Azərbaycanın şimal-şərqini əhatə edən və



Yüklə 17,25 Kb.
tarix01.01.2022
ölçüsü17,25 Kb.
#110346
Ləzgilər


Ləzgilər (ləzg. лезгияр) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlardan biri.

Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir.



Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər.

Ləzgi dilində danışırlar.

Məskunlaşma


Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərində yaşayırlar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır[18].

Ləzgilər Azərbaycan əhalisinin 2,0%-ni təşkil edir (2009).[19] 30-cu illərdə məktəblərdə ana dilinin keçilməsinə baxmayaraq, 1936-cı ildən ləzgi dilində dərslərin keçilməsi ləğv edilmişdir. Bu, ləzgilərin assimilyasiya prosesini gücləndirmiş, xalqı yoxa çıxmaq təhlükəsi qarşısında qoymuşdur[18]. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.


Ləzgilərin soyqırımı


Ləzgi Digah kəndində baş verən Qanlı dərə soyqırımında ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsaslansaq, qırğın zamanı 12 minədək ləzgi eləcə də 4 mindən çox azərbaycanlı və tat əhalisi qətlə yetirilmişdir. [Mənbə göstərin]

Ləzgi dilində Dağıstanın cənubunda, həmçinin Rusiyada və Şimali Azərbaycanda yaşayan 800 minə yaxın əhali danışır.

Ləzgi dili Dağıstanın ən böyük dil qruplarından biridir. Bu dil qrupuna ləzgi, tabasaran, ağul, rutul, saxur, qrız, buduğ, arçi, udin və xınalıq dilləri aiddir. Bu dillərdən beşinin əlifbası (yazısı) yoxdur.



Ləzgi dili Dağıstan dillərinin iber-qafqaz dil qrupuna aiddir. Bu dildə danışan əhalinin çox hissəsi Azərbaycanda və Dağıstanda yaşayır. Ləzgi dili üç əsas lüğətdən (kürə, quba və axtı), altı ləhcədən (güney, yarki, qurah, quba, axtı və fiyar) və bir çox kiçik lüğətlərdən ibarətdir. Ləzgi ədəbi dili güney lüğətindən bəhrələnib.

Ləzgi dilinin fonetika sistemı samitlərlə (açıq olmayan hərflərlə) zəngindir. Ləzgi dilində ismin on səkkiz hal dəyişməsı var. Qədimdə Qafqaz Albaniyasında, orta əsrlərdə isə Qafqazda ləzgi dilində xeyli əhali danışırdı. Ötən əsrlərdə ləzgi əlifbası bir neçə dəfə dəyişdirildi. Indiki əlifba isə kiril hərflərindən təşkil olunub. Bu əlifba qırx beş hərfdən ibarətdir. Azərbaycanda çıxan “Samur” qəzeti təmiz, hamının rahat başa düşəcəyi dildə məqalələr çap edir.
Yüklə 17,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin