Birinci dərs
Həyatdakı seçimlərimiz çox önəmlidi. Xoşbəxt olmağı seçsək xoşbəxt, bədbəxt olmağı seçsək bədbəxt ola bilərik.
Xoşbəxt olmaq və ya olmamaq bizim seçimimizlə bağlı bir şeydir. Uğurlu olub olmamaq da...
Bax bir uğur hekayəsi:
“Yoxsul bir ailənin oğlu olan Fred, atası tərəfindən tez-tez tənqid olunurdu və atası ona “işə yaramaz“ deyirdi. Fred isə bir gün çox varlı bir insan olacağı haqda fikirləşir və buna çox inanırdı. Yalnız bunu necə edəcəyini bilmirdi. Atası səfil bir insandı və o da səfil insan olmaqdan qorxurdu.
Fred bir şeyi çox yaxşı anlamışdı!
Gələn heç bir fürsəti qaçırmamaq! Bunun üçün çox diqqətli olmaq lazım idi. Fred bir gün bir uşaq kitabı yazdı. O, uşaqlıqdan bəri gördüyü şeylər haqda bir nağıl yaradırdı. 10 nağıldan ibarət kitabını bitirdikdə onu nəşrlər evinə verdi. Bir ilə yığdığı bütün pulunu bu işə qoydu. Kitab nəşr olundu və minlərlə kitab satıldı. Fred indi məşhur bir uşaq nağılı yazıçısıdı və dəniz kənarı villa sahibidir.”
Fred bu hekayədə varlı və xoşbəxt olmağı seçdi. Yoxsul və xoşbəxt olmağı da seçə bilərdi. Varlı və bədbəxt olmağı da...
Həyatda bu belədir. Nə istəyiriksə, həytımızı o cür qururuq.
Arzularımızda cox diqqətli olmaliyiq
Arzularnan necə davranmaq olar duzgun arzulamanin yolunu novbeti təlimlərimizdə acıqlamaya çalışacağıq
Kral ətrafında olan güclu və ağıllı insanları vəzifə vermək üçün sınamaq istədi.Kral onları bu günə qədər görüb görəcəkləri ən böyük qapının önünə gətirərək belə dedi : "Sizin kimi ağıllı və güclü insanları toplamaqda məqsədim var.Mənim bir problemim var və hansınızın bunu həll edə biləcəyini görmək istəyirəm. Burada krallığımdaki ən böyük və ən ağır qapını görürsünüz. Hansınız bunu aça bilərsiniz?"
Saray mənsublarından bəziləri aça bilmərik deyər başlarını yelləmişdi. Digərləri, ətrafındakılara görə daha ağıllı sayılanlar, qapını daha yaxından araşdırmış, lakin onlar da aça bilməyəcəklərini qəbul etmişlər. Bu ağıllı insanlar belə söyləyincə saraylılar problemin həll edilə bilməyəcək qədər çətin olduğun haqda birliyinə gəlmişlər.
Yalnız bir vəzir qapının yanına gedərək onu bir nəzərdən keçirmiş və əlləri ilə onu açmağı yoxlamış, açmaq üçün müxtəlif yolları sınamış, ən sonunda qüvvətlə itələdiyində ağır qapı açılmış. Məgər qapı onsuz da tam bağlı deyilmiş və açmaq üçün sınaq istəyi və cəsarətlə davranmaq və cəsarətindən başqa bir şey lazım deyilmiş.
Kral vəzirə belə dedi: "Yalnız gördüyün və eşitdiyinə fikir vermədən , öz gücünü işə saldığın və sınadığın üçün saraydakı vəzifəni sən alacaqsan."
Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşdu.Sokrat ona sabah çayın sahilində görüşməyi dedi.Onlar görüşdülər.Sokrat ona arxası ilə çaya doğru gəlməyi dedi.Su getdikcə boğazlarına qədər çatırdı və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutdu və onun başını suya salmağa başladı.Oğlan suda çırpınırdı,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxladı.
Sokrat qəfildən oğlanın başını sudan çıxartdı.Oğlanın birinci edəcəyi şey başını qaldıran kimi havanı dərindən udub ağciyərlərinə çəkmək oldu.Sokrat soruşdu:”Sən suda olanda ən çox istədiyin şey nə idi?”
Oğlan cavab verdi :”Hava”.
Sokrat dedi:”Bax bu uğurun sirridir.Nə vaxt ki sən uğur qazanmağı hava istədiyin qədər dərindən istəsən onda onu əldə edəcəksən.Burda başqa sirr yoxdur”.
Nəticə :Uğurun sirri məqsədə nail olmaq üçün güclü arzudan keçir..Güclü arzu bütün hər şeyin tamamlama nöqtəsidir.Necə ki bir balaca yanan ocaq istilik vermirsə,zəif arzu da böyük nəticələr verə bilməz.
İnsanın ağlı bir şeyi təsəvvür edə və onun varlığına inana bilirsə ağıl ona nail olacaq
Dostları ilə paylaş: |