yerinə yetirilməsini.

7. Silindrik vintvari yayların layihə və yoxlama hesabatlarının yerinə yetiril-

məsini.
Mexanizm və maşın hissələrinə aid


1. Çoxpilləli ötürmələrdə:

a) aparılan valın burucu momentindən və bucaq sürıtindən asılı olaraq

aparılan valın bucaq sürəti və burucu momentini; ötürmə nisbətini və

f.i.ə. təyin etməyi;

b) kataloqdan elektrik mühərrikinin tipik ölçülərini seçməyi;

c) ümumi ötürmə nisbətini ötürmənin ayrı-ayrı pillələri arasında bölüş-

dürməyi.

2. Dişli çarx ötürmələrinin həndəsi və kinematik hesabatının yerinə yetiril-

məsini. Aparılan valdakı burucu momentə və dişli çarxların həndəsi pa-

rametrlərinə görı ilişmədə yaranan qüvvələrin təyin edilməsini.

3. Sonsuz vint ötürmələrinin həndəsi və kinematik hesabatının yerinə ye-

tirilməsini. Aparılan valdakı burucu momentə, sonsuz vintin və sonsuz

vint çarxının həndəsi parametrlərinə görə ilişmədə yaranan qüvvələrin

təyin edilməsini.

4. Dişli çarxları ölçməklə onların həndəsi parametrlərini təyin edilməsi,

həmçinin də dişli çarx və sonsuz vint reduktorlarını söküb yığmağı.

5. Qayış ötürmələrinin həndəsi və kinematik hesabatlarının aparılması.

6. Zəncirlərin seçilməsini.

7. Verilmiş burucu momentə və valın diametrinə görə birləşdirici muftaların

seçilməsini.

8. Birləşdirilən hissələrin oxboyu yüklənməsi halında uc-uca və üst-üstə

qaynaq birləşmələrinin yoxlama hesabatlarının yerinə yetirilməsini. Sor-

ğu kitablarından buraxılabilən gərginliyin seçilməsini.

9. Gərginlikli və gərginliksiz bolt birləşmələrinin hesablanmasını.



Labaratoriya dərslərinin keçirilməsinin bəzi məqamları
Texniki yönümlü orta ixtisas məktəblərinin maddi-texniki baza cəhətdən qurulmasının müxtəlifliyini nəzərə alaraq, kadr hazırlığı prosesində yerinə yetiriləcək laboratoriya işlərinin aşağıda verilmiş təqribi siyahısını ancaq və ancaq təklif olunan (məsləhət bilinən) bir siyahı kimi qəbul etmək lazımdır. Tədris müəssisələrinin müvafiq laboratoriyalarına gəldikdə isə çalışmaq lazımdır ki, bunlar müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunaraq daim yeniləşdirilsin. Bu baxımdan müasir laboratoriyaların elektrotenzometrik qurğularla təchiz olunmasına üstünlüyün verilməsi daha məqsədəmüvafiq hesab edilir. Belə olan halda, laboratoriya işlərinin aparılmasına ayrılan vaxtda öz təyinatı üzrə və səmərəli istifadə edilmənin mümkünlük dərəcəsi daha yüksək olar. Laboratoriyalarda adları aşağıda göstərilən müəyyən laboratoriya işlərinin yerinə yetirilməsi üçün müvafiq avadanləqların olmadığı hallarda icazə verilir ki, həmin laboratoriya işi proqramda göstərilən başqa bir laboratoriya işi ilə əvəz edilsin. Laboratoriya işlərinin yerinə yetirilməsi üçün ayrılmış vaxtdan istifadəyə gəldikdə isə, daha çox diqqət yetiriləcək məqam odur ki, bu vaxtdan istifadə edərək işin yerinə yetirilməsinə bilavasitə rəhbərlik edən müəllimin həmin laboratoriya işinə aid olan qurğular, cihazlar, sınaq maşını haqqında məlumat verməsi, təcrübənin metodikası, nəzəri məlumatların yada salınması və s. bu kimi digər işlərə sərf edilməsi yolverilməzdir. Ilk növbədə kursun tədrisi prosesində adları proqramda göstərilmiş laboratoriya işlərindən hansılarının yerinə yetiriləcəyi gündən beş-yeddi gün əvvəl isə tələbələrə göstərilən materialın mövcud dərslik və digər tədris-metodik vəsaitlərdən müstəqil öyrənmələri haqda xüsusi tapşırıq verilməsi daha məqsədəuyğun hesab olunur.

Laboratoriya işlərinin təqribi siyahısı
N ə z ə r i m e x a n i k a ü z r ə

  1. Sürtünmə qanunlarının yoxlanılması; sürüşmə sürtünməsi əmsallarının və sürtünmə bucağının təyin edilməsi.

  2. Asma üsulu ilə yastı fiqurların ağırlıq mərkəzinin təyin edilməsi və alınmış nəticələrin nəzəri hesablamalarla tutuşdurulması.

  3. Cismin ətalət momentinin təyin edilməsi və alınmış nəticələrin nəzəri hesablamalarla tutuşdurulması.



M a t e r i a l l a r m ü q a v i m ə t i ü z r ə

  1. Dartılmaya sınama vaxtı uzununa elastiklik modulu və Puasson əmsalının təyin edilməsi.

  2. Plastik və kövrək materiallardan hazırlanmış nümunələrin sıxılmaya sınanması.

  3. Azkarbonlu poladdan hazırlanmış nümunənin dartılmaya sınsnması.

  4. Kəsilməyə sınanma.

  5. Burulmaya sınanma vaxtı sürüşmə modulunun təyini.

  6. Düz əyilməyə işləyən düz brusun en kəsiklərində normal gərginliklərin paylanma qanunun yoxlanması.


M e x a n i z m v ə m a ş ı n h i s s ə l ə r i ü z r ə

  1. Diyirlətmə üsulu ilə dişlərin evolvent profillərinin qurulması.

  2. Dişli çarxların parametrlərinin onların ölçülməsi ilə təyin edilməsi.

  3. Dişli çarx reduktorlarının konstruksiyalarının öyrənilməsi.

  4. Sonsuz vint reduktorlarının konstruksiyalarının öyrənilməsi.

  5. Sonsuz vint reduktorlarının f.i.ə. təyin edilməsi.

  6. Vint-qayka ötürməsinin f.i.ə. təyin edilməsi.

  7. Tivlərdə sürtünmə əmsalının təyin edilməsi.

Ə D Ə B İ Y Y A T

  1. N.B.Qədirov. Nəzəri mexanika. Bakı, Bakı Dövlət Universiteti nəşriyytı, 1990.

  2. C.İ.Səfərov. Texniki mexanika, I hissə (Nəzəri mexanika), Bakı,Elm, 2003.

  3. İ.H.Həziyev. Tətbiqi mexanika (Maşın detalları və konstruksiyaetmənin əsasları). Bakı, Odlar Yurdu nəşriyyatı, 1998.

  4. Ə.Q.Həsənov. Maşın detalları. Bakı, Maarif,1979.

  5. S.M.Tarq. Nəzəri mexanikanın qısa kursu. Bakı, Maarif, 1983.

  6. А.А.Эрдеди, А.В.Аникин, А.С.Чуйков, Ю.А.Медведев. Техническая механика.-М.,Высшая школа, 1980.

  7. А.И.Аркуша. Техническая механика. – М., Высшая школа, 1989.

  8. М.С.Мовнин, А.Б.Израелит, А.Г.Рубашкин. Основы технической механики. – М., Машиностроение, 1982.

  9. А.И.Аркуша, М.И.Фролов. Техническая механика. – М., Высшая школа, 1983.

  10. 10.Е.М.Никитин. Теоретическая механика для техникумов. М., Наука,1977.

  11. 11.Л.П.Портаев, А.А.Петраков, В.Л.Портаев. Техническая механика.- М., Стройиздат, 1987.

Yüklə 143,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin