Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı



Yüklə 75,87 Kb.
tarix14.07.2018
ölçüsü75,87 Kb.

BAKI DÖVLƏT UNİVERSİTETİ


TƏSDİQ EDİRƏM:
_______________________

Beynəlxalq münasibətlər və

iqtisadiyyat fakültəsinin dekanı


prof.Z.M.Həsənalıyev


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Dünya iqtisadiyyatı kafedrasının

yerinə yetirilmiş elmi-tədqiqat işlərinin



H E S A B A T I



B A K I - 2 0 1 3




1. GİRİŞ

Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları 2013-cü ildə geniş və hərtərəfli elmi fəaliyyət göstərmişlər. Kafedra üzvlərinin əksəriyyəti bir sıra dövrü nəşrlərdə, elmi konfrans və seminarlarda iştirak etmiş, tədris proqramları və metodik vəsaitlər nəşr etdirmişlər. Bu sırada fakültəmizdə keşirilmiş konfransları xüsusi qeyd etmək, Demək olar ki, kafedranın bütün müəllimləri universitet və fakültədə keşirilən həmin konfranslarda fəal iştirak ediblər. Kafedranın bu yönümdə fəaliyyətinin nəticələri barədə məlumat hesabata əlavə olunan cədvəllərdə əks olunmuşdur.

Hesabat ilində dünya iq­ti­sadiyyat kafedrasının dosenti Q.E.Qitəliyevin “Mikroiqtisadiyyat” dərs vəsaiti təkrar nəşr olunmuşdur (şərikli) dosenti,S.E.Əhmədovanın elmi redaktorluğu ilə “Экономика и упровление аграрной сфера” (Учебное пособие)” adlı dərs vəsaiti nəşr edilmişdir.

Hesabat ilində dünya iq­ti­sadiyyat kafedrasının müdiri, prof.H.B.Rüstəmbəyov tərəfindən “Национальная экономика как институциональная система” Simferopolda, “Национальные экономические интересы в совокупности факторов макро хозяйственной конкурентоспособности” Bakıda məqalələri çapdan cıxmışdır.



Bundan başqa, dos.H.H.Aslanovun, “Теоретические методологические основы развитие международной торговли” Moskvada, “Xarici ticarət siyasəti və onun tədiyyə balansına təsiri” “Xarici investisiyaların cəlb edilməsi və onlara təsir edən amillərin təhlili” (məqalə),“Səmərəli dövlət tənzimlənməsi ölkənin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir” AMEA-nın İqtisadiyyat İnistitutu.Xəbərləri, İqtisadiyyat seriyası, “Beynəlxalq iqtisadi inteqrasiya şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi”, “Dövlətin iqtisadi təhlükəsizliyi və geosiyasi strategiyası”, “Ümumdünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq ticarət danışıqları”, dos.Q.E.Qitəliyevin “İnsan kapitalının səciyyəvi cəhətləri “bilik” və innovasiya iqtisadiyyatın inkişafında rolu” dos.F.M.Qarayevin “Sığorta bazarı: retrospektiv meyllər, paradiqmalar, mövcud reallıqlar, mülahizələr və problemlər ”, dos.Z.S.Eyvazovun “Qloballaşma şəraitində milli iqtisadiyyatın tənzimlənməsi” və s. onlarca məqalələr çap olunmuşdur.


Hesabat ili ərzində kafedra əməkdaşları tərəfindən elmi-tədqiqat işlərinin yerinə ye­tirilməsi plana uyğun olaraq aparılmış, onların ardıcıl olaraq kafedra iclaslarında mü­za­kirəsi təmin olunmuş və müzakirələrin nəticələri iclas protokollarında əks olun­muşdur.


2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ
2013-cü ildə kafedranın 2 nəfər müəllimi yaşla əlaqədar olaraq təqaüdə çıxmışdır.

Hal-hazırda kafedranın elmi fəaliyyətində ştat cədvəli üzrə 7 müəllim iştirak edir. Onlardan 1 nəfər i.e.d.prof, 6 nəfəri isə i.ü.f.d.,dosentdir, bunlardan 1 nəfər yarım ştatla işləyir. Kafedra üzrə 4 nəfər isə tədris-köməkçi heyətdə işləyir.



2013-cü ilin dekabr ayının 1-nə Dünya İqtisadiyyatı kafedrası əməkdaşlarının tərkibi aşağıdakı kimidir:




S.A.A.

Təvəllüdü

Ştat


1

İ.e.d.prof. Rüstəmbəyov Hacıağa Baxış o.

1949

Kafedra müdiri. 0,5 şt.

2

i.ü.f.d.dos.Aslanov Habil Hüseyn o.

1966

tam

3

i.ü.f.d.dos. Qitəliyev Qalib Eyyub o

1940

tam

4

i.ü.f.d.dos. Kərimov Xosrov Şərafəddin o.

1950

tam

5

i.ü.f.d.dos. Eyvazov Zöhrab Səməd o.

1951

0,5 şt

6

i.ü.f.d.dos. Qarayev Fərhad Mirzəağa o.

1952

tam

7

i.ü.f.d.dos. Əhmədova Sədaqət Elman q.

1974

0,5 şt

8

B/l.İsmayılova Məfkurə Aslan q.

1953

tam

9

B/l.Əliyeva Nisə İsmayıl q

1974

tam

10

B/l.Behbudzadə Həsən Xurşud o.

1950

tam

11

B/l.Səlimzadə Nəzrin Mehdi q

1975

tam

12

B/l. Əliyev Vüqar Rəhim o

1973

0,5 şt



3. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI,

QISA ANNOTASİYASI VƏ YERİNƏ YETİRİLMƏSİ
2013-cü ildə Dünya iqtisadiyyatı kafedrasının əməkdaşlarının üzərində çalış­dıq­la­rı elmi-tədqiqat işlərinin ümumi mövzusu “Azərbaycanin dünya iqtisadiyyatına indeqrasiya problemləri”dir. Bütün elmi işlərin ye­ri­nə yetirilməsinə ümumi rəhbərliyi kafedra müdiri, i.e.d.prof.H.B.Rüstəmbəyova həvalə edil­mişdir.

2013-ci ildə kafedraya 7 elmi - tədqiqat işi təqdim edilərək geniş müzakirədən son­ra qəbul olunmuşdur.Müzakirələrin nəticələri kafedra iclasları protokollarında əks olun­muş­dur. Təqdim olunan işlər yuxarıda göstərilən ümumi problemin müxtəlif aspekt­lə­ri­ni əks etdirir.

Aşağıda kafedraya təqdim olunan 7 elmi-tədqiqat işinin adı, icrası və qısa annotasiyası və yerinə yetirilməsi verilmişdir.
İCRAÇI: i.e.d., prof.H.B.Rüstəmbəyov

İŞ: “Milli iqtisadi mənafelərin reallaşmasında dövlətin iqtisadi siyasətinin rolu”

Elmi iş hazırkı şəraitdə aktuallıq kəsb etməklə mühüm nəzəri və nəzəri və praktiki əhəmiyyətə malikdir, müəllif qarşıya qoyulan məqsədə nail olmaq üçün konkret vəzifələr müəyyənləşdirmiş,geniş və əhatəli tədqiqat işi yerinə yetirmişdir. Elmi işdə ən yeni istinad mənbələrindən və statistik materiallardan istifadə edilmişdir.

Elmi-tədqiqat işinin üstün cəhətlərindən biri onun yüksək nəzəri şəkildə yazılması və bu zaman nəzəri məsələlərin praktika ilə respublikamızın timsalında düzgün əlaqələndirilməsidir.Milli iqtisadiyyatın inkişaf səviyyələrində, mədəniyyət və tarixi ənələrində mövcud olan fərqlərə baxmayaraq dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır, bütün bu məsələlər işdə geniş şəkildə öz əksini tapmışdır.

Qloballaşmanın planetar mahiyyət kəsb etdiyi və dönməz xarakter aldığı bir dövrdə həmin proseslər milli iqtisadiyyatların inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir və elmi işdə müəllif həmin səpgidə geniş təhlil aparmışdır. Həmçinin elmi-tədqiqat işində milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya olunması inteqrasiyası üzrə ümumiləşdirmələr edilmiş, konkret təklif və tövsiyyələr əsasında mühüm əhəmiyyət kəsb edən nəticələrə gəlmişdir. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.

İşin sonunda tədqiqat prosesində əldə olunan bir sıra nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr verilir.
İCRAÇI: İ.e.n., dos.Q.E.Qitəliyev

İŞ: “İnsan kapitalının səciyyəvi cəhətləri”

Elmi işdə müasir qloballaşma dövründə “İnsan kapitalı” terminin mahiyyəti, etimologiyası, təsnifatı bu anlayışın məzmununa dair müxtəlif iqtisadçıların baxıçları araşdırılır.

İşdə bununla yanaşı iqtisadi artım amilləri, ümumi investisiyalarla xüsusi investisiyaların fərqləri, sahibkarlıq resursları, informasiya-innovasiya uqtisadiyyatı, inovasiya iqtisadiyyatının əlamətləri, tərkib ünsürləri, venşuristlər və Azərbaycanda elmi-texniki və innovasiya fəaliyyətinin müasir vəziyyəti və ləngiməsinin başlıca səbəbləri təhlil olunur.

Elmi-tətqiqat işində müəllif insan kapitalı anlayışının mahiyyətinin dair və geniş mənada insan kapitalının təriflərini verir, sonra işə insan kapitalına dair müxtəlif baxışların təhlilinin aparır. İşdə insan kapitalının səmərəliliyini və məhsuldarlığını təmin edən amillər,onun iqtisadi fəaliyyətin bütün növlərinə müsbət təsir göstərdiyi vurğulanır.

İşin müsbət cəhətlərindən biri də insan kapitalının “istehsalçısı” kimi ailənin rolu, onun qərarlaşmasında ailə ilə yanaşı dövlətin rolunun ətraflı şəkildə nəzərdən keçirilməsidir.

Bütövlükdə, elmi-tədqiqat işinin mövzusu onun qarşısında qoyulan tələblərə cavab verir və onu qəbul etmək olar.


İCRAÇI: İ.e.n.,dos.H.H.Aslanov

İŞ: “Qlobal iqtisadiyyatda inteqrasiya şəraitində xarici iqtisadi fəaliyyətin tənzimlənməsi”

Elmi-tədqiqat işi müasir dövrümüzün aktual iqtisadi problemlərindən birinə həsr olunmuşdur. Beynəlxalq iqtisadi inteqrasiyanın mühüm əhəmiyyətini, xarici iqtisadi əlaqələrin iki istiqamətini təhlil etmiş və həmin istiqamətləri meyar götürərək xarici iqtisadi əlıaqələrin tənzimlənməsi problemləri araşdırılmışdır. Bu sahədə ayrı-ayrı müəlliflərin fikrinə toxunulur və iqtisadi tənzimlənmənin ayrı-ayrı istiqamətlərinin müsbət və mənfi tərəfləri təhlil edilir.Müəllif həmşinin haqlı olaraq elmi əsası olmayan tənzimləmə üsullrının siyanlı ola biləcəyini göstərir.

Tənzimləmə metodlarından bəhs edən müəllif onun iqtisadi, inzibati, tarif və qeyri-tarif formalarını göstərərək onların tətbiqinin dairəsini dəqiq müəyyənləşdirə bilir və hər birinin rolu və əhəmiyyətini bacarıqla əsaslandıra bilir. Elmi işdə tədqiqat ümumi nəzəri müddəlar əsasında deyil, Azərbaycan praktikasına meylli aparılır və bu da onun əhəmiyyətini artırır.

Plan elmi-tədqiqat işi özünün aktuallığı və mühüm nəzəri-praktiki əhəmiyyəti ilə diqqəti cəlb edir. Elmi işdə xarici iqtisadi əlaqələrin nəticəsi metodoloji əsasları təhlil edilmiş, ölkənin xarici iqtisadi əlaqələrinin təkmilləşməsinin zərurliyi, istiqamətləri və xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır. Elmi işdə xüsusi maraq kəsb edən məsələlərdən biri də dövlətin xarici iqtisadi əlaqələrinin təkmilləşməsinin dəyişən şəraitə və tələblərə uyğun həyata keçirilməsi zəruriliyinin müəyyən edilmişdir.Müəllif işi statistik materiallar əsasında daha da inkişaf etdirə bilər.

Elmi işdə qarşıya qoyulan məqsədə nail olunmuş və və mövcud tələblərə uyğun hazırlanmışdır.

İCRAÇI: İ.e.n., dos.X.Ş.Kərimov

İŞ: “Azərbaycan iqtisadi ədəbiyyatında struktur problemlərinin, regional iqtisadiyyat məsələlərinin tədqiqi”

Strukturun ilə regional iqtisadiyyat Azərbaycanda iqtisad elmi üçün sivil dövründə , həm də müstəqillik illərində xarakterik olan bir məsələ olmuşdur. Bu məsələlər XX əsrin 50-60-cı illərindən Azərbaycan iqtisadçılarının tədqiqat obyektinə cevrilmiş və bi sahədə iqtisadi elmi məktəb formalaşmışdır.Bu məktəbin nümayəndələri sırasına akademiklər A.Nadirov, Z.Səmədzadə, professorlar F.Fərəcov, V.Axundov, S.Hüseynov, AMEA-nın müxbir üzvü Ə.Nuriyev, onların rəhbərlik etdiyi iqtisadşı alimlər daxildir.

Plan-elmi tədqiqat işində bu alimlərin əsərləri təhlil edilmiş, onların bu sahədə xidmətləri dəyərləndirilmişdir.

Plan elmi-tədqiqa işi informasiya zənginliyi, tədqiqat xarakteri, nəticəliliyi baxımından elmi və tədris materialı kimi əhəmiyyət kəsb edir. Onun qəbul edilməsi və nəşr olunması məqsədəuyğun sayılır. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.


İCRAÇI: İ.e.n., dos.Z.S.Eyvazov İŞ:” İnnovasiya mühiti və innovasiya sahibkarlığı. Müəssisələrin rəqabət qabiliyyətli”

Tədqiqat işi müasir dövrün aktual problemlərindən birinə həsr olunmuşdur. Elmi-tədqiqat işində ölkə daxili innovasiya mühitinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə milli firmaların dünya standartlarına uyğun məhsul istehsalı və xidmətlər göstərməsi məsələləri araşdırılmış və təhlil edilmişdir. Əsas diqqət mərkəzində innovasiya səmərəliliyinin əlaqəsinin təhlili geniş şəkildə işıqlandarılmış və siatistik materiallar əsaında təhlil edilmişdir


Elmi-tədqiqat işində əsas mıəqsəd innovasiya sahibkarlığına həsr olunmuşdur. İşdə innovasiya sahibkarlığının mahiyyəti, innovasiya prosesləri, texniki və texnoloji yeniliklər, innovasiya prosesinin mərhələləri, innovasiya strategiyası və digər məsəslələrin həllinə toxunulur və bu problemlər yeni səpkidə nəzərdən keçirilir.

İşdə həmçinin diqqəti çəkən məqamlardan biri nəzəri hissəni zənginləşdirməkdən ötrü sxemə də müraciət edilmişdir.

Müəllif belə hesab edir ki, sahibkarlıq mühiti, sahibkarın şəxsi iqtisadi fiqurundan daha geniş anlayış olub, özünə həm makroiqtisadi prosesləri və həm də qeyri-iqtisadi sosial prosesləri daxil edir. Sahibkar təkcə «İqtisadi insan» deyil o, həm də sosial və biolji varlıqdır və elə ona görə də sahibkarlıq mühiti bunları özündə etiva etməlidir.

Müəllifin fikrincə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatına diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir və bu siyasət bütün iqtisadi sahələrdə işgüzar fəaliyyət üçün səmərəliliyin yüksəldilməsinə yönəldilmişdir.

İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.
İCRAÇI: İ.e.n.,dos.F.M.Qarayev

İŞ: Enerji təhlükəsizliyinin təmin olunmasında neft strategiyasının rolu”

Elmi-tədqiqat işinin mövzusu Azərbaycanın bu günü ilə gələcəyi baxımından çox aktualdır. Enerji təhlükəsizliyi bir ölkənin cərcivəsində həll olunan məsələ deyil. Burada qlobal yanaşma labüddür.

Elmi işin əsas məqsədi enerji təhlükəsizliyinin təmin olunmasında neft strategiyasının rolunu müəyyən etməkdən ibarətdir. Bu məqsədə Azərbaycanda neft sənayesinin yaranması və inkişaf mərhələləri, enerji təhlükəsizliyinin təmin olunmasında neft strategiyasının rolu, həmçinin neftin qiyməti –enerji təhlükəsizliyinin qorunub saxlanılmasının vacib elementi kimi məsələləri araşdırılacaqdır. Bütün bu məsələlər Azərbaycan reallıqları əsasında tədqiq edilmişdir

Elmi-tədqiqat işində dünya ölkələrinin, xüsusən müsəlman ölkələrinin neft ehtiyatlarından istifadə olunması strategiyasından bəhs edilr.Azərbaycanda neft epopeyası rəqəmlərlə onun dəyişməsi, neft strategiyasının tərkib elementləri geniş tətqiq olunur və maraq kəsb edir.

Tədqiqat işində neft strategiyasının əsas aspektləri işıqlandırılır. Neft bazarının sistem elementləri, xidmət elementləri, infrastrukuru, işinin təşkili və c. məsələlər təhlil edilir onların rolu və əhəmiyyəti şərh edilir.

İşdə neft münasibətlərinin iqtisadi aspektləri ilə əlaqədar olaraq onların hüquqi və təşkilatı cəhətlərinə də müraciət edilir və bu işin əhəmiyyət kəsb etməsinin göstəricisidir. İşdə xeyli faktik materiallardan istifadə edilmişdir.

Plan elmi-tədqiqa işi informasiya zənginliyi, tədqiqat xarakteri, nəticəliliyi baxımından elmi və tədris materialı kimi əhəmiyyət kəsb edir. Onun qəbul edilməsi və nəşr olunması məqsədəuyğun sayılır. İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.


İCRAÇI: İ.e.n.,dos.S.E.Əhmədova

İŞ: “İxracın stimullaşdırılması istiqamətləri”

Dövlətin xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissələrindən biri xarici ticarət əlaqələridir.Xarici ticarət hər bir ölkəyə beynəlxalq əmək bölgüsünün üstünlüklərindən fayda əldə etməyə imkan verir.Xarici ticarət dövlətlərarasında idxal- ixrac əməliyyatlarından ibarətdir.Xarici ticarətdə ixrac siyasəti,onun quruluşu dövlətin xarici ticarət siyasətində mühüm əhəmiyyət kəsb edən amillərdəndir.Tədqiq olunan problemdə dövlətin ixrac siyasəti məsələlərinin ətraflı təhlil olunmuşdur.

Elmi tədqiqat işində dövlətlərarası iqtisadi münasibətlərdə mühüm rola malik olan xarici ticarətin yeri, rolu, onu şərtləndirən amillər, ölkələrin xarici ticarətdən əldə olunan iqtisadi səmərəni müəyyən edən amillər öyrənilmişdir. Bu zaman müəllif xarici ticarətin strukturuna daxil olan ixrac siyasətinin əsas xüsusiyyətlərini, ölkələrin iqtisadi həyatına onun təsirini ətraflı şəkildə təhlil etmişdir Ölkənin ixrac siyasətinin üstünlüklərini xüsusi vurğulayan müəllif, onun stimullaşdırılmasında həyata kecirilən tədbirlərin konkret istiqamətlərini də göstərmişdir Bu zaman müxtəlif ixrac əməliyyatlarını həyata kecirən təsərrüfat subyektlərinə, dövlətin tətbiq etdiyi stimullar sistemlərinə o cümlədən aşağı vergi dərəcələrinə, ixrac gömrük risumlarından azad olunma və onlar ücün sərfəli-ucuz kreditlərin verilməsi məsələlərinə də diqqət yetirilmişdir.

İşdə qarşıya qoyulan məqsədə nail olunmuş və mövcud tələblərə uyğun hazırlanmışdır.



4. DƏRC OLUNMUŞ ELMI IŞLƏR BARƏDƏ MƏLUMAT
Hesabata dərc olunmuş elmi işləri əks etdirən və tələb olunan qaydada tərtib olunmuş 4 cədvəl əlavə edilir.

№1 Kafedra əməkdaşlarının nəşr olunmuş kitabları, dərslik və dərs vəsaitləri, tədris proqramları, metodik göstərişlər barədə məlumat.


№2 Kafedra əməkdaşlarının nəşr olunmuş məqalələri konfrans və seminarlarda iştirakı barədə məlumat.
№3 Kafedra əməkdaşlarının elmi fəaliyyətini əks etdirən bal göstəricisi barədə

məlumat.


Qoşma: Dərc olunmuş məqalələr barədə məlumat hesabatın ardına əlavə olunur.
5.Qrantlar əsasında yerinə yetirilən elmi- tədqiqat işləri - yoxdur
6.AMEA ilə elmi əlaqələr

Kafeda AMEA İqtisadiyyat İnistitutu ilə daima əməkdaşlıq edir. Kafedra AMEA İqtisadiyyat İnistitutu ilə birgə manoqrafiaların yazılması və praktik əhəmiyyəti olan təklif və tövsiyyələrin hazırlanmasında iştirak edir.


7.Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əlaqələr

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakultəsi ilə birgə monoqrafiyaların hazırlanması.


8.Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi – yoxdur
9.Patent və informasiya işləri – yoxdur
10. Dövlət proqramlarının icrası:

10.1 «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın» həyata keçirilməsi ilə bağlı Dövlət Proqrammı-2009-2015-ci illərə dair kafedranın elmi-tədqiqat işlərinin planı illər üzrə yazılıb müzakirə edilir və məqalə şəklində çap olunur.

10.2 «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı». Bu proqramma uyğun olaraq kafedrada nəşr edilmiş dərslik və mühazirə mətnlərinin elektron variantı kitabxanada yerləşdirilmişdir

10.3. «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» - yoxdur


11.Fakültədə keçirilmiş elmi konfransların, seminarların, simpoziumların xarakteristikası.

Kafedarının əməkdaşları fakültədə keçirilən konfranslarda yaxından iştirak edərək və tezislərini konfrans materiallarında çap etdirmişlər.

Kafedranın elmi tematikasının istiqaməti üzrə tələbələr və magistrlər il ərzində elmi işlərdə, elmi-nəzəri konfranslarda çox fəal iştirak ediblər. Kafedranın əməkdaşları ilə yanaşı, aspirant və magistrantlar «Beynəlxalq hüquq və inteqrasiya prosesləri» jurnalında məqalələr çap etdiriblər.

Fakültədə keçirilən elmi-nəzəri konfransda kafedranın əməkdaşları aktiv iştirak ediblər.



12.Fakültdə elmi və elmi-pedoqoji kadrların hazırlanması

Dünya iqtisadiyyatı kaferası üzrə bir aspirant və bir dissertant dissertasiya mövzuları üzərində işləyirlər.



13. Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti – yoxdur

14.Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri (konfransda iştirakı) –

Kafedranın elmi işlərinin istiqamətində tələbələr və magistrlər elmi-nəzəri konfranslarda iştirak ediblər. Kafedranın magistrinin müxtəlif jurnallarda məqalələri çap edilmişdir.



15. 2013-cü ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur-

Kafedrada olan köhnə kompyüteri yenisi ilə əvəz olunmasına ehtiyac var.



16. Əsas nəticələr və təkliflər

Dünya iqtisadiyyatı kafedrası üzrə elmi-tədqiqat işində əldə edilmiş nəticələr təkliflər aşağı­da­kı­lardan ibarətdir:



Kafedranın еlmi-tədqiqat işlərinin nəticələri öz əksini nəşr olunan dərslik və məqalələrdə tapmışdır. Aparılan elmi işlərin nəticərinin daha da səmərəli olması üçün aşağıdakıları təklif edirik:

  1. Kafedra əməkdaşlarının elmi işləri nəticələrinin nəşrinə Universitet tərəfindən qrif ayrılmasına yardımın artırılması.

  2. Кafedra əməkdaşlarına qrantların ayrılmasını daha da genişləndirmək olardı.

  3. Nəzərə alaraq ki, yuxarı təşkilatlarda qrif almaq uzun müddət aparır və dərsliklər, dərs vəsaitlərinin nəşrini genişləndirmək üçün hesab edirik ki, bunlar BDU nəşriyyat şurasının qərarları ilə həll olunması daha məqsədəuyğun olardı.



Dünya iqtisadiyyatı kafedrasının

müdiri: prof.H.B.Rüstəmbəyov





Yüklə 75,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə