Sərbəst iş:
Hazırladılar: Hacıyev Məhəmməd, Haqverdiyev Kənan, Cəfərzadə Emin, Dəmirçizadə İlqar, Baxşəli
Fakültə: MBA
Ixtisas Turizm və otelçiliyin idarə edilməsi
Qrup: A11-20
Kurs: 1
Fənn: Biznes və iqtisadiyyat üçün statistika
Müəllim: Yusifov Murad
Sərbəst işin adı: İnvestisiya
GİRİŞ
Azərbaycanın müstəqillik qazanması onun dünya ölkələri ilə iqtisadi əlaqələrinin artmasına təkan vermişdir. Müstəqilliyin ilk illərində bu ölkələrin sayı az olsa da, hazırda onların sayı kifayət qədər çoxdur. Azərbaycanın Asiya və Avropa qitələri arasında çox əlverişli coğrafi mövqedə yerləşməsi də buna stimul verən əsas amillərdəndir. Xarici dövlətlərin bizə olan marağı iqtisadiyyatın bir çox sektorlarında özünü göstərir. Dünya təcrübəsi göstərir ki, inkişaf еtmiş biznеs infrastruturuna malik оlan ölkələr invеstоrları özlərinə daha çох cəlb еdirlər. Invеstоrlar bеlə ölkələri əlvеrişli invеstisiya iqliminə malik оlan ölkələr kimi qiymətləndirirlər.. İxrac olunan məhsullar arasında ilk yeri neft və neft məhsulları tutur.Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investorlar üçün cəlbedici olub. Xarici birbaşa investisiyaların böyük qisimi neft sahəsinə yönəlmişdir. Neft razılaşmalarıyla Azərbaycanın iqtisadi gücü artmış, onun digər ölkələrlə əməkdaşlığına təsir göstərmişdir. Ölkədə neft axtarışı, geologiya, beynəlxalq pul transferləri, nəqliyyatdan da faydalanmışdır. Artan neft və təbii qaz istehsalıyla birlikdə yeni infrastruktur yaradılmışdır ki, bununla da işsizlik problemi müəyyən ölçüdə həll edildi. Neft sahəsində investisiyalar ortaq şirkətlər qurma yolu ilə də təmin edilir. Neft sənayesində investisiya və infrastruktur siyasətinin reallaşdırılması, investisiyanın istiqamətləndirilməsi üçün xarici təcrübədən istifadə oluna bilər.
İqtisadi ədəbiyyatda investisiya (latınca investio - geyindirirəm deməkdir), adətən kapital qoyuluşu kimi tərcümə edilir. Kapital qoyuluşu həqiqətən də, sözün geniş mənasında investisiya deməkdir. Dar mənada investisiya sözü altında ölkə daxilində və onun sərhədlərindən kənarda mənfəət əldə etmək üçün sənayeyə, kənd təsərrüfatına, nəqliyyata və digər iqtisadiyyat sahələrinə uzunmüddətli (əsas kapital) kapital qoyuluşu nəzərdə tutulur. İqtisadiyyatın əsas sahələrini maşınlarla, texnika və qurğularla, texnoloji proseslərələ təchiz etməkdir.İnvestisiya pul vəsaitlərinin onların dəyərinin saxlanması və artırılması, gəlirin təmin olunması məqsədi ilə yerləşdirilməsini nəzərdə tutur.
L. C. Qitman və M. D. Conkun investisiya qoyuluşlarının əsasları dərsliyində aşağıdakılar qeyd olunur. İnvestisiya termininin bir neçə mənası vardır. O, maliyyə nəticələrinin əldə edilməsi üçün səhm və ya istiqrazların alınmasım əks etdirir; onun vasitəsi ilə, həm də, real aktivlər göstərilir. Misal üçün hər hansı əmtəənin istehsal edilməsi və satılması üçün tələb olunan maşınlar. Geniş mənada investisiyalar ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və onun artımının təmin edilməsi üçün lazım olan maliyyə ehtiyatlarının təminat mexanizmini özündə cəmləşdirir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
- İnvestisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir;
- İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir;
- İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intelektual sərvətlərdən ibarətdir; - İnvestisiya - ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanıpul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.P.Samuelsonun fikrincə, investisiya - kapitalın yaranması və gələcəkdə gözlənilən istehlakın genişləndirilməsi naminə, hazırda gəlirin cari istehlaka xərclənməsindən imtina etmək deməkdir.
Bütün bu tərifləri nəzərə alaraq investisiyanın son və geniş tərifini vermək olar: Maliyyə ehtiyatlarının dövlət və özəl sektor səviyyəsində, şəxsi və ictimai məqsədlərin izlənməsi arzusu ilə istehsal və qeyri-istehsal sahələrinə, uzun bir müddət bağlanmasıdır. İnvestisiyalar makroiqtisadiyyatda 2 rol oynayırlar. Birinci, investisiyalar xərclərin böyük və dəyişkən komponenti olduğuna görə, investisiyaların kəskin artması və ya azalması məcmu tələbə kəskin təsir göstərə bilər; məcmu tələbin dəyişməsi isə öz növbəsində istehsala və məşğulluğa təsir göstərəcəkdir. İkinci, investisiyalar kapital yığımına səbəb olurlar. Avadanlıq və tikililərin artımı ölkənin potensial istehsalını genişləndirir və uzun müddətə iqtisadi artımı təmin edir.
İnvestisiya müxtəlif əlamətlərə görə təsnif oluna bilər:Kapitalın qoyuluşu obyektinə görə müəssisənin investisiyalarını real, maliyyə və portfel növlərinə bölmək olar. Real investsiya əsas vəsaitlərin təkrar istehsalı əmtəə-material qiymətlərinin ehtiyatlarının artımına, eləcə də müəssisənin əməliyyat fəaliyyətinə və ya heyətin əmək və məişət şəraitinin yaxşılaşdırılması obyektlərinə qoyulmuş kapitalı nəzərdə tutur. Kapital yaradan investisiya əsas kapitala investisiyadır. Maliyyə investisiyaları müxtəlif maliyyə alətlərinə kapital qoyuluşunu nəzərdə tutur başlıca olaraq gəlir əldə etmək məqsədilə qiymətli kağızlara qoyulur. Portfel investisiyaları uzunmüddətli qiymətli kağızlara qoyulur. Qoyuluşun vaxtı əlamətinə görə investisiyaları qısamüddətli və uzunmüddətli növlərə bölmək olar.Qısamüddətli investisiyalar bir ilədək dövrə qoyulur. Uzunmüddətli investisiyalar kapitalın bir ildən çox dövrə qoyuluşu ilə xarakterizə olunur. Gəlirlilik səviyyəsinə görə yüksək, orta, aşağı gəlirli və gəliri olmayan investisiyalar fərqləndirilməlidir. Yüksək gəlirli investisiyalar investisiya bazarındakı orta səviyyədən yüksək gözlənilən xalis investisiya mənfəəti təmin edən investisiya layihələri və ya maliyyə alətlərinə qoyulmuş kapitalı xarakterizə edir. Orta gəlirli investisiyalar isə mövcud investisiya bazarında orta investisiya mənfəəti normasına uyğun gözlənilən xalis investisiya mənfəəti təmin edən innovasiya layihələri və maliyyə alətlərinə investisiyaşdırmanı xarakterizə edir. Aşağı gəlirli investisiyalarda investisiyalaşdırma obyektlərinin gözlənilən xalis investisiya mənfəəti orta normadan aşağıdır. Gəliri olmayan investisiyalarda investisiya obyektləri seçildikdə investisiya mənfəətinin alınması nəzərdə tutulmur. Belə investisiyalar bir qayda olaraq sosial, ekoloji və digər növ qeyri-iqtisadi səmərə əldə edilməyə yönəldilir. Likvidlik səviyyəsinə görə müəssisənin investisiyaları yüksək, orta və ya aşağı likvidli, eləcə də qeyri likvidli növlərə bölünür.İnvestisiyalaşdırılan kapital mülkiyyət formalarına görə xüsusi, dövlət və qarışıq olur. Xüsusi investisiyalar fiziki şəxslər, eləcə də qeyri-dövlət mülkiyyətli hüquqi şəxslərin qoyulmuş kapitalını xarakterizə edir. Dövlət investisiyaları dövlət müəssisələri, müxtəlif səviyyədə dövlət büdcəsi və dövlət büdcədən kənar fondların vəsaitlərinin qoyulmuş kapitalı xarakterizə edir. Qarışıq investisiyalar isə müəssisənin investisiya obyektlərinə kapitalın həm xüsusi, həm də dövlət qoyuluşunu nəzərdə tutur.
Cəlb olunma mənbələrinə görə daxili və xarici investisiyalar fərqləndirilir. Açıq iqtisadiyyat şəraitində mühüm investisiya fəaliyyəti obyekti ölkə qanunvericiliyinə zidd olmayan xarici investisiyalardır. Xarici investisiyalar milli iqtisadiyyata qabaqcıl texnologiyalar gətirməklə, onun elmi potensialını fəallaşdırır.İnvestisiya prosesində iştirakın xarakterinə görə birbaşa və dolayı investisiyalar fərqləndirilir. Birbaşa investisiya investisiyaşdırma obyektinin və kapitalın qoyuluşunun seçilməsində investorun bilavasitə iştirakını nəzərdə tutur. Dolayı investisiyalar investorun kapitalın digər şəxslər tərəfindən qoyuluşu ilə xarakterizə olunur. Birbaşa xarici investisiyalar inteqrasiya olunmuş beynəlxalq istehsal sisteminin nüvəsinin yaradılmasında mühüm rol oynayır. Birbaşa xarici sərmayə, uzunmüddətli iqtisadi maraq əldə etmək məqsədi ilə kapital qoyuluşudur. Beynəlxalq Valyuta Fondunun tərifinə əsasən, investorun kapital qoyuluşu etdiyi obyekt üzərində idarəetmə nəzarəti olduqda birbaşa xarici sərmayə investisiya formasıdır. Birbaşa investisiyalar nizamnamə kapitalının 10% -dən çoxunu əhatə edən və müəssisələrə nəzarət etmək hüququ verən investisiyalardır. Birbaşa investisiyalar, digər bir ölkənin ərazisində kapital ixracatçısı tərəfindən istehsal təşkil etməklə xarici sənaye, ticarət və digər müəssisələrə kapital qoyuluşları şəklində həyata keçirilir. Birbaşa xarici sərmayə xaricdə əldə edilmiş mənfəətin alındığı ölkənin istehsalına yenidən investisiya qoyuluşunu da əhatə edir. Birbaşa investisiyalar iki qrupa bölünür:
1) Mümkün daha yaxşı bazar şəraiti, yəni yeni bir istehsal kompleksindən malların birbaşa bir ölkənin (qitənin) bazarına tədarük etmək imkanı olduqda, transkontinental kapital qoyuluşları. Xərclər burada kiçik bir rol oynayır, əsas şey bazarda olmaqdır. İstehsal xərclərinin ana şirkətlə müqayisədə fərqi, müəyyən bir qitədə istehsalın yerləşməsinə daha az təsir edən bir amildir. İstehsal xərcləri yeni istehsal müəssisələrinin qurulması lazım olduğu bir qitənin ölkəsini təyin etmək üçün həlledicidir; 2) Transmilli investisiyalar - birbaşa qonşu ölkədə birbaşa investisiyalar. Məqsəd ana şirkətlə müqayisədə xərcləri minimuma endirməkdir. Birbaşa xarici investisiyaların axınına iki əsas amil qrupu təsir göstərir: layihənin həyata keçirilməsi üçün zəruri olan resurslarla ölkənin təmin edilməsi; investisiya mühiti.Birinci amillər qrupu layihənin gəlirliliyinə, ikincisi, bu layihəyə qoyulan investisiyaların risk dərəcəsinə təsir göstərir.
Dostları ilə paylaş: |