Könüllülük nədir və necə təşkil olunur?
Son zamanlarda ölkəmizdə könüllülük sahədə bəzi problemləri müşahidə olunur. Əksər hallarda kommerisiya qurumları gəncləri könüllü fəaliyyət adı ilə öz işlərinə cəlb edir. Qanunvericilik kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Bəs könüllü fəaliyyəti nədir? Hansı sahələrdə həyata keçirilə bilər?
Bu sahədə fəaliyyət “Könüllü fəaliyyət haqqında” qanunla tənzimlənir.
Könüllü fəaliyyət – qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ola bilər.
Dostları ilə paylaş: |