Kiçik Qafqazın iqlimi



Yüklə 248,49 Kb.
səhifə1/7
tarix08.10.2023
ölçüsü248,49 Kb.
#129860
  1   2   3   4   5   6   7
Sunu (72)

İqlimi

Mülayim və subtropik enliklərin təsiri altında formalaşır. Qafqazın qərb hissəsi çox yağıntı alır. Ən çox yağıntı Qafqazın Qara dənizə baxan yamacları alır. Batumi, Quqarın ən çox yağıntı alan ərazilərdir . Ən az yağıntını isə Qafqazın şərq bölgələri alır.

Kiçik Qafqazın iqlimi

Vilayətdə yarımsəhra və quru çöl iqlimindən başqa bütün iqlim tipləri mülayim-isti, dağ soyuq və dağ tundra iqlim tipləri mövcuddur. Kiçik Qafqazın dağətəyi və alçaq dağlığında qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq keçən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq, yüksək dağlığında isə dağ-tundra iqlimi hakimdir

Böyük Qafqazın İqlimi

Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur.

Torpaq örtüyü

Şaquli qurşaqlıq üzrə Qafqazın əsas torpaq tipləri dağ-çimli, dağ- çəmən, dağ-podzol, podzollaşmış qonur, qonur meşə, boz-meşə, qəhvəyi, boz-qəhvəyi, dağ-qara, rütubətli yerlərdə sarı və qırmızı torpaqlardır. Çimli dağ-çəmən torpaqlar alp çəmənlikləri altında formalaşmışlar. Bu torpaqla- «A» horizontunun qalınlığı 10-15 sm-dir. Rəngi tünd qəhvəyi olub, yarım torflaşmış şəkildədir. Keçid qat olan B/ horizontu qonur — qəhvəyi rəngdədir və qalınlığı 20 sm-dir. Bu torpaqlarda humus yüksək olub, 28%-ə çatır.

Dağ-çəmən torpaqlar subalp çəmənliklər üçün xarakterik torpaqlar­dır. Çürüntü qatının qalınlığı (A+B) çox deyil. Adətən bu qalınlıq 30-40 sm təşkil edir. Bəzən onun qalınlığı 60-70 sm-ə çatır. Rəngi boz-qəhvəyi və yaxud qonur-qara; yuxarı çürüntülü qat yarım torflaşmış halda rütubətlilik çox olan yerlərdə tam torflaşmışdır. Qaratorpağa bənzər torpaqlarda ana süxur əsasən karbonatlıdır. Dağ podzol torpaqlar iynəyarpaq meşələr altında əmələ gəlir. Qonur meşə torpaqlarının fısdıq meşələri altında «A» horizontunun qalınlığı 15-20 sm, qonur-qəhvəyi, qozvarı, çoxlu yağış qurdları var, keçid tədricidir. «B» horizontunun qalınlığı 60-80 sm (A+B=100 sm ə kimi), çox açıq, qonuru, qozvarı. «C» horizontu adətən karbonatlıdır.


Yüklə 248,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin