İnformasiya qaynaqlarına sayğılı yanaşma prinsipi və medianın bu mövzuda real durumu



Yüklə 4,71 Kb.
tarix01.01.2022
ölçüsü4,71 Kb.
#109612
İnformasiya mənbələrinə sayğılı yanaşma prinsipi 210617 141502

İnformasiya qaynaqlarına sayğılı yanaşma prinsipi və medianın bu mövzuda real durumu.


Bilirik ki, Jurnalist xəbər hazırladığı zaman ən önəmli şərtlərdən biri xəbərin düzgünlüyüdür,xəbərin düzgün olması üçündə xəbərin informasiya qaynağı güvənilir olmalıdı.Peşekar jurnalist olmaq üçün xəbərin qaynağının doğruluğuna əmin olmaq lazımdır.Günümüz reallığında bəzən bu prinsipə əməl edilmədiyini görürük.Bu isə birbaşa etik kodeksin pozulması sayıla bilər,yəni jurnalistin ən önəmli xüsusiyətindən biri düzgünlükdürsə burada bunun pozulduğunu görə bilərik.

İnformasiya qaynaqları müxtəlif ola bilər məsələn biz informasiyanı sosial şəbəkə vasitəsi ilə ala bilərik ancaq bu informasiyanın dəqiqliyindən əmin olduğdan sonra paylaşa bilərik,və yaxud


informasiya qaynağı olaraqdan dövlət rəsmilərinin dövlət və yaxud dünya ilə bağlı paylaşımlarını xəbərə çevirə bilərik.

Belə bir söz də var "İnformasiya mənbəyi məqalənin sütunudur" Yəni yaxşı mənbə tapsanız məqaləniz rahat və maraqlı alınacaqdır, yox normal mənbəniz olmasa mövzu nə qədər maraqlı olsada o çox dərc olunmayacaqdır.Jurnalist informasiya mənbəyini kütlə ilə paylaşmalıdır bunu paylaşdıqda xalqın jurnalistə olan etimadı artacaqdır,ancaq bəzi hallar var ki, Jurnalist mənbəyini anonim saxlamalıdır.mənbənin gizlənməsi 2 cür olur

1.Anonim mənbə-Bu zaman məmbəyi redaksiya heyəti və jurnalistin öz işlədiyi məkandakı əməkdaşları bilir

2.Konfidensial mənbə-Bu zaman mənbəni yalnız və yalnız jurnalist bilir bu barədə jurnalistin redaktoru belə


məlumatlandırılmır

Konfidensial mənbəyə misal olaraq

məşhur Uotergeyt qalmaqalındakı konfidensial mənbəni gösdərə bilərik. Onun gizlin adı Dərin hülqum (deep throat) olur. Onun kimliyi hadisədən 30 il

sonra açıqlanır.

Anonim mənbəyə bir misal göstərək,bir cinayət şahidi sizə cinayətlə bağlı gördüklərini danışırsa siz bu müsahibəni təqdim edərkən bu şahid müsahibin ad,soyad,yaş,iş yeri, ailə üzv adları və digər şəxsin kimliyini bəlli edən məlumat verməkdən qaçınmalısız bu şahid üçün həyati təhlükə daşıyır.Belə hallarda mənbə haqqında yalnız müəyyən xüsusiyyətlər vermək olar məsələn "xasiyyətcə utancaq olan lakin səlis danışığı olan B.B hadisə zamanı maşınla oradan keçirmiş" belə məlumatlar oxucunu xəbərin doğruluğuna inandırır.
İndi isə gələk informasiya qaynaqları mövzusunnun sosial mediadakı qoluna.Çoxlarımızdan bildiyi kimi Sosial mediada özünü "jurnalist"adlandıran əlinə bir mikrafon və kamera alıbda özlərini bu peşənin gerçək üzvüymüş kimi aparan və etik kodeksləri heçə sayan yetəri qədər insan var.Bu jurnalistlər özlərinin sosial media hesablarında əsassız,istinadsız xəbərləri paylaşırlar.Misal olaraq II Qarabağ müharibəsi zamanı dəfələrlə belə xəbərlər ilə qarşılaqdıq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov da deyib "Keçən il bizim xəbər agentlikləri erməni xəbər portallarının yaydıqları dezinformasiyaları götürüb xəbərə çevirir, cəmiyyətə ötürürdülər. Misal üçün filan kənd alındı, erməni hərbiçiləri cəbhədə toplanıblar və s.” Qeyd edək ki, Əflatun Amaşov bu sözləri 2015 ci ildə söyləmişdir..
Mənbələrin qorunması məsələsi beynəlxalq qanunda yaxşı müəyyən

olunmuşdur və xüsusi olaraq da BMT, Avropa Şurası, Amerika

Dövlətləri Təşkilatı, Afrika Birliyi və ATƏT tərəfindən tanınır. Əsl jurnalistin birinci vəzifəsi mənbələrin verdiyi

informasiyanın doğruluğunu yoxlamaq, uyğun olduqda dərc etmək və

ən əsası da sirli mənbələri qorumaqdır.

Jurnalistika ixtisası II kurs tələbəsi



Səlimov Fərid
Yüklə 4,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin