Emil Rəhimov
AMEA akademik Z. M. Bünyadov adına
Şərqşünaslıq İnstitutunun aspirantı
ИСЛАМДА
МЯЗЩЯБЛЯРАРАСЫ
ЙАХЫНЛАШМАНЫН СТРАТЕЭИЙАСЫ
Rəhimli, Mərhəmətli Allahın adı ilə
İslam ümməti bugünkü ictimai-siyasi durumunda ötən əsrlərlə müqayisədə vəhdətə və məzhəblərarası yaxınlaşmaya daha çox ehtiyac duyur. İslam dininin cahanşümulluğunu nəzərə alsaq, onun ən uzaq qütblərə nüfuz etməsindən ötrü müsəlmanları bir araya gətirə biləcək mötədil bir yolun olması zəruridir. Elə bir yol ki, onları birləşdirib bir-birinə sevdirə bilsin, aralarında mənəvi bağlılıq yaratsın. Elə bir yol ki, ixtilafa düşməkdən, təfriqəyə yuvarlanmaqdan, müsəlmanları ədavət və kin-küdurət bəsləməkdən qoruya bilsin.
Müsəlmanların birlik və vəhdəti onların arxalana biləcəyi güc və qüdrəti gerçəkləşdirən yeganə yoldur. Müsəlmanların sayının çoxluğu, təbii sərvətlərinin bolluğu, maddi imkanlarının genişliyi, strateji mövqelərə malik olmaları, mənəviyyat ruhunun mövcudluğu, əqidə və şəriətin əsas prinsiplərində birləşmələrinə baxmayaraq, beynəlxalq səviyyədə yenə də vəhdət və birliyin olmaması onları imperialist və sionist şər qüvvələrinin qurbanına çevrilməsi təhlükəsi ilə üz-üzə qoyur. Çünki mənəviyyat ruhundan kənarda yaşayan həmin qüvvələr müsəlmanlardan fərqli olaraq ağıl və maddi bazalarını vahid sistem şəklinə salaraq güclərini birləşdirə bilmiş və İslama qarşı hədəflərini səfərbər etmişlər.
İslam vəhdətinin kamil nümunəsini nümayiş etdirmək üçün bütün nəzəri-etiqadi və ictihadi məsələlərin vahid rəy və fikir şəklində olması heç də vacib deyildir. İslam alimləri fikir ayrılıqları olan yerdə gərgin müzakirə və mübahisilər apara bilərlər. Bunun İslamın vəhdət prinsipi ilə heç bir ziddiyyəti yoxdur. Əslində məqsəd vahid mövqedən çıxış edərək müsəlmanların üzləşdiyi problem və çətinliklərin bərabər həllini tapmaq və onların qarşısını almaqdan ibarət olmalıdır.
Müsəlmanlar məzhəbindən asılı olmayaraq, bir gəmidə gedən camaata bənzəyirlər. Gəminin salamat getməsi və sahilə yetişməsi üçün oradakı camaat bir-birini yola verməlidirlər. Onların bir-birini başa düşməməsi hər iki tərəf üçün təhlükədir. Çünki gəminin batması ilə hər iki tərəf suda qərq ola bilər.
Sünni-şiə anlaşılmazlığı yenə də aktual şəklində qalır. Min ildən çoxdur ki, bu məsələ problem olaraq yaşanır. Bizim üzərimizə düşən vəzifə hər iki cinahın bir-biri haqqında doğru və dürüst mövqe tutması, İslamın əsasları çərçivəsində birləşməsi, fikir ayrılıqları olan məsələlərdə bir-birini üzrlü hesab etməsidir. Məzhəbindən asılı olmayaraq müsəlmanları birləşdirən birinci maddə “la ilahə illəllah, Muhammədun rəsulullah” kəlməsidir. Bu şəhadəti dilinə gətirən hər bir şəxs müsəlman sayılır. Hədisdə deyildiyi kimi, müsəlman müsəlmanın qardaşıdır. Onun malı, canı, namusu toxunulmazdır. Bu gün beynəlxalq səviyyəli konfransların keçirilməsi məhz məzhəblərarası yaxınlaşmanın gerçəkləşməsi və İslamın tərəqqisi üçündür və bu, olduqca təqdirəlayiq bir xidmətdir.
Bu gün İslam ümməti, başda İslam alimləri olmaqla məzhəblərarası yaxınlaşma hərəkatında nə qədər müsbət nailiyyətlər əldə edərsə, bu, gələcək nəslin daha da barışıq mövqeyi tutması ilə nəticələnə bilər. Bunun üçün də niyyətin saf olması, danışıqların bizi birləşdirən İslamın əsasları çərçivəsində aparılması şərt sayıla bilər. Külliyyata gücümüz yetişməsə də cüziyyatı da əldən buraxmamalıyıq. Çünki, cüziyyatlar birləşib külliyyata çevrilə bilər.
Cəfəri məzhəbi ilə dörd sünni məzhəbləri arasındakı fərq və fikir ayrılıqları sünni məzhəblərin öz aralarındakı fərqlər kimidir. Məsələyə insafla, ədalətlə yanaşmadıqda fərqlər şişirdilir, inadkarlıq və təəssübkeşlik bəsirət gözünü pərdələyir. Məzhəblərarası fikir oxşarlıqlarının çox olmasına baxmayaraq, onlar haqqında danışmaq lazım olduğu təqdirdə, cüzi bir sahəni əhatə edən, ictihaddan doğan fikir ayrılıqlarına daha çox toxunulur. Məsələyə bəhs və tədqiqat yönümündən yanaşılarsa, bu elmi baxımdan gözəl addım hesab oluna bilər. Lakin təəssübkeşlik və ayrı-seçkilik yönümündən yanaşıldıqda, məzhəblərarası fərqlər dinlər arası fərqlərə oxşar şəkildə səslənir ki, bu da yolverilməzdir.
Şiə və sünnilər arasında köklü surətdə ixtilafa gətirib çıxardan məsələ xilafət məsələsidir. On iki imam şiələri Həzrət Əlinin Peyğəmbər (s) tərəfindən Allahın əmri ilə xəlifə seçildiyinə inanır, sünnilər isə xəlifənin ümmətin şura yolu ilə öz içindən seçilməsi ixtiyarına inanır.
Hər iki tərəfin öz inanclarını sübuta yetirmək üçün yüzlərlə kitabları vardır. Amma hər iki tərəf İslama yönəlmiş hədəfləri dəf etmək iqtidarında ikən, öz elmi potensiallarını və vaxtlarını xilafət məsələlərinə həsr etmişlər. Və bu məqsədəmüvafiq olmayan addımlarla İslama qarşı yönələn kəsilən qüvvələrin birləşməsinə və hökmranlığına zəmin yaratmışlar. Bu gün ayrı-ayrı din nümayəndələri öz aralarında birləşirlər. Yəhudilər xristianlarla, xristianlar da öz aralarında birləşərək İslama qarşı irimiqyaslı planlar hazırlayırlar. İslama qarşı məqsədləri bir olanlar öz qüvvələrini birləşdirərək nəhəng güc strukturuna çevrilirlər.
Xilafət məsələsində şiə və sünni tərəfdən kimin haqlı olduğu apardığımız bəhsin məqsədi deyil. Qoy hər iki tərəf özü-özlüyündə haqlı olsun. Çünki haqqında danışılan məsələnin bugünkü günlə nə əlaqəsi var ki?! İslam dünyasının böyük alimlərindən sayılan Ayətullah Bürücerdi(r.a) məzhəblərarası yaxınlaşma kontekstində ixtilaflı məsələlərə toxunarkən onların həllinə hamının qəbul edə biləcəyi aspektdən yanaşardı. Məsələn, Ayətullah Brücerdi istər ümumi, istərsə də xüsusi yığıncaqlarda xilafət məsələsindən söhbət açmazdı. Onun xilafət məsələsinə dair münasibətini belə açıqlayırlar: “Bu gün müsəlmanlar üçün xilafət məsələsindən danışmağın faydası yoxdur. Nə bu məsələni qaldırmağa, nə də onun ətrafında mübahisə yaratmağa bir lüzum var. Müsəlmanlar üçün: “Birinci xəlifə kim olmalıydı?” məsələsinin indi üçün nə faydası?! Məzhəblərarası dialoqlar vahid xətt üzrə-Allah birdir, Məhəmməd Onun elçisidir, Kəbə müsəlmanların qibləsidir, Quran onların müqəddəs kitabıdır-deyə aparılmalıdır”.
İslam xilafəti süquta yetəndən, imperialist qüvvələr qələbə çalandan sonra müsəlmanların əlində heç bir hakimiyyət olmadığı bir vaxtda da görürük ki, müsəlmanlar arasında xilafət məsələsindəki ixtilaflar yenə də araşdırılır. Baxmayaraq ki, xilafət məzhəbindən, təriqətindən asılı olmayaraq müsəlmanların hamısının əlindən çıxmışdır, yenə də müsəlmanlar kimin xəlifəliyə daha layiq olduğunu araşdırırlar. Təbii ki, bu İslam düşmənlərinin uğurlu planlarıdır, onlar müsəlmanların cəhalət və qəflətindən ustalıqla istifadə edərək öz pis niyyətli hədəflərini həyata keçirirlər. Lakin müsəlmanların hamısı eyni səviyyədə deyildir. Allah hər dövr üçün İslam dinini qoruya bilən, peyğəmbərlərin varisləri sayılan alimlər yetişdirir. Həmin alimlər haqq yolunu işıqlandıran lampalara bənzəyirlər.
İslam dünyasında tanınmış və təqdirəlayiq xidmətləri olan alimlərdən biri də Əl-Əzhər Universitetinin Şeyxi Mahmud Şaltutdur(r.a). O deyir:
Müsəlmanlar bir dinə mənsubdurlar. Ayrı-ayrı məzhəblərdən olsalar da, yenə də bir dinin nümayəndələridir. Yəhudi və xristianlar kimi ayrı-ayrı din şəklinə çevrilmiş, hər birinin ayrı-ayrı incili olan icmaya bənzəmirlər. Müsəlmanların Allahın təkliyinə bir mənalı olaraq inanması, Xatəmul-Ənbiyaya itaət etməsi, Quranı özlərinə rəhbər tutması onları birləşdirən cəhətlərdir.
Müsəlmanlar İslam çərçivəsinə sığışan məzhəbləri doğru anlamalı, qarşılıqlı maariflənməli, sui-zənn etməkdən çəkinməli, pis ləqəblərə yol verməməlidirlər, haqqa və insafa tabe olmalıdırlar:
Dostları ilə paylaş: |