Fakültə : Qaz-Neft Mədən Fənn : Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları



Yüklə 8,89 Mb.
səhifə1/3
tarix02.12.2023
ölçüsü8,89 Mb.
#137447
  1   2   3
samuralkonst


Fakültə : Qaz-Neft Mədən
Fənn : Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
Müəllim : Məmmədov Nail
Tələbə : Haqverdiyev Samural
Qrup : 255.22
Mövzu : Əqli mülkiyyət hüququ
Mövzu
Əqli mülkiyyət hüququ
Əqli mülkiyyət
İntellektual əməyin bəhrəsi və yaradılmış informasiya nəticəsində mülkiyyət hüququ yaranır ki, bu mülkiyyət forması əqli mülkiyyət adlanır.
İntellektual əməyin bəhrəsi və yaradılmış informasiya nəticəsində mülkiyyət hüququ yaranır ki, bu mülkiyyət forması əqli mülkiyyət adlanır. Beləliklə, ixtira sahibinin öz əməyinin nəticələrindən istədiyi kimi istifadə etmək hüququ “Əqli mülkiyyət” anlayışını əmələ gətirir. Bir sözlə, “Əqli mülkiyyət” ifadəsini işlədərkən bilməliyik ki, söhbət ixtiraçılarına məxsus olan və yalnız onların icazəsiylə istifadə edilən mülkiyyətdən gedir.
Şirkətlər əqli mülkiyyətlərini müəyyənləşdirmək və qorumağa səy göstərirlər. Çünki günümüzdə getdikcə daha çox biliklərə əsaslanan iqtisadiyyatda əqli mülkiyyətin yüksək əhəmiyyəti vardır. Əqli mülkiyyətdən gəlir əldə etmək və başqalarının ondan gəlir almağının qarşısını almaq hər bir şirkət üçün vacib bir məsuliyyətdir. Qeyri-maddi varlıq olsa da, əqli mülkiyyət şirkətin fiziki aktivlərindən daha qiymətli ola bilər. Əqli mülkiyyət rəqabət üstünlüyünü təmsil edir və nəticədə mülk sahibi olan şirkətlər tərəfindən qəti şəkildə qorunur.
Əqli mülkiyyətin növləri
Əqli mülkiyyətin bir çox qeyri-maddi növləri ola bilər. Ən geniş yayılmışları isə aşağıdakılardır.
Patent, bir qayda olaraq ABŞ Patent və Ticarət markası idarəsi kimi bir dövlət qurumu tərəfindən verilən bir investor üçün mülkiyyət hüququdur. Azərbaycanda isə patentləşmə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən aparılır. Mərkəz publik hüquqi şəxsdir, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə iddia sənədlərinin ekspertizasını həyata keçirir. Belə ki, o həm də patent və şəhadətnamə verilməsi üçün ekspert rəyi hazırlayır, həmçinin sahə üzrə maarifləndirmə işləri aparır.
Patent ixtiraçıya dizayn, proses, inkişaf və ya texnika kimi fiziki ixtira ola biləcək ixtiraya müstəsna hüquqlar verir. Texnologiya və proqram şirkətləri əksər hallarda dizaynları üçün patentlərə sahibdirlər.
Patentlər
Müəllif hüququ, orijinal materialın müəlliflərinə və yaradıcılarına materiallarını istifadə etmək, kopyalamaq və ya çoxaltmaq üçün müstəsna hüquq verir. Kitab müəlliflərinin əsərləri musiqi sənətçiləri kimi müəllif hüquqları ilə qorunur. Müəllif hüququ ayrıca orijinal yaradıcıların əsərdən istifadə etmək üçün bir lisenziya müqaviləsi ilə hər kəsə icazə verə biləcəyini bildirir.

Yüklə 8,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin