Hesablama maşınlarının, komplekslərinin və kompüter şəbəkələrinin riyazi və proqram təminatı 05



Yüklə 21,84 Kb.
tarix17.11.2018
ölçüsü21,84 Kb.
#82818

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2014-2015-ci tədris ili üçün Xəzər Universitetində
SISTEMLI ANALIZ, İDARƏETMƏ VƏ İNFORMASİYANIN İŞLƏNMƏSİ (sahələr üzrə) üzrə
Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)

Elmi - İnzibati Şuranın ______________________il _________N-li


qərarı ilə təsdiq edilmişdir.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi(sahələr üzrə) proqramı-3338.01

1. Sistem: onun tərifi, təsnifat əlamətləri, əsas xassələri. Süni və təbii sistemlər. Böyük və mürəkkəb sistemlər.


2. Sistemin analitik və qrafik təsviri.
3. Sistemli yanaşmanın əsas mahiyyəti.

4. Sistemli analizin obyektləri: xidmət sahələri, müəssisə, təşkilat, korporasiya, şirkət və s.


5. Sistemin dekompozisiyası və sintezi. Dekompozisiya prosesinin alqoritmləşdirilməsi. 5. Aqreqatlaşmanın növləri. Emercentlik və daxili tamlıq.
6. Sistemli analizin istiqamətləri və mərhələləri.
7. Sistemli analiz məsələlərinin həll metodları; metodların inteqrasiyası.
8. Əhatə mühitinin analizi metodları. İmkanlar və təhlükələr matrisləri. Keyfiyyət və kəmiyyətin balla qiymətləndirilməsi.
9. Sistemin ekspert analizinin metodları: informasiya-funksional analiz, təşkilatı-funksional analiz, mövqeləşdirmə metodları.
10. Analitik modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi.
11. İmitasiya modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi.
12. Obyektlərin idarə olunması məsələlərinin həllində sistemli analizin yeri.
13. Statistikanın sistemli analizdə yeri.
14. Mürəkkəb sistemlərin informasiya baxımından tədqiqi.
15. Mürəkkəb sistemlərin layihələndirilməsinin mərhələləri. Sistemli analizin layihələndirmədə yeri.
16. İdarəetmənin əsas anlayışları və kateqoriyaları.
17. İdarəetmə obyektləri: təşkilat, müəssisə, korporasiya. İdarəetmə obyektinin modeli.
18. İdarəetmənin məqsədi və funksiyaları.
19. Müəssisənin idarəetmə strukturu. İdarəetmə prosesi. İdarəetmənin metodları.
20.İdarəolunan obyektin fəaliyyət strategiyasının planlaşdırılması. Proqramla-məqsədli planlaşdırmanın problemi və metodik əsasları.
21. İnnovasiya menecmenti.
22. Obyektin idarə olunmasında monitorinq.
23. İdarəetmənin səmərələləyinin mahiyyəti, göstəriciləri və meyarları.
24. İdarəetmə qərarlarının qəbulu metodları.
25. Risklərin idarə olunması.
26. İdarəetmə sistemində rəhbərin rolu.
27. İdarəetmənin avtomatlaşdırılması. Funksional və təminedici altsistemlər.
28. Planlaşdırma və idarəetmə məsələlərinin həllinin riyazi metodları: optimallaşdırma məsələləri, xətti və dinamiki proqramlaşdırma, şəbəkə qrafiklari.
29. Dinamiki sistemlərdə idarəetmə.
30. Pontryaqinin maksimum prinsipi.

31. İdarəetmənin səmərəliliyinin artırılmasında informatlaşdırmanın rolu.


İnformasiya Texnologiyaları

32. İnformasiya texnologiyaları və sistemləri:Əsas anlayışlar, təriflər.


33. İnformasiya texnologiyalarının və sistemlərinin təsnifatı. İnformasiya-idarəetmə texnologiyaları və sistemləri.
34. İnformasiya sisteminin arxitekturası. Lokal və səpələnmiş sistemlər.
35. Müasir kompyuter texnikası. Kompyuterlərin təsnifatı. Müasir fərdi kompyuterlərin arxitekturası, əsas modelləri, qurğuları və xarakteristikaları. Multimediya vasitələri.
36.Kompyuterlərin proqram təminatı. Sistem və tətbiqi proqram təminatı. Əməliyyat sistemləri, texniki xidmət proqramları, servis proqramları, proqramlaşdırma sistemləri. Mətn və cədvəl prosessorları. Qrafik redaktorları. Riyazi proqram paketləri.
37.Müasir proqramlaşdırma texnologiyaları. Struktur proqramlaşdırma. Funksional və məntiqi proqramlaşdırma. Obyekt-yönümlü proqramlaşdırma. Vizual proqramlaşdırma.

38. Verilənlər bazaları və bankları. Verilənlər bazası konsepsiyası. Verilənlərin modelləri. Relyasiya modeli. Normallaşdırma formaları. Nisbətlər üzərində  əməliyyatlar.


39. Verilənlər bazasının idarəetmə sistemi(VBİS). Müasir fərdi kompyuterlır üçün VBİS-lər.
40. Kompüter şəbəkələri. Şəbəkə topologiyaları və protokolları. Lokal və qlobal şəbəkələr və onların proqram təminatı.
41. İnternet şəbəkəsi: arxitekturası, xidmətləri, mübadilə protokolları, ünvanlaşdırma. İnternet-bələdçi proqramlar. İnternetdə informasiya axtarışı.
42. İnformasiya sistemlərinin təkmilləşdirilməsi və inkişafı. Korporativ informasiya texnologiyaları və sistemləri konsepsiyası və onun inkişafı.
43. İnformasiyanın mühafizəsi problemi və onun həll yolları.
44.İnformasiya sistemlərinin layihələndirilməsi. Layihələndirmənin əsas mərhələləri və onların xarakteristikaları.
45.İntellektual informasiya texnologiyaları: intellektual informasiya sistemləri, ekspert sistemləri, surətlərin tanınması sistemləri. Biliklərin təsviri üsulları. Məntiqi çıxarış metodları.

REFERAT mövzuları
1. Mürəkkəb sistemlərin effektivliyinin, keyfiyyət və səmərəliliyinin proqnozlaıdırılması və qiymətləndirilməsinin üsulları və alqoritmləri.

2. İnformasiyanın mühafizəsi problemi və onun həlli yolları.


3. Ekspert informasiyasının alınma, təhlil və emalı üsulları.

4. Paylanmış verilənlər bazaları.

5. İntellektual informasiya sistemləri.

ƏDƏBİYYAT
1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahim-Zadə T.İ. İnformatika. Dərslik. Bakı, 2011.

2. Kərimov S.Q. İnformasiya sistemləri. Bakı, 2008.

3. Kərimov S.Q., Sərdarov Y.B. Kompüter elminin nəzəri əsasları. Dərslik. Bakı, 2009.

4. İbrahim-Zadə T.İ., Sərdarov Y.B. Kompüter şəbəkələrinin əsasları və proqram təminatı. Dərs vəsaiti. Bakı, 2008.

5. Əliyev R.Ə., Əliyev R.R. Soft Computing. Bakı, 2004.

6. Əliyev R.Ə., Cəfərov S.M., Babayev M.C., Hüseynov B.Q. İntellektual sistemlərin qurulma prinsipləri və layihələndirilməsi Bakı, 2005.

7. Əliyev R.Ə., Cəfərov S.M., Babayev M.C., Zeynalov E.R., Qardaşova L,A, Qeyri müəyyənlik şəraitində qərarların qəbulu və idarəetmə. Dərslik. Bakı, 2003.

8. Seyidov M.İ., Qardaşova L.A., Səlimov V.H. Kompüter riyaziyyatı. Dərslik, Bakı, 2010.

9. Glibert Held. Ethernet Networks, 2006

    10. Andrew S. Tanenbaum, Computer Networks, Fourth Edition. Prentice Hall, 2003.

11. В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети: Принципы, технологии,

протоколы. 3-е изд. Учебник - СПб.: Питер, 2006.

12. Behrouz A.Forouzan TCP/IP. Protocol Suit. 2000.


  1. Timothy T. Gottleber, Timothy N. Trainor More excellent HTML with an introduction to JavaScript, Irwin/McGraw-Hill, 2000.

  14. Ellen Finkelstein, AutoCAD, 2007.

  15. C++ Program Design, An Introduction to Programming and Object-Oriented Design by

James P. Cohoon and Jack W. Davidson. Tsinghua University Press, 2002,

16. Nigel P. Chapman, Jenny Chapman, Digital Multimedia, John Wiley & Sons, 2000.



17. Ze-Nian Li and Mark S. Drew, Fundamentals of Multimedia, Prentice Hall, 2004.
Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin