Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə1/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
  1   2   3   4   5   6   7   8   9   ...   152
YourFileName
-2129057903, -2129057903



 
MÖVZU 1. “Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri” 
                      fənninin predmeti, vəzifələri və məqsədi. Dövlət və onun 
funksiyaları 
 
 
 
1.1.  Fənnin predmeti, vəzifələri və məqsədləri 
1.2.  Dövlət anlayışı 
1.3.  Dövlətin mənşəyi və əsas əlamətləri 
1.4.  Dövlətin tipləri  
1.5.  Dövlətin əsas funksiyaları 
 
 
1.1.  Fənnin predmeti, vəzifələri və məqsədləri 
 
Dövlət  və  bələdiyyə  idarəetməsi  yeni  elm  sahəsi  olmaqla   predmeti  əsasən 
 dövlət, hakimiyyət, siyasət, iqtisadiyyat, idarəetmə, cəmiyyət, sosial münasibətlər 
və  hüququn  qarşılıqlı  vəhdətindən  əmələ  gəlir.    Predmetin  obyekti  cəmiyyətin  
iqtisadi-təsərrüfatçılıq  ,  sosial-mədəni,  sosial-iqtisadi,  siyasi-hüquqi    fəaliyyət 
sahələridir. 
 
Tədris olunan bu fənnin predmetini və obyekti müəyyənləşdirərkən  Dövlət 
idarəçilik  nəzəriyyəsi  və  bələdiyyə  idarəçiliyi  nəzəriyyəsi  elmlərinin    fəaliyyət 
sahələri  müəyyənləşdirilməli və müasir idarəetmə sahəsində bir-birini tamamlayan 
idarəetmə sahələrinə kompleks yanaşma sərgiləmək  vacib şərtdir. 
 
Dövlətin  siyasi  idarəetmə  sahəsində  fəaliyyəti  ictimai  münasibətlərin  və 
insanların  davranışının  hüquqi  tənzimlənməsi  ilə  sıx  bağlıdır.  Burdan  da  dövlət 
idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır.  Dövlət idarəçiliyinin sosial 
aspektləri nəzərə alındıqda  bu  fəaliyyətin insanla və insanların sosial mənafeyi ilə 
bağlı olduğu meydana çıxır.  
 
Dövlət idarəçiliyi insanla və insanların sosial mənafeyi ilə bağlı olduğundan 
dövlət idarəçiliyinin sosial aspektinin də nəzərə alınması vacibdir. Beləliklə, dövlət 
idarəetməsi bütövlikdə dövlətlə insanlar arasında siyasi- hüquqi, sosial fəaliyyət və 
münasibətlər  sahəsidir.  Dövlət  idarəçiliyi  anlayışı  özündə  siyasi,  sosial  və  hüquqi 
əlamətləri olan hadisə və prosesləri xarakteriza edir. 
 
Eyni  zamanda  onu  da  nəzərə  almaq    lazımdır  ki,  Azərbaycan  Respublikası 
demokratik  dövlət  quruculuğu  prosesində  bütün  sahələrdə  olduğu  kimi  dövlət 
idarəetmə  sahəsində  də  əsaslı  islahatlar  həyata  keçirilmiş,  mərkəzi  hakimiyyətim 
əksmərkəzləşməsi  nəticəsində    onların  bir  çox  səlahiyyətləri  regional  və  yerli 
hakimiyyətlərə  ötürülməsi  təmin  edilmişdir.    Beləliklə  də    vətəndaş  cəmiyyətin 
bərqərar  olması  üçün  və  vətəndaşların  idarəetmədə  iştirak  etmək  kimi  konstituon 



 
hüquqlarının reallaşdırılması məqsədilə  seçki əsasında formalaşan yerli özünüidarə 
orqanları olan bələdiyyələr yaradılmış və onların normal fəaliyyət göstərməsi üçün 
lazımi təşkilati-hüquqi baza yaradılmışdır. İlk dəfə respublikada bələdiyyə seçkiləri 
12  dekabr  1999-cu  ildə  keçirilmiş  və  13  il  ərzində    bələdiyyələr  ölkənin  sosial-
iqtisadi  inkişafında mühüm yer tutmaqdadırlar. Artıq bələdiyyələr yerli səviyyədə 
mühüm dövlət işlərini  əsas hissəsini- yerli sosial-iqtisadi,sosial müdafiə və ekoloji 
problemləri  həll  etmək  istiqamətində  müvafiq  tədbirlər  həyata  keçirirlər.  Yerli 
problemlərin həlli ilə bağlı  qərarların qəbulu və icrası prosesləri heç şübhəsiz yeni 
bir idarərtmə forması olan bələdiyyə idarəetməsinin  meydana gəlməsinə səbəb oldu. 
Göründüyü kimi bələdiyyə idarəetməsi dovlət idarəetməsi prosesinin davamı kimi 
onunla vəhdət təşkil edir.  
 Əsasən yerli əhalinin  sosial ,iqtisadi və ekoloji  məsələlərini idarə etdiyinə görə 
Bələdiyyə  idarəetməsi  cəmiyyətdə  sosial  münasibətləri  və  həmin  münasibətlərin 
qanunauyğunluqlarının öyrənən bir elm sahəsidir. 
 Bələdiyyə  idarəetməsi  siyasi  münasibətləri  özündə  əks  etdirmir.  Dövlət  isə 
özündə  həm  siyasi  hakimiyyəti,  həm  də  müasir  cəmiyyətin  təşkilinin  ən  yüksək 
formasını birləşdirir. 
Beləliklə, dövlət idarəçilik nəzəriyyəsinin predmet sahəsi dövlət və cəmiyyətin 
idarəetmə və özünüidarəetmə subyekti və obyekti kimi qarşılıqlı fəaliyyət sferasını 
xarakteriza edən siyasi-hüquqi və sosial hadisə və proseslərin vəhdətindən ibarətdir. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə