AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Qafarov Elçin Rafiq oğlu
Mövzu: “İctimai iaşə müəssisələrində istehsal və tədavül xərclərinin uçotunun və təhlilinin təkmilləşdirilməsi”
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: İİM – 060402 “Mühasibat uçotu və audit”
İxtisaslaşma: “Xidmət sferasında mühasibat uçotu”
Elmi rəhbər: prof. Q.Ə.Abbasov
Proqram rəhbəri: prof. Ə.İ.Daşdəmirov
Kafedra müdiri: prof. S.M.Səbzəliyev
BAKI – 2017
MÜNDƏRICAT
İşin ümumi xarakteristikası
|
3
|
Fəsil I.
|
İctimai iaşə və onun inkişafı problemləri
|
9
|
1.1.
|
İctimai iaşənin əsas iqtisadi göstəricisi olan iaşə xərclərinin təbiəti və mahiyyəti
|
9
|
1.2.
|
İaşə xərclərinin təsnifatı və strukturu
|
11
|
1.3.
|
İaşə xərclərinin tərkibi, səviyyəsi və onların formalaşmasına təsir edən amillər
|
14
|
Fəsil II.
|
İctimai iaşə xərclərinin uçotunun təşkili problemləri
|
18
|
2.1.
|
Məsrəflərin uçotu sistemləri
|
18
|
2.2.
|
İaşə məsrəflərinin uçotunun operativlik və analitiklikliyinin təşkilinin əsas meyarları
|
28
|
2.3.
|
İaşə məsrəflərinin analitik uçotu, onun sintetik uçotla əlaqəsi və tələb olunan səviyyəsinin ümumiləşdirilməsi
|
31
|
2.4
|
Mal qalığına düşən iaşə məsrəflərinin müəyyən edilməsi qaydası və uçotu
|
36
|
Fəsil III.
|
İctimai iaşə xərclərinin uçotunun və təhlilinin təkmilləşdirilməsi
|
39
|
3.1.
|
İaşə xərclərinin uçotunun təkmilləşdirilməsinə dair əsas müddalar
|
39
|
3.2.
|
İctimai iaşə məsrəflərinin təsnifartı üzrə uçotun “mühasibat uçotu haqqında” qanununun və vergi məcəlləsinin tələblərinə uyğun təkmilləşdirilməsi
|
43
|
3.3.
|
Yeni təsərrüfatçılıq şəraitində məsrəflərin uçotunun Beynəlxalq və milli uçot standartlarına uyğun təhlilinin təkmilləşdirilməsi
|
53
|
Nəticə və təkliflər
|
65
|
Ədəbiyyat siyahısı
|
69
|
İŞIN ÜMUMI XARAKTERISTIKASI
Giriş. Müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı müharibə şəraitinə və ağır iqtisadi-siyasi vəziyyətə baxmayaraq ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində həyata keçirilən geniş iqtisadi– siyasi islahatlar, iri regional layihələr və xüsusi dövlət proqramları sayəsində Azərbaycan keçid dövrünü müvəffəqiyyətlə başa vuraraq hal-hazırda regionda və dünyada bazar iqtisadiyyatı şəraitində yaşayan və sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafının əsas amillərindən biri kimi korporativ idarəetmənin əhəmiyyəti çox böyükdür. Magistr dissertasiyası kimi qələmə alınan mövcud iş ictimai iaşə müəssisələrinin iaşə xərclərinin uçotu haqqındadır. Dissertasiya işinin əsas məqsədi “müəssisələr necə investisiya qoyurlar və bunun üçün tələb olunan pulu necə istifadə edirlər?” kimi suallara cavab tapmaqdan ibarətdir. O, eyni zamanda maraqlananlara müəssisələrin və fərdlərin qarşılaşdıqları mühüm maliyyə məsələlərinin əksəriyyətinin həllində sistemli və məntiqi düşünmə üçün müəyyən çərçivə təklif edir.
Plan iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatı şəraitində maliyyə məsələləri vacib, maraqlı və diqqət tələb edən elmdir.
Ona görə vacibdir ki, bugünki investisiya qərarları 10, 20 və daha çox il müddətinə müəssisənin biznes fəaliyyətini müəyyən edə bilər. Həmçinin müəssisənin uğurlu və ya uğursuzluğu onun lazım olan kapitalı əldə edə bilmək qabiliyyətindən çox asılıdır.
Maraqlı olmasının səbəbləri çoxdur. Maliyyə qərarları çox vaxt böyük pul məbləğləri ilə əlaqədar olur. Böyük investisiya layihələri və ya satınalmalar bəzən milyardlarla manatın cəlb olunmasını nəzərdə tutur. Həmçinin, qloballaşan dünyada mahiyyət etibarilə beynəlxalq xarakter daşıyır və sürətli dəyişmələrə məruz qalmaqla yanaşı cinayətkar əməllərdən də uzaq deyildir.
Müəssisənin nəticələri – mənfəət və xərcləri həm də diqqət tələb edəndir. Sözü gedən göstəricilərə dair qərarlar, demək olar ki, heç vaxt qurtarmır və müəssisənin içərisində olduğu maliyyə bazarları sürətlə fəaliyyət göstərir və dəyişirlər. Bu fəaliyyət yaxşı təşkil olunmuş uçot vasitəsilə yerinə yetirilir. Yaxşı uçot eyni vaxtda həddən artıq proqramların öhdəsindən gəlməli olur, lakin hər uçot dəyişmələrə düzgün reaksiya verməyi bacarmır. Bunun üçün sadəcə qaydaları bilmək kifayət etmir, müəssisələrin və maliyyə bazarlarının davranışlarında baş verən dəyişikliklərin səbəbini anlamaq tələb olunur. Müəssisə və təşkilatlarda uçotun düzgün təşkilində qərarların qəbul edilməsi üçün müvafiq biliklərə malik olduqda çətin problemlərin həlli asanlaşır.
Dissertasiya işi ictimai iaşə xərcləri və onun nəticələri haqda biliklərin verilməsinə həsr olunub. Əlbəttə, burada ictimai iaşə xərcləri sahəsində ensiklopedik biliklərdən söhbət getmir. Magistrant Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu dövrdə və bu və ya digər müəssisə və təşkilatlarda işlərlə tanış olduqda müəyyən dövr ərzində qazanılan təcrübəyə əsaslanaraq maliyyə nəticələrinin əsas bölmələrinin şərhinə diqqət yetirmiş və çalışmışdır ki, yazdığı magistr dissertasiyasında elmi araşdırmalar aydın başa düşülən, faydalı və maraqlı etsin.
Problemin öyrənilmə səviyyəsi. Cəmiyyət – iaşənin nəzəriyyəsinin əsasını V.İ. Leninin quruculuqda – iaşənin rolu haqqındakı təlimi təşkil edir. V.İ. Lenin hələ 1921-ci ilin dekabırında göstərirdi ki, bizim indiyədək olan siyası və hərbi sahədəki xidmətlərimizlə fəxr etməyə haqqımız vardır. İqtisadi siyasətə gəldikdə isə indiki şəraitdə, labud və zəruri olan iqtisadi əlaqəni öyrənməyi tələb edən şəraitdə, öhdəmizə qoyulmuş iqtisadi xarakterli vəzifəni yerinə yetirə bilməkdir. Həmin əlaqə ticarət kimi fəaliyyət göstərən ictimai iaşə də ola bilər. Zənnimizcə, ictimai iaşə göstərdiyi xidmət münasibətlərini anlamaq, öyrənmək bizim vəzifəmizdir. Bu təlimin xüsusən inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyəti vardır.
Sözü gedən problem dövlətin mühasibat uçotu sahəsində tanınmış alimlərindən L.İ.Abalkin, N.Q.Çumaçenko, S.S.Sotabuldin, K.N.Naribayev, S.A.Stukov, V.İ.Valuyev, V.B.İvaşçeviç, R.S.Bezrukix, A.S.Marqulis, İ.İ.Poklad, M.X. İebrax, İ.A.Bosmanov və digərləri nəzəri və praktiki əhəmiyyət kəsb edən tədqiqatlar aparmış və müəyyən elmi fikirlər söyləmişlər.
Qeyd edilən problemlərin bəzi məqamlarının öyrənilməsinə azərbaycanlı alimlərdən Q.Ə.Abbasov, V.İ.İsayev, H.İ.Namazəliyev, S.M.Səbzəliyev, S.M.Qasımov, İ.B.Abbasov və başqaları diqqət yetirmişlər.
Lakin qeyd etmək lazımdır ki, hələlik ölkə səviyyəsində mühasibat uçotunun səviyyəsinin formalaşmasının nəzəri metodoloji və praktiki tərəfləri kompleks şəkildə araşdırılmamış və öyrənilməmişdir. Belə araşdırılma və tədqiqat işləri nə namizədlik nə də doktorluq dissertasiyalarının mövzusu olmamışdır.
Dissertasiya işinin əsas məqsədi bazar münasibətləri şəraitində iaşə müəssisələrində mühasibat uçotunun təşkili prinsiplərini hazırlamaqdan ibarətdir. İşdə qoyulmuş məqsədə müvafiq olaraq qarşıya aşağıdakı əsas istiqamətlərin tədqiq edilib həyata keçirilməsi durur:
-
bazar iqtisadiyyatı şəraitində ictimai iaşə xərclərinin uçotunun formalaşdırılmasının zəruriliyinin əsaslandırılması;
-
mühasibat uçotunun mahiyyətinin, onun uçot sistemində yerinin müəyyən edilməsi, həmin sistemin funksiyasının qarşılıqlı təsirinin təmin edilməsi;
-
bazar münasibətlərinin meydana gəlməsi şəraitində ictimai iaşə müəssisələri üçün mühasibat uçotunun metodoloji əsasının işlənməsi;
-
iaşə xərclərinin, məhsul buraxılışının və kənarlaşmalar üzrə nəticələrin idarəedilməsi sisteminin əsaslandırılması və ona dair konkret tədbirin görülməsi.
Tədqiqatın predmeti və obyekti Azərbaycan Respublikasında və dünya miqyasında mühasibat uçotunun əsas alt sistemi olan mühasibat uçotunun formalaşmasının nəzəri, və praktik problemlərinin araşdırılması, tədqiqatın predmeti hesab edilir.
Tədqiqatın obyekti kimi «Abşeron» restoranı hesab edilir. Tədqiqatı yerinə yetirmək üçün informasiya bazası Restoran və onun müəssisələrinin uçot və hesabat məlumatları, sahə eləcə də iqtisadi cəhətdən inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin müəssisələrində uçotun, iqtisadi təhlilin və nəzarətin təşkilinə dair qüvvədə olan materiallar olmuşdur.
Tədqiqatın nəzəri və praktiki əsasını ictimai iaşə müəssisələrində uçot və hesabatın, iqtisadi təhlilin və nəzarətin təşkilinə dair normativ sənədlər, idarəetmə sisteminin təkmilləşdirilməsinə, uçot, iqtisadi təhlil və nəzarətin idarəetmə funksiyasının inkişafına dair ölkə və xarici iqtisadçıların eləcə də digər xüsusi ədəbiyyat mənbələri təşkil edir.
Yerinə yetirilən işin elmi yeniliyi bazar iqtisadiyyatının fəaliyyət göstərdiyi şəraitdə ictimai iaşə müəssisələrində uçotun təşkili və istiqamətləri üzrə verilmiş təkliflər, formalaşdırılmış tövsiyələr hesab edilir. Aparılmış tədqiqat nəticəsində aşağıdakı elmi nəticələr alınmışdır:
-
iaşə xərclərinin uçotunun bazar iqtisadiyyatının və beynəlxalq standartların tələblərinə cavab verən yeni istiqamətlərin zəruriliyinin əsaslandırılması;
-
bazar münasibətləri şəraitində uçotun mahiyyəti və onun əhəmiyyətının açıqlanması;
-
ümumi (maliyyə) bölgüsü şəraitində mühasibat aparatının təşkilinin müəyyənləşdirilməsi;
-
uçot və hesabatın qaydaya salınmasının təmin edilməsi üzrə təkliflərin formalaşdırılması;
-
mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş uçot prosesinin əlaqələndirilməsi, onun optimallaşdırılmasına nail olunması üzrə tövsiyə işlənməsi;
-
ümumi mühasibatlıq nəzərə alınmaqla mühasibat uçotunun hesablar planının, qarşılıqlı əlaqə variantının işlənməsi və istifadəsinə dair təklif verilməsi;
-
uçotun operativliyini və analitikliyini təmin etmək üçün uçot sistemin “İstehsal-Məhsul buraxılışı-Nəticə” modelindən istifadə edilməsi.
Aparılmış tədqiqatın praktiki əhəmiyyəti bazar münasibətləri üçün zəruri sayılan əmtəə material ehtiyatlarının optimal təminatına, müəssisənin istehsal resurslarının səmərəli istifadəsinə, bütövlükdə müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin düzgün qiymətləndirilməsinə, ayrı–ayrı məhsul növlərinin qiymətinin və onların rentabelliyinin düzgün müəyyən edilməsinə yönəldilən mühasibat uçotunun təşkilinə dair tövsiyələr hazırlanması və i.a. - dan ibarətdir.
İşin həcmi və strukturu. Girişdən, üç fəsildən, nəticədən, istifadə olunmuş ədəbiyyat siyahısından, əlavələrdən ibarətdir. Dissertasiya işinin həcmi 70 kompüterdən çıxmış səhifə 9 cədvəl təşkil edir.
Dissertasiyanın nəticə bölməsində çıxarılan əsas nəticələr geniş şərh edilmiş və aparılmış tədqiqatın nəticəsi üzrə mühasibat uçotuna və təhlilinə dair 6 əsaslandırılmış təkliflər verilmişdir.
Dissertasiya işi 3 fəsildən ibarətdir.
Girişdə tədqiqat mövzusunun aktuallığı, onun məqsəd və vəzifələri formalaşdırılmışdır.
Birinci fəsil ictimai iaşə və onun inkişaf problemlərinə həsr olunur. Burada ictimai iaşə xərclərinin mahiyyətinin açıqlanmasına, müəssisənin idarə olunmasının təşkilati strukturunda iaşə xərclərinin rolu və funksiyalarına, müəssisənin və onun xərclərinin əsas məqsədinin izahına, müəssisəninn fəaliyyətində iştirak edən müxtəlif şəxslərin maraqlarının nəzərə alınmasına və maliyyə nəticələrinin konseptual əsaslarına həsr olunmuşdur.
İkinci fəsildə yeni təsərrüfatçılıq – ictimai iaşə xərclərinin uçotunun və onların təşkili problemləri məsələlərindən bəhs edilir. Burada əsasən uçotun operativliyindən və analitikliyindən söhbət açılır. Ən əsası, həmin göstəricinin analitik uçotunun təşkili, onun sintetik uçotla əlaqəsi, müasir şəraitdə uçotun və təhlilin təkmilləşdirilməsi araşdırılır.
Üçüncü fəsil ictimai iaşə xərclərinin uçotunun təkmilləşdirilməsi problemlərini əhatə edir.
Mövzu üzrə verilmiş nəzəri biliklər şərti və təcrübəvi misallar vasitəsilə möhkəmləndirilmiş və hər fəslin sonunda praktiki məsələlər üçün çoxlu sayda sual və çalışmalar təqdim edilmişdir.
Dissertasiyanın nəticə bölməsində çıxarılan əsas nəticələr geniş şərh edilmiş və aparılmış tədqiqatın nəticəsi üzrə mühasibat uçotuna və təhlilinə dair 6 əsaslandırılmış təkliflər verilmişdir.
I FƏSİL. İCTİMAİ İAŞƏ VƏ ONUN İNKİŞAFI PROBLEMLƏRİ
-
İctimai iaşənin əsas iqtisadi göstəricisi olan iaşə хəрclərinin
təbiəti və mahiyyəti
Malların son istehlakçıya çatdırılması müəyyən miqdarda canlı və əşyalaşmış əmək məsrəfləri tələb edir. Bunlar işçi və qulluqçuların əməyinin ödənilməsi, malların nəql edilməsi, saxlanılması, onların satışa hazırlanması, satınalınmasının təşkili və realizə edilməsi, iaşə firmaları və müəssisələrinin idarə edilməsi, kargüzarlığın və uçotun aparılması, habelə bir çox sair məsrəflərlə şərtlənir. Şəxsi istehlak şeyləri bazarında bu məsrəflər əsasən, topdansatış və pərakəndəsatış firmalarının (müəssisələrinin) əlavələri, üstəlikləri, (bəzi hallarda isə iaşə güzəştləri) hesabına, istehsal vəsaitləri bazarlarında topdansatış üstəlikləri hesabına ödəilir. Kənd təsərrüfatı məhsullarının realizasiyası üzrə xərclər fermer və kəndli təsərrüfatları məhsullarının satışı üzrə məsrəflər isə onların qiymət üstəlikləri hesabına ödənilir. Beləliklə, iaşə xərcləri dedikdə malların istehsaldan son istehlakçılara çatdırılmasıyla bağlı canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsi deməkdir.
Məmləkətin xalq təsərrüfatı məkanında tədavül xərcləri ümumən ictimai-zərəri məsrəflər kimi çıxış edir. Bu cür məsrəflərə malların realizasiyası və istehlakçılara çatdırılması, alqı-satqı proseslərinin ictimai-normal şəraitdə işçilərin əmək intensivliyinin, orta səviyyəsi, ticarət qayda və adətlərinə o cümlədən ticarət xidmətləri keyfiyyətlərinin öncədən müəyyən edilmiş tələblərinə riayət edilməsi şəraitində baş verən xərclər aiddir. Göründüyü kimi, iaşə xərclərinin heç də hamısını ictimai-zəruri xərclərə aid etmək olmur. Bu tipli məsrəflərə təsərrüfatsızlıq nəticəsində baş verən məsrəflər və itkilər, debitor borclarının vaxtında ödənilməsi səbəbindən əmələ gələn itkilər, təsərrüfat müqavilələrinin vaxtındayerinə yetirilməsi nəticəsində ödənilən cərimələr və bu kimi sair xərcləri göstərmək olar.
Qeyd etmək lazımdır ki, iqtisadi mahiyyətinə görə iaşə dairəsində ictimai əmək sərfi, onun dəyərinin və izafi dəyərin yaradılmasında iştrakı ilə bağlı iaşə xərcləri iki qrupa ayrılır: əlavə xərclər və xalis xərclər. Bu cür təsnifat K.Marksın təlimindən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində də öz varlığını saxlayır. Əlbətdə bunun müasir sahibkarlar üçün heç bir əhəmiyyəti yoxdur. Lakin elmi baxımdan bunu nəzərdən qaçırmaq olmaz.
Əlavə iaşə xərclərinə iaşə dairəsində istehsalın davamı ilə əlaqədar olan məsrəflər, o cümlədən nəqliyyat xərcləri; malların ehtiyat formasında saxlanılması, yenidən işlənməsi, çeşidlənməsi, qablaşdırılması və bu kimi sair məsrəflər aiddir. Bu məsrəflər məhsulun dəyərinə daxil olur və həmin proseslərlə məşğul olan işçilərin əməyilə ödənilir.
Xalis iaşə xərcləri isə ancaq dəyərlərin formasının dəyişilməsi ilə, yəni məhsulun mal formasından pul formasına və pul formasından mal formasına keçməsi prosesi ilə bağlıdır. Buraya bilavasitə malların satışı, pul tədavülü, uçotun aparılması, dəyərin dəyişməsi prosesi ilə məşğul olan işçilərin əmək haqqı (əməyin ödənilməsi) və bu kimi sair əməliyyatların həyata keçirilməsi ilə bağlı olan məsrəflər daxildir. Bu məsrəflər heç bir dəyər yaratmır, dəyər formalarının dəyişilməsini təmin edir.
Təcrübədə xərclərin bu kimi növünü qəti surətdə bir-birindən ayırmaq qeyri-mümkündür. Bu bir sıra çətinliklərlə bağlıdır. Lakin elmin gücü hesabına bu fərqlərin müəyyənləşdirilməsi mümkündür. Məsələn, müəyyən edilmişdir ki, postsovetlər dövründə cəmi iaşə xərclərinin 72 faizi “xalis iaşə xərcləri”nin, 28 faizi isə “əlavə iaşə xərcləri”nin payına düşürdü. Müasir dövrdə məmləkətdə malların öncədən istehsalda çəkilib-bükülməsi qablaşdırılması və idxalatın genişləndirilməsi, ticarət mədəniyyətinin yüksəlməsi və sair tədbirlər
nəticəsində bu nisbət bir qədər xalis xərclərin xeyrinə dəyişmişdir.
İaşə xərclərinin əlavə və xalis məsrəflərə bölünməsi maddi istehsalın və ticarətin hüdudlarını daha dəqiq müəyyənləşdirilməsinə, ümumi ictimai məhsulun və milli gəlirin həcmini daha düzgün hesablamağa, ticarətin inkişafı prosesini dərin
başa düşməyə və onun məqsədyönlü idarə edilməsinə, vəsaitlərdən istifadəyə ağılla qənaət etməyə imkan verir.
Bununla belə, təcrübi həyatda və planlaşdırma işlərində əlavə xərclər heç də xalis xərclərdən fərqləndirilmir. Elə buna görə də bu cür bölgü təcrübədə şərti olaraq qəbul olunur. Elmi baxımdan isə onun əhəmiyyəti heç də az deyil.
Yuxarıda qeyd edildiyi kimi, əlavə və xalis xərclər arasında nisbətlər sabit deyil. Elmi-texniki tərəqqinin fasiləsiz inkişafı, ictimai əmək bölgüsünün dərinləşməsi ilə malların tam hazır formada istehlakçılara çatdırılmasında istehsal
müəssisələrinin rolu daha da artır. Bununla bağlı ticarətdə “əlavə xərclərin” payı artır və nisbi olaraq xalis xərclər azalır.
1.2. İaşə хəрclərinin təsnifatı və strukturu
İaşə xərcləri üzrə məsrəflər iqtisadi əlamətlərinə görə aşağıdakı beş qrup üzrə təsnifləşdirilir:
-
Əməyin maddi və mənəvi ödənilməsi üzrə məsrəflər.
-
Digər təsərrüfat sahələrinin ticarət fəaliyyətinə göstərdiyi xidmətlər üzrə məsrəflər (kommunal təsərrüfatı, nəqliyyat təsərrüfatı, bank sistemi, rabitə təsərrüfatı və i.a.).
-
Ticarət prosesində istehlak olunan (istifadə edilən) maddi vəsaitlərin o, cümlədən əsas kapitalın (binaların, avadanlığın və s.), habelə hər cür əmək alətlərinin amortizasiyası, qablaşdırma materiallarının dəyəri, enerji daşıyıcıları (elektrik enerjisi, yanacaq və s.) üzrə maddi itkilər və i.a.
-
Malların yüklənib daşınması, saxlanılması və satışı prosesində baş verən itkilər.
-
Sair məsrəflər.
İaşə xərclərinin idarə o lunması (təhlili, planlaşdırılması və i.a.) işini sistemləşdirmək məqsədilə həmin iriləşdirilmiş təsnifat qruplarının hər biri müxtəlif xərc maddələrinə ayrılır. Bu maddələrin məcmuyu iaşə xərclərinin maddələr nomenklaturunu (ümumi siyahısını) təşkil edir. Ticarət müəssisələri, firmaları (təşkilatları) üçün 15 maddədən ibarət olan xərc maddələrinin siyahısı (nomenklaturu) aşağıdakıları əhatə edir:
-
əməyin ödənilməsi üzrə məsrəflər;
-
malların nəql edilməsi xərcləri;
-
əsas kapitalın (əsas fondların) icarə edilməsi və saxlanılması üzrə xərclər;
-
əsas kapitalın və qeyri-material aktivlərinin tam bərpası üçün amortizasiya ayırmaları;
-
əsaslı təmir üçün amortizasiya ayırmaları və əsas kapitalın cari təmiri üzrə xərclər;
-
azqiymətli və tezaşılanan əşyaların saxlanılması və aşınılması;
-
istehsal ehtiyacları üçün yanacaq, qaz və elektrik enerjisi xərcləri;
-
malların saxlanması, çeşidlənməsi, işlənməsi, qablaşdırılması üçün xərclər;
-
reklam xərcləri;
-
kredit üzrə faizlər;
-
daşınması, saxlanması və satışı zamanı “təbii itkilər” norması daxilində mal itkiləri;
-
tara üzrə xərclər;
-
sosial tədbirlər üzrə ayırmalar;
-
əmlakın sığorta olunması üzrə xərclər;
-
sair xərclər.
Hökm deyil ki, ticarət firmalarının, müəssisələrinin hamısı, həmin siyahıda göstərilən bütün maddələr üzrə öz məcmu xərclərinin uçotunu aparsın, planlaşdırsın. Hər bir müəssisə (firma) öz istəyi və imkanına görə həmin maddələrin bəzisini digəri ilə planlaşdıra bilər.
İaşə xərclərinin strukturu dedikdə həmin xərclərin ümumi həcmdə ayrı-ayrı xərc maddələrinin payı (faiz hesabı ilə xüsusi çəkisi) başa düşülür. Xərclərin iqtisadi təhlilində və planlaşdırılmasında onların strukturundan istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İaşə xərcləri strukturunun sxemi aşağıda verilir (8-ci şəkil).
Xərc maddələrinin adı
|
Xərclərin Xərclərin məbləği
|
Mal dövriyyəsi Mal dövriyyəsinə
nisbətən %- lə
|
Mal dövriyyəsinin həcmi – cəmi
İaşə xərcləri – cəmi
O cümlədən:
Əməyin ödənilməsi üzrə xərclər.
Malların nəql edilməsi xərcləri. və i.a.
|
---
---
---
---
|
--
100
--
--
|
8-ci şəkil. İaşə xərclərinin strukturunun sxemi
Hər bir xərc maddəsinin xüsusi çəkisini (məcmu xərclərin ümumi məbləğdə payını) hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
T =
burada T- hər bir xərc maddəsinin həmin xərclərin ümumi məbləğində payı; X - hər bir xərc maddəsinin məbləği, X- iaşə xərclərinin ümumi məbləğidir.
Misal. Fərz edək ki, malların nəql edilməsi üzrə xərclər 119,5 mln. man., cəmi iaşə xərcləri isə 1250 mln. man. nəzərdə tutulmuşdur. Bu halda ümumi xərclərin tərkibində nəqliyyat xərclərinin xüsusi çəkisi 9,6 % təşkil edəcəkdir.
1.3. İaşə хəрclərinin tərkibi, səviyyəsi və onların formalaşmasına təsir edən amillər
Yuxarıda deyildiyi kimi ticarət müəssisələrinin (firmasının) fəaliyyəti müxtəlif və bir-birindən fərqli əmək, maddi və maliyyə məsrəflərindən ibarətdir. Öz xarakterinə görə həmin xərclər iki əsas növə ayrılır: cari və uzunmüddətli məsrəflər (investisiyalar). Bunlardan cari məsrəflər müəssisənin (firmanın) təsərrüfat fəaliyyəti prosesində faktiki vəzifələrin (xərc maddələri siyahısında göstərilən məsrəflərin) həll edilməsilə, uzunmüddətli məsrəflər (investisiya) isə müəssisənin (firmanın) strateji vəzifələrinin, o cümlədən yeni ticarət binaların tikilməsi, yeni avadanlığın satınalınması, müxtəlif qeyri-material aktivlərinin (lisenziyalar, patentlər və s.) əldə edilməsi, qiymətli kağızlar ehtiyatının yaradılması, formalaşması və bu kimi sair vəzifələrlə əlaqədar məsrəflər aiddir.
Bu ticarətin təsərrüfat fəaliyyətinin mühüm iqtisadi göstəricilərindən biridir. Onun vasitəsilə ticarət fəaliyyətində xərc tutumu, xərc verimi və iaşə xərclərinin rentabelliyi müəyyənləşdirilir.
Ümumiyyətlə, iaşə xərclərinin səviyyəsi aşağıdakı düsturla hesablanır.
Ts =
burada Md – mal dövriyyəsinin həcmi, Tx – iaşə xərclərinin məbləğidir.
Bu göstərici məcmu iaşə xərclərinin və ayrılıqda hər bir xərc növünün məcmu mal dövriyyəsinə nisbətini göstərir.
İaşə xərcləri həm də effektivlik göstəricisidir. Bu baxımdan o, üç göstərici ilə ifadə olunur: xərctutumu, xərcverimi və xərclərin rentabelliyi.
Dostları ilə paylaş: |