ci sinif Həyat Bilgisi ksq ad Soyad Tarix



Yüklə 11,45 Kb.
tarix22.10.2017
ölçüsü11,45 Kb.

7-ci sinif

Həyat Bilgisi KSQ 2

Ad Soyad______________________

Tarix________________

1.Aşağıdakı fikirlərdən hansını daha dolğun hesab etmək olar?

a) hər hansı bir məhsulun alışı, satışı, istehsalıcəmiyyətin iqtisadi həyatının əsasını təşkil edir

b) cəmiyyətin həyatının dəyişib inkişaf etməsində xalqımızın milli-mənəvi dəyərləri mühüm rol oynayır

c) Azərbaycan Respublikasının həyatında dini və yerli etnik ittifaqlar əsas yer tutur

d) şəhərlərdə abadlıq işlərinin aparılması cəmiyyətin siyasi həyatının əsas tərkib hissəsidir

2.Cəmiyyətin həyatında iqtisadiyyatın rolunu necə izah etmək olar?

a) Dövlətin güclü iqtisadiyyata malik olması ölkədə yalnız bir zümrənin yüksək ev təssərüfatına malik olmasına əsaslanır

b) İqtisadiyyatın inkişafı xalqın daha yaxşı həyat şəraitinin təmin olunmasına səbəb olur

c) İnsanlar daha çox nemətlər əldə edərək öz məqsədlərin’ nail olurlar

d) Iqtisadi münasibətlərin inkişaf etməsi həm istehsal, həm də qeyri-istehsal sahələrinin inkişafına əsaslanır

3. Əmək bölgüsü haqqında verilmiş fikirlərdən biri düzgün deyil:

a) birinci ictimai əmək bölgüsü əkinçilik və maldarlığın müstəqil sahə olması ilə əlaqədar baş vermişdir

b) üçüncü ictimai əmək bölgüsü nəticəsində əmtəə istehsalı zəiflədi

c) ticarətin yaranması əkinçilik, maldarlıq və sənətkarlığın inkişafı nəticəsində baş verdi

d) ikinci ictimai əmək bölgüsü sənətkarlığın müstəqil sahəyə çevrilməsi ilə başladı

4. Sizin gündəlik həyatınız əsasən hansı əmək fəaliyyətinə aiddir? Fikrinizi əsaslandırın.

5.Dövlətçilik ənənələrimizə aid olan fikirlər hansılardır?

1. dövlətin düzgün siyasi addımları

2. dövlətin işğaldan xilas olmaq üçün göstərdiyi təşəbbüslər

3. mərkəzləşmiş dövlətin yaranması

a) yalnız 2

b) 1 və 2

c) yalnız 3

d) hamısı



6. Azərbaycan Respublikası haqqında verilmiş fikirlərdən hansı səhvdir?

1. demokratik respublikadır

2. prezident xalq tərəfindən seçilir

3. monarxiyadır

4. parlamenti prezident seçir

a) bütün cavablar doğrudur b) 1,3 c) 3,4 d) 1,2,3



7. Aşağıda sadalanan qurumlardan hansıları cəmiyyəti idarə edənlərə aid etmək olmaz?

a) siyasi partiyadır

b) qadın hüquqlarını tənzimləyən qurumlar

c) qeyri-hökümət təşkilatları



d) dini qurumlar

8. Gələcəkdə hansı peşəyə sahib olacağınız barədə yazın.

9.Əmək bölgüsünün yaranması iqtisadi həyata nə kimi təsir göstərdi?

10.Cəmiyyətin həyatını neçə sahəyə bölmək olar?

a) 1 b) 2 c) 3 d) 4

Yüklə 11,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə