9.5. W iM AX texnologiyası barədə ümumi məlumat
Mövcud naqilli rəqəm rabitə veriliş
sistemləri yüksək-sü-
rətli genişzolaqlı daxilolmanın artan tələbatlarını tam ödəyə
bilmirlər. Onların əsas çatışmayan cəhətləri: qurulma müddət
lərinin çox olması, genişləndirilmə imkanlarının mürəkkəb ol
ması, xərclərin yüksək olması və “sonuncu mil” probleminin
olmasıdır. Bu problemlərdən ən vacibi “sonuncu m il” problem
hesab olunur. Yüksəksürətli rəqəmli birləşdirici DSL (Digital
Subscriber Line) xətləri bu problemi aradan qaldıra bilmir.
WiMAX texnologiyası bu problemi qısa
müddət ərzində həll
etməyə imkan verir, çünki bu texnologiya binalara birləşdirici
xətlər çəkilməsini tələb etmir. Şəhər üzrə baza stansiyalarının
qurulması daha münasibdir. Hər bir baza stansiyası
nümunəvi
variantda radius 6 - 8 km olan zonanı
örtməyə imkan verir
(hətta 30 - 50 km radius variantı da mümkündür). Bu zonada
hər bir BS “nöqtə - çoxnöqtə” sxemi üzrə, istifadəçilərin tele
kommunikasiya avadanlığı yerləşdirilmiş binalara siqnalı
ötür-
mək/qəbul etmək xüsusiyyətinə malik olur. Bu binalarda qəbul-
edici-ötürücü antenalar quraşdırılır ki, bu antenalara müştəri
lərin stansiyaları SS (Subscriber Station) qoşulur. Ethernet, İP,
DECT, E l (T l) üzrə istifadəçi avadanlıqları
binamn daxilində
SS-ə qoşulur. Ona həmçinin İEEE802.11 standartını dəstəklə
yən avadanlıqlar da qoşulur. Baza stansiyaları elektrorabitə şə
bəkələri vasitəsilə milli, beynəlxalq və internet-şəbəkələrinə
çıxış əldə edirlər.
WiMAX - bu yüksək servis keyfiyyətinə malik olan ope
rator sinifli texnologiyadır. Multiservislik,
tezliklərin səlist
548
paylanılması, müxtəlif növ trafıklərə prioritetlərin (üstünlük
dərəcəsi) verilməsi, müxtəlif səviyyəli keyfiyyət (QoS) təmin
edə bilmək imkanı, İP, TDM E l/T l interfeyslərini dəstəkləyə
bilmək kimi xüsusiyyətlərə malikdir.
Bu texnologiya paralel
olaraq səsi ötürməyə, multimedia informasiyasını və rəqəm
verilənlərini bir rabitə kanalı ilə ötürməyə imkan verir. Ən
vacib üstünlüyü isə rabitə ərazisini az bir vaxt ərzində geniş
ləndirmək və tutumu çoxalda bilmək imkanının olmasıdır. Bu
rada tətbiq olunan BS-lər hündürlüyü yüksək olan qüllələr tələb
etmir, onların antenalarını hündür binalarda və yaxud hün
dürlüyü 50 metr tərtibində olan mövcud qüllələrdə quraşdırmaq
mümkündür.
Elə bir layihə də mövcuddur ki, BS-nı aerostatda
qeyd olunmuş vəziyyətdə yerləşdirmək də mümkündür və bu