Immanuil Kant. Prartik idrakın tənqidi.



Yüklə 10,32 Kb.
tarix15.12.2017
ölçüsü10,32 Kb.
#34938

Immanuil Kant. Prartik idrakın tənqidi . (1-ci hissə, 2-ci kitab, 2-ci fəsil,9).

İnsanın praktik təyinatına uyğun onun idraki qabiliyyətinin müdrik nisbəti haqda.

Əgər insan təbiətinə ali səadətə(rifaha) can atmaq təyin edilibsə, o zaman onun dərketmə qabiliyyətinin dərəcəsi, xüsusilə onların nisbəti, bu məqsədə uyğun olduğu hesab edilməlidir. Təmiz spekulyativ idrakın tənqidi isə sübut edir ki, bu idrak bu məqsədə müvafiq olaraq ona verilən ən vacib məsələlərin həll edilməsi üçün lazımınca deyil və kifayət etmir, lakin bu tənqid spekulyativ idrakın təbii və diqqətə layiq hökmlərini, eləcədə onun qarşısına qoyulmuş bu ali məqsədə yaxınlaşmaq üçün edə biləcəyi böyük addımları inkar etmir, ona baxmayaraq ki bu idrak heç zaman, hətta təbiətin ən dərin öyrənilməsinin köməyilə ona müstəqil olaraq yetişmir, demək ki təbiət bu məsələdə, qarşımıza qoyduğumuz məqsəd üçün vacib olan bacarıqda bizə sanki ögey ana kimi pay ayırıb.

Lakin fərz edək ki, təbiət mərhəmət edərək bizim istəklərimizi nəzərə alıb bizi, malik olmaq arzusunda olduğumuz və, yaxud, bəziləri təsəvvür(zənn) etdiyi kimi həqiqətdə malik olduğumuz bəsirət və fikir aydınlığı qabiliyyətilə təmin edib, o zaman böyük ehtimala görə bunun nəticəsi necə olardı?

Əgər bizim bütün təbiətimiz dəyişməsə idi, o zaman istək və arzularımız, ilk söz isə hər zaman onlara aiddir, hər şeydən əvvəl özlərinin təmin edilməsini tələb edərdilər və məntiqi düşüncə ilə birləşərək xoşbəxtlik adı altında özlərinin maksimal və davamlı təmin edilməsini tələb edərdilər. Əxlaq qanunu sonradan dilə gələrdi ki, onları layiqi çərçivədə saxlasın və, hətta, onların hamısını daha ali heç bir istək və arzu ilə hesablaşmayan, məqsədə tabe etsin. Lakin əxlaq məsləklərinin istək və arzularla etmək məcburiyyətində olduğu mübahisə əvəzinə, hansının ki nəticəsində bir neçə məğlubiyyətdən sonra tədricən ruhun əxlaq gücü əldə edilməlidir, bizim göz önümüzdə hər zaman özlərinin vahimə doğuran əzəmətilə tanrı və əbədiyyət durardılar(axı o şey ki, nəyi biz təmamilə sübut edə bilərik, bizim üçün göznən görə biləcəyimiz qədər həqiqilik dərəcəsinə malikdir.)

Qanun pozuntusu əlbətdə ki olmazdır və ehkamın tələbləri icra olunardı, lakin icra edilməli olan əməllərin əsasını təşkil edən məsləklər heç bir ehkamla təlqin edilə bilmədiyindən, fəaliyyətə sövq edən səbəb isə burada hər zaman əl altında və xarici olduğundan, idrak istək və arzulara müqavimət göstərmək üçün qanunun ləyaqətinin canlı təsəvvürünün köməyilə özünə yol açmaq üçün güc toplamaq məcburiyyətində qalmazdır və nəticədə qanuna uyğun əməllərin əksəriyyəti qorxu altında, yalnız bəziləri – ümidilə və heç biri – borc hissi təsiri altında edilməzdir, əməllərin əxlaq dəyəri isə, o şey ki yeganə olaraq şəxsiyyətə dəyər verir və ali müdrikliyin gözündə hətta dünyaya dəyər verir ümumiyyətlə yox olardı. Beləliklə, nə qədər ki insanların təbiəti indi olduğu kimi qalardı, onların hərəkətləri sadəcə olaraq bir mexanizmə çevrilərdi, harada ki, kukla tamaşasında olduğu kimi, hamı yaxşı əl-qol ilə hərəkət edir, lakin fiqurlar cansızdır.



Lakin, əslində, vəziyyət təmamilə başqa cür olduğu üçün və biz idrakımızın var gücünü toplasaq belə, gələcək haqda yalnız qeyri-müəyyən və şübhə doğuran biliyə malik ola bilərik, dünyanı idarə edən isə özünün mövcudluğu və əzəməti haqda yalnız təhmin etmək imkanı verir, onu görmək yahud aydın şəkildə bunu sübut etmək imkanı isə vermir, daxilimizdə olan əxlaq qanunu isə tam yəqinliklə heçnə vəd etməyərək və heçnə ilə hədələməyərək şəksiz və qəti ehtiram tələb edir, lakin elə buna görə, yalnız o zaman, nə vaxt ki bu ehtiram fəal olur və üstünlük təşkil edir, bizə buna görə hissən dərkedilməz səltənətə ötəri, özüdə göz ucu ilə, baxmaq imkanı verir, onda qanuna bilavasitə aid həqiqi əxlaq məsləkləri mövcud ola bilər və şüurlu varlıq yalnız onun əməllərinə deyil, onun şəxsiyyətnin əxlaq dəyərinə uyğun ali səadətə sahib olmağa layiq ola bilər, demək ki bu məsələdə də təbiətin və insanın tədqiq edilməsi lazımi dərəcədə öyrətdiyi şey düz olardı, yəni bizim yaranışımıza səbəb olan dərkedilməz hikmət bizə verdiyi(bizi təmin etdiyi) şeyə görə ehtirama layiq olduğu kimi, bizdən əsirgədiyi şeyə görə də ehtirama layiqdir.
Yüklə 10,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin