İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim


Məsələ 1411: Əgər bir şəxs namazın əvvəlində, ya Həmd və surə əsnasında iqtida etsə və təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir



Yüklə 2,33 Mb.
səhifə21/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Məsələ 1411: Əgər bir şəxs namazın əvvəlində, ya Həmd və surə əsnasında iqtida etsə və təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir.
Məsələ 1412: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətül-ehramdan sonra otursun və təşəhhüdü mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı vacib ehtiyata əsasən deməsin və gözləsin, imam namazın salamını deyəndən sonra qalxsın və təzədən niyyət və təkbir demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rük`əti hesab etsin.
Məsələ 1413: Mə`mum gərək imamdan qabaqda dayanmasın. Hətta vacib ehtiyat odur ki, əgər mə`mum çox olsa, imamla bir sırada dayanmasınlar. Amma əgər mə`mum bir nəfər kişi olsa, onun imamla bərabər dayanmasının eybi yoxdur.
Məsələ 1414: Əgər imam kişi, mə`mum isə qadın olsa, onda qadınla imamın arasında və ya o qadınla imama bitişik olan digər bir kişi mə`mumun arasında pərdə və ya pərdəyə bənzər bir şeyin olmasının eybi yoxdur.
Məsələ 1415: Namaza başladıqdan sonra, imam və mə`mum arasında və ya mə`mumla, onun vasitəsi ilə imama bağlı olan başqa bir mə`mum arasında pərdə və ya başqa bir şey fasilə olarsa, camaat namazı batil olur və mə`mum fərdi vəzifəsinə görə əməl etməlidir.
Məsələ 1416: Vacib ehtiyat odur ki, mə`mumun səcdə yeri ilə imamın durduğu yerin arasında ən iri bir addımdan artıq fasilə olmasın. Həmçinin, əgər insan qabağında duran mə`mum vasitəsilə imamla bağlansa da; müstəhəbb ehtiyat odur ki, mə`mumun dayandığı yer, yaxud onun qarşısında dayanan şəxsin yeri ilə, səcdə halında olan insanın bədəninin ölçüsündən artıq olmasın.
Məsələ 1417: Əgər mə`mum sağ və sol tərəfində duran şəxsin vasitəsilə imamla bağlansa və qabaqdan imama bağlı olmasa, vacib ehtiyata əsasən gərək sol və ya sağ tərəfində iqtida etdiyi şəxslə iri bir addımdan artıq fasilə olmasın.
Məsələ 1418: Əgər namazda imam ilə mə`mum arasında, yaxud imama bağlı olan mə`mum arasında iri bir addımdan artıq fasilə qalsa, o şəxs namazını fərdi qəsdi ilə davam edə bilər.
Məsələ 1419: Əgər birinci sırada dayananların hamısının namazı başa çatsa və dərhal başqa bir namaz üçün imama iqtida etməsələr, sonrakı sıranın camaat namazı batil olur, hətta dərhal iqtida etsələr də, sonrakı sıranın camaat namazının düzlüyü işkallıdır.

Məsələ 1420: Əgər şəxs ikinci rük`ətdə iqtida etsə, Həmd və surəni oxumaq lazım deyildir, amma qunut və təşəhhüdü imamla oxumalıdır. Müstəhəbb ehtiyat odur ki, təşəhhüd oxuyanda əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın və gərək təşəhhüddən sonra imamla qalxıb, həmd-surəni oxusun. Əgər surəni oxumağa vaxtı yoxdursa, Həmdi tamam edib özünü rükuda imama çatdırsın. Əgər Həmdin hamısını deməyə vaxtı yoxdursa, Həmdi kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman ehtiyat müstəhəbb odur ki, namazı fərdi niyyəti ilə tamam etsin.
Məsələ 1421: Əgər imam dörd rük`ətli namazın ikinci rük`ətində olarkən bir şəxs ona iqtida etsə, namazın ikinci rük`ətində (bu zaman imam üçüncü rük`ətdə olur) iki səcdədən sonra oturmalı və təşəhhüdü vacib miqdarında deyib qalxmalıdır. Əgər şəxsin üç dəfə təsbihat deməyə vaxtı yoxdursa, gərək bir dəfə desin və rükuda özünü imama çatdırsın.
Məsələ 1422: Əgər imam üçüncü və ya dördüncü rük`ətdə olsa və mə`mum, iqtida etdiyi təqdirdə, Həmdi oxuyub rükuda imama çata bilməyəcəyini bilərsə, vacib-ehtiyata əsasən səbr etməli və imam rükuya gedəndən sonra iqtida etməlidir.
Məsələ 1423: Əgər üçüncü ya dördüncü rük`ətdə imam qiyam halında ikən iqtida etsə, gərək Həmd və surəni oxusun. Əgər surə üçün vaxt yoxdursa, gərək Həmdi tamam etsin və rükuda özünü imama çatdırsın. Əgər Həmdi də tamamlamağa vaxtı yoxdursa, onu kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman fərdi qəsdi edərək, namazını tamamlaması ehtiyat-müstəhəbbdir.
Məsələ 1424: Surə və ya qunutu tamamladığı təqdirdə, rükuda imama yetişə bilməyəcəyini bilən bir şəxs, qəsdən surə və ya qunutu oxusa və rükuda imama yetişə bilməsə, onun camaat namazı batil olur və münfərid vəzifəsinə görə əməl etməlidir.
Məsələ 1425: Surəni oxumağa başladığı və ya tamamladığı halda rükuda imama yetişəcəyinə əmin olan bir şəxsin, çox çəkməyəcəyi təqdirdə surəyə başlaması və ya başlamışdırsa, tamamlaması daha yaxşıdır. Amma əgər «imama uyğunlaşır» deyilməyəcək qədər çox çəkərsə, başlamamalı və başlamışdırsa, tamamlamamalıdır. Əks halda onun camaat namazı batildir, amma əgər 1404-cü məsələdə deyildiyi kimi, öz münfərid vəzifəsinə əməl etsə namazı səhihdir.
Məsələ 1426: Surəni oxuyub, imamın rükusuna çata biləcəyinə və imama tabeçiliyi aradan getməyəcəyinə yəqini olan şəxs surəni oxuyub rükuya yetişməzsə, onun camaat namazı səhihdir.
Məsələ 1427: İmam qiyamda ikən, mə`mum onun hansı rük`ətdə olduğunu bilməsə, ona iqtida edə bilər. Amma vacib ehtiyata görə imamın sonradan birinci və ya ikinci rük`ətdə olduğunu anlasa belə, qürbət (Allaha yaxınlıq) qəsdi ilə Həmd və surəni oxumalıdır.
Məsələ 1428: İmamın birinci və ya ikinci rük`ətdə olduğu zənni ilə Həmd və surəni oxumazsa və rükudan sonra üçüncü və ya dördüncü rük`ətdə olduğunu bilərsə, namazı səhihdir. Amma əgər rükudan qabaq bilərsə, Həmd və surəni oxumalı və əgər vaxt yoxdursa, 1423-cü məsələdə deyilən göstərişə əsasən əməl etməlidir.
Məsələ 1429: İmamın üçüncü və ya dördüncü rük`ətdə olduğunu hesab edərək Həmd və surəni oxumasa, belə ki, rükudan qabaq və ya sonra, birinci və ya ikinci rük`ətdə olduğunu bilərsə, namazı səhihdir. Əgər Həmd və surəni oxuduğu zaman bilərsə, onları tamamlaması lazım deyildir.
Məsələ 1430: Müstəhəbb bir namazı qılarkən, camaat namazı bərqərar olarsa, namazı tamamladıqda camaat namazına çatacağına əmin deyildirsə, müstəhəbb namazı tərk edib, hətta camaat namazının birinci rük`ətinə çatması üçün belə camaat namazına məşğul olması müstəhəbbdir.
Məsələ 1431: Əgər üç rük`ətli, yaxud dörd rük`ətli namazı qılan zaman camaat namazı bərqərar olsa, üçüncü rük`ətin rükusuna getməyibsə və namazı tamam qılıb camaata çatacağına arxayın deyilsə, müstəhəbbdir ki, müstəhəbbi namaz niyyəti ilə namazını iki rük`ətli qurtarsın və özünü camaat namazına çatdırsın.
Məsələ 1432: Əgər imam namazı bitiribsə və mə`mum təşəhhüdə, yaxud birinci salama məşğuldursa, niyyəti fərdi etmək lazım deyil.
Məsələ 1433: İmamdan bir rük`ət geriyə qalan bir şəxs, imam son rük`ətin təşəhhüdünü oxuyarkən, əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldıraraq, imam namazın salamını verincəyə qədər səbr edib, sonra qalxması daha yaxşıdır. Əgər bu halda münfərid qılmaq niyyəti etmək istəyərsə, bir maneəsi yoxdur.

İMAM CAMAATIN ŞƏRTLƏRİ
Məsələ 1434: İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düz qılan olsun. Əgər mə`mum kişidirsə, onun imamı da gərək kişi olsun. On yaşlı uşağa iqtida etməyin səhihliyi, yaxşı nəzər olsa da, işkalsız da deyil. Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi – əgər insan onun əksi barədə mə`lumatlı olmasa zahirdə yaxşı olmasıdır.
Məsələ 1435: Adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər.
Məsələ 1436: Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz.
Məsələ 1437: Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər. Amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda.
Məsələ 1438: Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Məsələ 1439: Əgər imamın sidiyin və ğaitin xaric olmasının qarşısını ala bilməmək kimi xəstəliyi varsa, ona iqtida etmək olar. Həmçinin istihazəsi olmayan bir qadın da istihazəli qadına iqtida edə bilər.
Məsələ 1440: Cüzam və xora xəstəliyi olan bir şəxsin imam olmaması daha yaxşıdır. Vacib ehtiyata əsasən, üzərinə şər`i hədd (cəza qanunu) icra edilən və sonradan tövbə edən bir şəxsə də iqtida edilməməlidir.

CAMAAT NAMAZININ HÖKMLƏRİ
Məsələ 1441: İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını tə`yin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər «hazırkı imama iqtida edirəm» deyə niyyət edərsə, namazı səhihdir.
Məsələ 1442: Mə`mum gərək Həmd və surədən başqa namazın bütün şeylərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun.
Məsələ 1443: Əgər mə`mum sübh, şam və xiftən namazının birinci və ikinci rük`ətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.
Məsələ 1444: Əgər mə`mum imamın Həmd və surəsinin bə`zi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.
Məsələ 1445: Mə`mum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.
Məsələ 1446: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir mə`mum Həmd və surəni oxuya bilər.
Məsələ 1447: Mə`mum zöhr və əsr namazının birinci və ikinci rük`ətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin.
Məsələ 1448: Mə`mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat müstəhəbb odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.
Məsələ 1449: Əgər mə`mum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.
Məsələ 1450: Mə`mumun təkbirətül-ehramdan başqa, digər şeyləri imamdan qabaq söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, imamdan qabaq deməməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1451: Mə`mum gərək namazda oxunan şeylərdən başqa sair işləri, məsələn; rüku və səcdələri imamla eyni vaxtda, ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, namazı səhihdir (1404–cü məsələdə qeyd olunduğu kimi).
Məsələ 1452: Əgər mə`mum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fərdi) namazı 1404-cü məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.
Məsələ 1453: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.
Məsələ 1454: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu mə`lum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.
Məsələ 1455: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən və ya imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.
Məsələ 1456: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.
Məsələ 1457: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması məhəlli-işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1458: Əgər mə`mum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1459: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Məsələ 1460: Əgər imam qunut olmayan rük`ətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rük`ətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, mə`mum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.

CAMAAT NAMAZINDA İMAM VƏ MƏ`MUMUN VƏZİFƏSİ
Məsələ 1461: Mə`mum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.
Məsələ 1462: Əgər imam və mə`mum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.
Məsələ 1463: Müstəhəbbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.
Məsələ 1464: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir.
Məsələ 1465: Müstəhəbbdir ki, mə`mumlar «Qəd-qamətis-səlat» deyiləndən sonra ayağa qalxsınlar.
Məsələ 1466: İmamın, halı zəif olan mə`mumları nəzərə alaraq, qunut, rüku və səcdələri uzatmaması müstəhəbbdir. Amma mə`mumların, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır.
Məsələ 1467: İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir.
Məsələ 1468: İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini başa düşsə belə, qalxması müstəhəbbdir.

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 1469: Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha dayanması məkruhdur.
Məsələ 1470: Mə`mumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur.
Məsələ 1471: Zöhr, əsr və xiftən namazlarını iki rük`ət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.

AYƏT NAMAZI
Məsələ 1472: Göstərişi sonradan deyiləcək ayət namazı üç şeyin vasitəsilə vacib olar.
1. Günəşin tutulması;
2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın tutulması.
3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ zamanı.
Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və s. kimi səma hadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, müstəhəbb ehtiyata əsasən, ayət namazı tərk olunmamalıdır.
Məsələ 1473: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.
Məsələ 1474: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların hamısı eyni səbəbdən onun boynuna vacib olmuş olsun (məsələn; üç dəfə günəş tutulsa və onların ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş olsunlar (məslən; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı qıldığını müəyyən etməsi vacib deyildir.
Məsələ 1475: Ayət namazı vacib olan şeylər harda baş versə və hiss olunsa, ancaq o yerin camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil.
Məsələ 1476: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. (Amma onların açılmağa başladıqları zamana qədər tə`xirə salınmaması yaxşıdır.) Lakin ayət namazının tamamlanması, günəş və ayın açılmasından sonraya qədər tə`xirə salına bilər.
Məsələ 1477: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər tə`xirə salarsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır.
Məsələ 1478: Əgər Günəşin, ya Ayın tutulmağının müddəti namazın bir rük`əti və ya ondan bir qədər az olsa, şəxsin qıldığı namaz ədadır. Həmçinin onların tutulma vaxtının çox olmasına baxmayaraq, insan namazı qılmasa və bir rük`ət və ya daha az qıla biləcək qədər bir müddət, onun vaxtının sonuna qalırsa da, hökm eynidir.
Məsələ 1479: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində tə`xirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər tə`xirə salarsa, onu sonradan əda və ya qəza niyyəti etmədən qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 1480: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının qəzası ona vacib deyildir.
Məsələ 1481: Bir qrup insan, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, belə ki, sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma bir miqdarı tutulubmuşsa, ayət namazı qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olması mə`lum olmasa və sonradan onların adil olduqları mə`lum olarsa, bu zaman şəxs ayət namazı qılmalıdır.
Məsələ 1482: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu, filan müddətə qədər çəkəcək» desələr və insan onların sözlərinə əmin olsa, gərək onların sözlərinə əsasən əməl etsin.
Məsələ 1483: Gün ya Ay tutulması üçün qılmış olduğu ayət namazının batil olduğunu bilən bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir.
Məsələ 1484: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əks halda, hansının vaxtı dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını qılsın.
Məsələ 1485: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar olduğunu bilərsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır.
Məsələ 1486: Əgər ayət namazının arasında gündəlik namazın vaxtının dar olmasını başa düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazını qılmağa məşğul olsun və namazı bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi yerdən qılsın.
Məsələ 1487: Əgər qadın heyz və nifas halında olsa, Günəş, ya Ay tutulsa və ya zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası da yoxdur.

AYƏT NAMAZININ QILINMA QAYDASI
Məsələ 1488: Ayət namazı iki rük`ətdir və hər rük`ətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
Məsələ 1489: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.
Məsələ 1490: Əgər şəxs ayət namazının bir rük`ətində beş dəfə Həmd və surə oxusa, o biri rük`ətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur.
Məsələ 1491: Gündəlik namazlarda vacib və ya müstəhəbb olan şeylər ayət namazında da vacib və ya müstəhəbbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil. Amma Gün və Ay tutulması istisna olmaqla sair işlər üçün ayət namazının camaatla qılınmasının məşruiyyəti sübut olunmayıb.
Məsələ 1492: Müstəhəbbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən həmidəh» demək müstəhəbbdir.
Məsələ 1493: İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut tutmaq müstəhəbbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir.
Məsələ 1494: Şəxs ayət namazını neçə rük`ət qıldığına şəkk edərsə və şəkkini aydınlaşdıra bilməsə, namazı batildir.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə