Qəbələ Peşə məktəbi
“İqlim və ətraf mühit” modulu üzrə
suallar
1.Havanın əsas elementləri dedikdə nə başa düşülür?
havanın temperaturu, rütubəti və təzyiqi
külək, yağıntı
günəş radiasiyası, təzyiq
havanın temperaturu, yağıntı
2. İrimiqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikrə deyilir:
Hava xassəsi
Hava elementi
Hava proqnozu
Hava axını
3. Atmosfer təzyiqini ölçən cihaz?
Hiqrometr
Termometr
Barometr
Anemometr
4.Torpağın nəmliyi nəyə deyilir?
torpaqda olan suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına
nəm torpağın çəkisinə
quru torpağın çəkisinə
suyun nəm torpağın çəkisinə nisbətinə
5. Mütləq rütubətlilik nəyə deyilir?
1m3 havada olan su buxarının qramlarla miqdarına
havanın yer səthinə göstərdiyi ağırlıq qüvvəsinə
buxarın maye halına keçməsinə
havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerdəyişməsinə
6. Üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə necə adlanır?
geoloji xəritə
torpaq xəritəsi
sinoptik xəritə
heç biri
7. Atmosfer təzyiqi - ....
buxarın maye halına keçməsi prosesidir
havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsidir
havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerdəyişməsidir
1m3 havada olan su buxarının qramlarla miqdarıdır
8.İqlim yaradan amil deyil?
külək
atmosfer təzyiqi
torpağın rütubətliliyi
torpağın məsaməliliyi
9. Ərazidə rütubət əmsalı < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmazlığı var. .......................... iqlimdir.
arid
rütubətli
humid
kserofit
10. Havanın nəmliyi hansı cihazla ölçülür?
barometrlə
termometrlə
hiqrometrlə
flügerlə
11. Buxarın maye halına keçməsinə ................................ deyilir və bu proses bulud, duman, şeh, yağış əmələ gətirir.
mütləq rütubətlilik
kondensasiya
ağırlıq qüvvəsi
külək
12.Əksər bitkilər üçün havanın optimal nəmliyi nə qədərdir?
70-80 %
10-15%
5-10 %
30-40%
13. Küləyin sürətini ölçən cihaz:
flüger
hiqrometr
barometr
termometr
14. Hər hansı bir bitkinin inkişafı üçün 5 həyat amili lazımdır.Bunlar hansılardır?
su, hava, işıq, təzyiq, istilik
işıq, su, istilik, rütubət, təzyiq
işıq, istilik, su, hava, qida maddələri.
işıq, hava, qida maddələri, iqlim
15. Bioloji tarazlığın yalnız təbiət hadisələri ilə pozulmasına səbəb olan amilləri seçin?
Şəhərsalma, meşələrin qırılması, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər
Sel, daşqınlar, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər
Sərt qış və normadan artıq istilər, heyvanların ovlanması, seleksiya işlərinin aparılmaması
Heyvanların ovlanması, suvarmaların düzgün aparılmaması, kimyəvi maddələrdən normadan artıq istifadə
16. Maddələrin torpaq, bitki, heyvan və mikroorqanizmlər arasında dövr etməsi necə adlanır?
Geoloji (böyük dövr etmə)
Bioloji (kiçik dövr etmə)
Radioloji
Heç biri
17. Toxumlar cücərəndə onların şişməsi üçün və bitkinin vegetasiya dövründə qida maddələrini mənimsəmək üçün lazım olan amil hansıdır?
hava
işıq
külək
su
18. Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə .............. deyilir.
iqlim
ərazi
rütubət
günəş radiasiyası
19. Aşağıdakı fikirlərdən hansı yanlışdır?
Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir
Düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından az olan torpaqlara humid torpaqlar deyilir
Humid torpaqlarda yağıntının miqdarı buxarlanan və yerə hopan suyun miqdarından xeyli çox olur
Arid torpaqlar quru çöllərdə, səhralaşmış savannalarda, yarımsəhra və səhralarda əmələ gəlir
20. Transpirasiya nədir?
qeyri-üzvi maddələrdən üzvü maddələrin əmələ gəlməsi
müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejimi
bitkinin torpaqdan aldığı suyu yarpaqlar vasitəsilə buxarlandırmasıdır
havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsidir
21.Dolu yağması nəticəsində və zərərverici həşəratların təsiri ilə bitkinin yarpaqlarının zədələnməsi halları hansı ekoloji amillərə aiddir?
Dolu – biotik amil, zərərverici həşərat – abiotik amildir
Dolu – abiotik amil, zərərverici həşərat – biotik amildir
Hər iki hadisə biotik amilə aiddir
Hər iki hadisə abiotik amilə aiddir
22.Torpaq profilində və onun səthində duzların əmələgəlməsi prosesi necə adlanır?
Eroziya
Şoranlaşma
Nitrifikasiya
Denitrifikasiya
23. Bitkilər zəif inkişaf edir, gövdəsi nazik, uzun olur və yerə yatır. Bitkidə bu hallar hansı amil çatışmadıqda baş verir?
Su
Hava
İşıq
Rütubət
24. İqlim dəyişikliklərinin əsas səbəbi nədir?
Atmosferə atılan qazların yaratdığı istixana təsiri (effekti)
Atmosferə atılan qazların yaratdığı radiasiya
Atmosferə atılan qazların yaratdığı soyuq hava
Heç biri
25. Bioloji tarazlıq - .......
canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdığı vahid təbiət kompleksləri
canlı orqanizmlər və qeyri-üzvi komponentlərin maddələr dövranı baş verən məcmusudur
təbiətdə olan canlı orqanizmlərin növ tərkibinin, onların sayının, məhsuldarlığının, yayılmasının, həmçinin mövsümü dəyişməsinin və digər bioloji proseslərin nisbi davamlığı başa düşülür
təbii komplekslərin bir-biri ilə qarşılıqlı əlaqəsi ilə dinamiki stabilliyin (sabitlik) qorunmasıdır
26. Bitkilərə təsir edən ekoloji amillər hansı variantda düzgün verilmişdir?
Dostları ilə paylaş: |