Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına



Yüklə 55,31 Kb.
tarix25.11.2018
ölçüsü55,31 Kb.
növüQaydalar

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi

Şurasının 2018-ci il 05 noyabr tarixli 19 (213)

nömrəli qərarı ilə təsdiq edilmişdir.



Qrant müsabiqəsinin keçirilməsi

Qaydaları



  1. Ümumi müddəalar




    1. Bu Qaydalar “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”, 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” və müvafiq normativ hüquqi aktlar əsasında hazırlanmış, dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər mənbələrdən daxil olmuş maliyyə vəsaitləri hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (bundan sonra – Şura) qeyri-hökumət təşkilatları (bundan sonra – QHT) üçün həyata keçirdiyi qrant müsabiqəsinin (bundan sonra – müsabiqə) təşkilati-hüquqi əsaslarını tənzimləyir.

    2. Qaydaların qəbul edilməsində məqsəd Şura tərəfindən keçirilən müsabiqədə iştirak edən QHT-lər üçün bərabər imkanlar yaratmaqdan, habelə müsabiqənin şəffaf və obyektiv keçirilməsini təmin etməkdən ibarətdir.

    3. Müsabiqə Şuranın qərarı əsasında keçirilir və Şura Katibliyi (bundan sonra – Katiblik) tərəfindən təşkil olunur.



  1. Müsabiqədə iştirak üçün şərtlər




    1. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və bank hesabı olan QHT-lər iştirak edir.

    2. QHT-nin regional bölməsi (rayon və şəhər filialları) müsabiqədə mərkəzi təşkilatın yazılı razılığı ilə iştirak edə bilər.

    3. QHT müsabiqəyə bir layihə təklifi təqdim edə bilər.

    4. QHT-nin il ərzində keçirilən müsabiqələr çərçivəsində bir layihəsi maliyyələşə bilər.

    5. Müsabiqədə iştirakla bağlı tələb olunan sənədlər yalnız bu Qaydaların 4 və 6-cı bəndlərində müəyyən olunmuş elektron qaydada təqdim olunur.

    6. Ayrılmış qrant vəsaiti yalnız layihənin məqsəd və vəzifələrinə uyğun istifadə olunmalıdır. O cümlədən qrant vəsaiti heç bir halda aşağıda qeyd olunan və digər məqsədlər üçün istifadə edilə bilməz:

      1. daşınmaz əmlakın satın alınması;

      2. təhsil üçün fərdi təqaüd;

      3. siyasi və dini fəaliyyət;

      4. ayrı-ayrı şəxslərə maliyyə yardımı;

      5. Azərbaycan Respublikası qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimələrin ödənilməsi.



  1. Müsabiqənin elan olunması




    1. Katiblik müsabiqənin keçirilməsi barədə elan (bundan sonra – elan) layihəsini bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq hazırlayır və Şuranın müzakirəsinə təqdim edir.

    2. Katiblik Şuranın qərarı ilə təsdiq edilmiş elanı Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc edir.



  1. Müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu




    1. QHT müsabiqədə iştirak etmək üçün elanda göstərilən sənəd qəbulu müddəti ərzində Şuranın e-qht.az internet saytının E-ərizə (bundan sonra – E-ərizə) bölməsinin QHT Layihə haqqında alt bölmələri vasitəsilə bu Qaydalarla müəyyən olunmuş sənədləri Katibliyə təqdim edir.

    2. QHT E-ərizə bölməsinin QHT haqqında alt bölməsi vasitəsilə aşağıdakı sənədləri Katibliyə təqdim edir:

      1. nizamnamənin surəti;

      2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

      3. dövlət reyestrindən çıxarışın surəti;

      4. vergi uçotu haqqında şəhadətnamənin (bundan sonra – VÖEN) surəti;

      5. bank hesabına dair rekvizitlər;

      6. QHT rəhbərinin tərcümeyi-halı (CV);

4.2.7. layihə təklifinə dair dəstək məktubları (olduğu təqdirdə).

4.3. Katiblik sənəd qəbulu müddəti ərzində QHT haqqında alt bölmə vasitəsilə təqdim edilən sənədləri ən geci 3 iş günü ərzində yoxlayır və bu sənədlərin qeydə alınması və ya aşağıdakı hallar müəyyən olunduqda qeydə alınmaması barədə QHT-yə bildiriş təqdim edir:

4.3.1. bu Qaydaların 4.2-ci bəndində qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, yaxud təqdim edilmiş sənədlərdən hər hansı biri qanunvericiliyin tələblərinə uyğun olmadıqda;

4.3.2. Şuranın maliyyələşdirdiyi layihə üzrə müqavilə öhdəliklərini pozmuş QHT-nin iki ilədək müddətə layihə proqramlarında iştirak hüququndan məhrum edilməsi barədə Şuranın qəbul etdiyi qərar qüvvədə olduqda.

4.4. Bu Qaydaların 4.2-ci bəndinə əsasən QHT-nin təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq halları müəyyən edildikdə, QHT sənəd qəbulu müddəti ərzində bu halların aradan qaldırılması ilə bağlı elektron qaydada Katibliyə müraciət edə bilər. Müraciət daxil olduqdan sonra ən geci 2 iş günü ərzində QHT-yə aid elektron kabinet yenidən aktivləşdirilir. QHT sənəd qəbulu müddəti ərzində uyğunsuzluq və ya çatışmazlıq hallarını aradan qaldıraraq həmin sənədləri yenidən Şuraya göndərir.

4.5. E-ərizə bölməsinə ilk dəfə müraciət edən QHT-lər bu Qaydaların 4.2-ci bəndində göstərilən sənədlərin qeydə alınmasına dair cavab bildirişi aldıqdan sonra müvafiq layihə sənədlərini təqdim etmək üçün Layihə haqqında alt bölməyə keçid edirlər. Şura tərəfindən keçirilmiş əvvəlki müsabiqələrdə E-ərizə bölməsində qeydə alınmış QHT-lər isə bu Qaydaların 4.2-ci bəndində göstərilən sənədləri (ehtiyac olduğu təqdirdə yeniləyərək) Şuraya göndərdikdən sonra bu haqda cavab bildirişi gözləmədən birbaşa müvafiq layihə sənədlərini təqdim etmək üçün Layihə haqqında alt bölməyə keçid edirlər.

4.6. QHT Layihə haqqında alt bölmə vasitəsilə aşağıda göstərilən sənədləri təqdim edir:

4.6.1. bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq layihə təklifi;

4.6.2. bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun olaraq icra planı;

4.6.3. bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq xərclər smetası;

4.6.4. film (və ya video material) hazırlanması nəzərdə tutulduğu təqdirdə, filmin (və ya video materialın) əhatə etdiyi təxmini müddət haqqında məlumat və annotasiya;

4.6.5. internet saytının hazırlanması nəzərdə tutulduğu təqdirdə, saytın strukturu və bu struktur üzrə yerləşdiriləcək materiallar haqqında ilkin məlumatlar;



Qeyd: QHT layihənin başa çatmasından sonra azı 3 il müddətində internet saytının saxlanılmasına dair tələb olunan vəsaiti (hostinq və domen xərclərini) təklif etdiyi layihə çərçivəsində ödəmək məqsədilə xərclər smetasında qeyd edə bilər.

4.6.6. ictimai əhəmiyyət kəsb edən mövzu üzrə yazılmış kitabın nəşr edilməsi nəzərdə tutulduğu təqdirdə, bu sahədə ixtisaslaşmış qurumun rəyi, o cümlədən layihənin xərclər smetasında nəşr məhsulunun təxmini həcmi (səhifəsi) və dəqiq sayı haqqında məlumat;

4.7. QHT bu Qaydaların 4.6-cı bəndinə əsasən tələb olunan sənədlərlə yanaşı, aşağıda göstərilən sənədləri də müəyyən olunmuş qaydada təqdim edə bilər:

4.7.1. təlimlərin keçirilməsi nəzərdə tutulduğu təqdirdə, təlim mövzusunun proqramı haqqında ilkin məlumat;

4.7.2. konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin keçirilməsi nəzərdə tutulduğu təqdirdə, həmin tədbirlərin proqramı, iştirakçıların təxmini sayı və tərkibi haqqında məlumat.

Qeyd: bu Qaydaların 4.6.1-4.6.5 və 4.7.1-4.7.2-ci yarımbəndlərində qeyd olunan sənədlərdə QHT-nin və onun rəhbərinin (nümayəndələrinin) adı qeyd olunmamalıdır.

4.8. Katiblik Layihə haqqında alt bölmə vasitəsilə təqdim edilən sənədləri ən geci 5 iş günü ərzində yoxlayır və bu sənədlərin qeydə alınması və ya aşağıdakı hallar müəyyən olunduqda qeydə alınmaması barədə QHT-yə bildiriş təqdim edir:

4.8.1. layihə təklifi, icra planı və xərclər smetasının bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsi;

4.8.2. bu Qaydaların 4.6.1-4.6.5 və 4.7.1-4.7.2-ci yarımbəndlərində QHT-nin və onun rəhbərinin (nümayəndələrinin) adının yazılması;

4.8.3. layihənin ümumi büdcəsinin elanda müəyyən edilən məbləğdən artıq olması;

4.8.4. film (və ya video material) hazırlanması nəzərdə tutulduğu təqdirdə, filmin (və ya video materialın) əhatə etdiyi təxmini müddət haqqında məlumat və annotasiyanın təqdim edilməməsi;

4.8.5. internet saytının hazırlanması nəzərdə tutulduğu təqdirdə, saytın strukturu və bu struktur üzrə yerləşdiriləcək materiallar haqqında ilkin məlumatların təqdim edilməməsi;

4.8.6. ictimai əhəmiyyət kəsb edən mövzu üzrə yazılmış kitabın nəşr edilməsi ilə bağlı bu sahədə ixtisaslaşmış qurumun rəyi, o cümlədən layihənin xərclər smetasında nəşr məhsulunun təxmini həcmi (səhifəsi) və dəqiq sayı haqqında məlumat təqdim edilmədikdə;

4.8.7. Şura tərəfindən keçirilmiş əvvəlki müsabiqələrdə E-ərizə bölməsində qeydə alınmış QHT bu Qaydaların 4.2-ci bəndində göstərilən sənədlərdən hər hansı birini təqdim etmədikdə, yaxud təqdim etdiyi sənədlərdən hər hansı biri qanunvericiliyin tələblərinə uyğun olmadıqda.

4.9. Bu Qaydaların 4.6-4.7-ci bəndlərinə əsasən QHT-nin təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq halları müəyyən edildikdə, QHT bu halların aradan qaldırılması ilə bağlı sənəd qəbulu müddəti ərzində elektron qaydada Katibliyə müraciət edə bilər. Müraciət daxil olduqdan sonra ən geci 2 iş günü ərzində QHT-yə aid elektron kabinet yenidən aktivləşdirilir. QHT sənəd qəbulu müddəti ərzində uyğunsuzluq və ya çatışmazlıq hallarını aradan qaldıraraq həmin sənədləri yenidən Şuraya göndərir. Layihə haqqında təqdim edilən sənədlərin qeydə alınmaması barədə bildiriş sənəd qəbulu müddəti başa çatdıqdan sonra göndərildikdə isə QHT ən geci 2 iş günü ərzində düzəlişlərin edilməsi ilə bağlı elektron qaydada Katibliyə müraciət edə bilər.

4.10. QHT və ya Layihə haqqında nəzərdə tutulan sənədlərdə aşkarlanmış uyğunsuzluq və ya çatışmazlıq hallarının aradan qaldırılması ilə bağlı bu Qaydaların 4.4 və 4.9-cu bəndlərində müəyyən olunmuş müddətdən sonra daxil olan müraciətlərə baxılmır.

4.11. QHT-nin layihə haqqında təqdim etdiyi sənədləri qaydasında olduqda, həmin sənədlər müvafiq rəyin verilməsi üçün ekspert qrupuna təqdim olunur.



5. Müsabiqəyə təqdim olunan layihə sənədlərinə

dair ekspert rəyinin verilməsi
5.1. Katiblik QHT-lərin təqdim etdikləri layihə sənədlərinə dair rəyin verilməsi üçün ekspert qruplarını təşkil edir və onların fəaliyyətini əlaqələndirir.

5.2. QHT-lərin təqdim etdikləri layihə sənədləri, o cümlədən ekspertlərin kimliyi haqqında məlumatlar kodlaşdırılır və layihə sənədləri rəy verilməsi üçün Şuranın e-qht.az internet saytının Ekspertiza bölməsi vasitəsilə elektron qaydada müvafiq istiqamət (istiqamətlər) üzrə fəaliyyət göstərən ekspertlərə təqdim olunur.

5.3. Layihə sənədlərinə məxfilik təmin edilməklə azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda rəy verilir.

5.4. Ekspertlər tərəfindən layihə sənədlərinə rəyin verilməsi aşağıdakı meyarlara uyğun olaraq bal sistemi vasitəsilə ilə həyata keçirilir.

5.4.1. layihədə təsvir edilən problem;

5.4.2. layihənin məqsəd və vəzifələri;

5.4.3. layihədən faydalananlar;

5.4.4. layihə çərçivəsində görüləcək işlər (icra planı);

5.4.5. risklər və onların qarşısının alınması;

5.4.6. gözlənilən nəticələr və onun davamlılığı;

5.4.7. təşkilatın əvvəlki iş və birgə əməkdaşlıq təcrübəsi;

5.4.8. layihənin monitorinqi və qiymətləndirilməsi;

5.4.9. layihənin büdcəsi (xərclər smetası);

5.4.10. layihənin ideyası və yazılışı.

5.5. Ekspertlər QHT-nin layihə sənədlərini bu Qaydaların 5.4-cü bəndində müəyyən olunmuş hər bir meyar üzrə minimum “0”, maksimum “10” balla qiymətləndirməklə, ümumilikdə hər bir layihə sənədlərini minimum “0”, maksimum “100” balla qiymətləndirir. Ekspertlərin hər bir layihə sənədləri üzrə ayrı-ayrılıqda verilmiş qiymətləri ümumiləşdirilir və yekun orta qiymət müəyyən olunur. QHT-nin minimum “60” və daha çox bal toplayan layihə sənədləri Şuranın maliyyə dəstəyi göstərməsi üçün ekspertlər tərəfindən tövsiyə edilmiş hesab olunur.

5.6. Katiblik QHT-lərin layihə sənədlərinə dair təqdim edilmiş ekspert rəylərini ümumiləşdirir və müvafiq arayışla Şuranın müzakirəsinə təqdim edir.



6. Müsabiqə nəticələrinə Şurada baxılması
6.1. Şura hər bir layihə üzrə sənədləri, bu haqda ekspert rəyini müzakirə edir və müvafiq qərar qəbul edir.

6.2. Müsabiqə nəticələri haqqında məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc edilir.

6.3. Müsabiqə nəticəsində qalib olmuş QHT-yə qrant vəsaitinin ayrılması Şuranın qərarı və Katibliklə QHT arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

6.4. Müsabiqə nəticələrinə dair Şurada qərar qəbul edildikdən sonra 30 iş günü ərzində Katibliklə qalib olmuş QHT-lər arasında qrant müqavilələrinin (bundan sonra – müqavilə) bağlanılması başa çatdırılır. Zəruri hesab olunan hallarda bu müddət Şura tərəfindən artırıla bilər.

6.5. Müsabiqə nəticələri haqqında məlumat Şuranın rəsmi internet saytında dərc edildiyi gündən etibarən ən geci 7 iş günü ərzində müsabiqə qalibi olmuş QHT-lər müqavilənin bağlanılması üçün Şuranın e-qht.az internet saytının E-növbə (bundan sonra – E-növbə) bölməsi vasitəsilə aşağıda qeyd olunan sənədləri Katibliyə təqdim edir:

6.5.1. QHT-nin təqdim etdiyi layihəyə Şura tərəfindən fərqli maliyyə vəsaiti ayrıldığı təqdirdə, ayrılmış məbləğə uyğunlaşdırılmış layihə təklifi, icra planı və xərclər smetası;



6.5.2. QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;

6.5.3. bank tərəfindən cari ildə təsdiq olunmuş və hazırda qüvvədə olan bank hesabına dair arayış;

6.5.4. müqavilənin imzalanması digər şəxsə həvalə olunduğu halda, bu Qaydaların 5 və ya 5.1 nömrəli əlavəsinə uyğun olaraq etibarnamə və etibar edilmiş şəxsin şəxsiyyət vəsiqəsinin surəti.

6.6. QHT bu Qaydaların 6.5-ci bəndində qeyd olunan sənədləri müəyyən olunmuş müddətdə və qaydada təqdim etmədikdə, onunla müqavilə bağlanılmır və Katiblik bu haqda Şuraya məlumat təqdim edir.

6.7. Layihənin həyata keçirilməsi ilə bağlı icra planı və xərclər smetası tərəflər arasında bağlanılmış müqaviləyə əlavə olunur. QHT-nin müsabiqədə iştirakı ilə bağlı təqdim etdiyi digər sənədləri E-ərizəE-növbə bölmələrinin müvafiq hissələrində saxlanılır və bu sənədlər də tərəflər arasında bağlanılmış müqavilənin əlavəsi hesab olunur.

6.8. Katiblik QHT-lərlə bağlanılmış müqavilələrin daxili qeydiyyatını aparır.



7. Qrant müqavilələrinin qeydə alınması
7.1. Katibliklə QHT arasında bağlanılmış qrant müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qeydə alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim olunur.

7.2. Nazirlik “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq Katibliklə QHT arasında bağlanılmış qrant müqaviləsinin qeydə alınması haqqında daxil olan müraciətə müvafiq qaydada baxır və bu haqda müraciət etmiş tərəfə bildiriş təqdim edir.

7.3. Nazirlik tərəfindən qeydə alınmayan qrant müqaviləsi ilə bağlı bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına yol verilmir.

7.4. Katibliklə QHT arasında bağlanılmış qrant müqaviləsinin qeydə alınması ilə bağlı tələblər “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq sub-qrantlara, qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.



8. Yekun müddəalar
8.1. Tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq qrant vəsaitinin QHT-yə ödənişi mərhələli qaydada və köçürmə yolu ilə həyata keçirilir.

8.2. Müsabiqə nəticələrindən narazı qalan QHT Şuranın 2008-ci il 27 iyun tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya komissiyasında müraciətlərə baxılma Qaydaları”na uyğun olaraq müsabiqənin nəticələri elan olunduqdan sonra 7 iş günü ərzində e-qht.az internet saytının Apellyasiya bölməsi vasitəsilə Apellyasiya komissiyasına müraciət edə bilər.





Yüklə 55,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə