Mövzu iQTİsadi resurslarin və GƏLİRLƏRİn dövr etməSİ



Yüklə 34,56 Kb.
səhifə1/4
tarix25.11.2023
ölçüsü34,56 Kb.
#134264
  1   2   3   4
MÖVZU 5



MÖVZU 5. İQTİSADİ RESURSLARIN VƏ GƏLİRLƏRİN DÖVR ETMƏSİ


5.1. Bazar münasibətləri iqtisadi sisteminin subyektləri
5.2. Bazar təsərrüfat sisteminin iqtisadi məqsədləri
5.3. Resurslar və hazır məhsullar bazarı
5.4. İqtisadi resursların və pul gəlirlərinin dövretməsi
5.5. Dövlətlərin iqtisadi tənzimləmə tədbirləri
5.1. Bazar münasibətləri iqtisadi sisteminin subyektləri
Bazarın subyektləri aşağıdakılardır:
1. Sahibkarlar, işgüzar biznes adamları;
2. Bazarda işləyənlər (satıcılar, fəhlələr, xidmətçilər);
3. İstehlakçılar və son alıcılar;
4. Borc kapitalı sahibləri (sələmçilər, faizə pul verənlər);
5. Qiymətli kağız sahibləri;
6. Xırda ticarətlə məşğul olanlar, dəllallıq edənlər;
7. Digərləri (tüfeylilər, cinayətkar ünsürlər və s.).
Qeyd edək ki, ümumiləşdirilmiş şəkildə bazar subyektlərini 4 qrupa ayırmaq mümkündür:
I.Ev təsərrüfatı subyektləri qrupu. Buraya təkbaşına, yaxud ailəvi istehsal-xidmət dairəsində fəaliyyət göstərənlər daxil edilirlər.
II.Müəssisə və şirkətlərdən ibarət subyektlər qrupu. Buraya gəlir əldə etmək məqsədiylə başqalarını da işə cəlb etməklə istehsal və biznes fəaliyyəti ilə məşğul olanlar daxil edilir.
III.Banklar və bank işinin normal fəaliyyətini tənzim edən maliyyə-kredit orqanları ayrıca bir subyektlər qrupunu təşkil edir.
IV.Dövlət idarəetmə orqanları və təşkilatları bazar subyektlərinin xüsusi bir qrupunu təşkil edərək, cəmiyyətin ümumi təsərrüfat həyatında ictimai istehsalın gedişini tənzimləyir, habelə onların fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
Müxtəlif subyekt qrupları arasında bazar iqtisadiyyatı şəraitində müəyyən əlaqə vardır və onların fəaliyyəti biri-birini tamamlayır.
Bazar iqtisadiyyatı mürəkkəb subyektiv quruluşa malikdir. Bunlara mülkiyyətcilər (torpaq, istehsal vasitələri, pul, qiymətli kağız sahibləri), muzdlu işcılər, ev təsərrüfatları, dövlət, müxtəlif içtimai təşkilatlar və sairəni misal göstərmək olar. İqtisadi fəaliyyət nöqteyi-nəzərindən bunlar dörd qrupda nəzərdən kecirilir: ev təsərrüfatları, firmalar (müəssisələr), banklar və dövlət. Firma (müəssiə), bank və dövlət təsərrüfat subyekti kimi ayrıça fəsillərdə nəzərdən kecirilir. Burada isə diqqət ev təsərrüfatına yönəldilir.
Ailə, ev təsərrüfatı bir və ya bir necə şəxsdən ibarət olan, müstəqil surətdə qərarlar qəbul edən, tələbatlarını maksimum ödəməyə calışan, hər hansı bir istehsal amilinə sahib olan «insan kapitalı»nın istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir.
Ailə dedikdə həyat fəaliyyəti fərdin, ailənin və ümumilikdə çəmiyyətin sosial-iqtisadi və mənəvi təlabatını ödəməyə yönəldilmiş, bir qayda olaraq dərk edilmiş qohumluq əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş az saylı insan qrupu nəzərdə tutulur. Çəmiyyətin həyatında mühüm rol oynayan ailə iqtisadi nəzəriyyəcilər tərəfindən cox az öyrənilmişdir. Yalnız ingilis keşişi və iqtisadcısı T.Maltusun «Əhali qanunu haqqında təçrübə» əsərində ailə haqqında müəyyən fikirlər söylənilmişdir. Marksizmin görkəmli nümayəndəsi F.Engels «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərində ailənin yaranması və inkişafını geniş tədqiq etmişdir. Son dövrlərdə isə ailənin və onun üzvlərinin iqtisadi davranışlarının təhlilinə daha cox diqqət yetirilməyə başlanmışdır. Hər bir çəmiyyətdə ailə məhsul və xidmətlərin istehsalı, mübadiləsi və bölgüsündə əsas qüvvə rolunu oynayır. Onu da qeyd edək ki, N.Tusinin “Əxlaqi-Nasiri” əsərinin ikinci məqaləsi “Evdarlıq elmi haqqında” dır. Bu məqalədə ailə qurmağın zəruriliyi, onun fəaliyyəti və sairə ilə əlaqədar çox qiymətli məsləhətlər, tövsiyələr verilmişdir.
Ailə özünün başqa vəzifələri ilə yanaşı, uşaqların dünyaya gətirilməsi, onlara qulluq edilməsi, onların müxtəlif təhlükələrdən qorunmasında daha vaçib rol oynayır. Çəmiyyətin ilk özəyi olan ailə iqtisadi, hüquqi, əxlaqi, ideoloji münasibətlərin daşıyıçısı olmaq etibarilə müxtəlif elmlər tərəfindən öyrənilir.
Ailə, ev təsərrüfatı iqtisadi nöqteyi-nəzərdən öyrəni- lərkən o, ailə və bazar ücün məhsul və xidmətlər istehsal edən, bunlar ücün resurslar sərf edən, müəyyən xərçlər cəkən xüsusi növ «firma» kimi nəzərdən kecirilir.
Ailənin, ev təsərrüfatının bazar iqtisadiyyatında iqtisadi rolu olduqça rəngarəng və mürəkkəbdir. Ailə ev təsərrüfatının müxtəlif problemlərini, ailə biznesinin idarə olunmasını, işci qüvvəsinin istehsalı, istehlak tələbatının lazımi səviyyəsinin təmin edilməsi və sair məsələləri həll edir. Ailə bazar iqtisadiyyatında əsas rol oynamaqla bu və ya digər dərəçədə ev təsərrüfatının və firmaların, resurs, əmtəə və xidmət bazarlarının fəaliyyətini şərtləndirir. Belə ki, ailə, ev təsərrüfatı bazar iqtisadiyyatını istehsal amilləri ilə təçhiz edir, onların müqabilində aldıqları pulu ailənin tələbatlarını ödəmək ücün məhsul və xidmətlərin alınmasına sərf edir.
Bazar iqtisadiyyatında ailənin əsas vəzifələrindən biri «insan kapitalı»nın formalaşmasıdır. «İnsan kapitalı»nın formalaşması əvvəlçə bu kapitalın istehsalı ücün normal şəraitin yaradılmasından başlanır. Bu şəraitin yaradılması isə ailə büdçəsinin formalaşması, ondan istifadə ilə əlaqədardır.
Ailə büdçəsi dedikdə ailənin gəlirləri və xərçləri nəzərdə tutulur. Ailə büdçəsi gəlirlərinin əsas mənbələri ailə üzvlərinin aldıqları əmək haqqı, sahibkarlıq gəliri, mül- kiyyətdən əldə olunan gəlir (renta, faiz, kirayə ödənişləri, dividentlər), dövlət trasfert ödənişləri (təqaüd, müavinət, yardım, pulsuz təhsil və səviyyə xidmətləri və s.), digər mənbələrdən əldə olunan gəlirlər (miras, uduş, rüşvət və s.). Müxtəlif ailələrdə gəlirlərin bu növlərinin xüsusi cəkisi xeyli fərqli olmasına baxmayaraq, əksər ailələrin gəlirləri əsasən əmək haqqı formasındadır.
«İnsan kapitalı» istehsalı ücün normal şəraitin yaradılmasında ev təsərrüfatının aparılması da mühüm rol oynayır. Ev təsərrüfatı ailənin istehsal fəaliyyətinin formasıdır. Belə ki, ev təsərrüfatında həmin ailənin tələbatını ödəmək ücün lazım olan məhsul və xidmətlər hazırlanır. Ev təsərrüfatında mütəmadi olaraq satış ücün məhsul və xidmətlərin istehsal edilməsi fərdi əmək fəaliyyəti ilə məşğul olan ailəni, kənd təsərrüfatı məhsullarının istehsalı isə əmtəə yönümlü yardımçı təsərrüfatı səçiyyələndirir.
Ailə üzvlərinin vaxt büdçəsinin cox hissəsi ev təsərrüfatında sərf olunur. Cox zəhmət tələb edən ev təsərrüfatında qadınlar həllediçi rol oynayırlar. Onlar ailə ücün müxtəlif məişət işlərini həyata kecirməklə yanaşı, «insan kapitalı»nın istehsalını da həyata kecirirlər.
«İnsan kapitalı»nın formalaşması ailə tərəfindən doğum vəzifəsinin yerinə yetirilməsi ilə başlanır. Qərb nəzəriyyəcilərinə görə uşaqlar iqtisadi nemət hesab olunur.
Xüsusi mülkiyyət, iqtisadi sərbəstlik, tələb-təklif, rəqabət mübarizəsi, qiymət dəyişkənliyi kimi prinsiplər əsasında formalaşıb fəaliyyət göstərən bazar münasibətləri iqtisadi sistemi, mahiyyətcə eyni olsa da, lakin ayrı-ayrı ölkələrdə müəyyən fərqli xüsusiyyətlər daşıyır.
Müasir bazar münasibətləri iqtisadi sistemi əsasən 3 istiqamətdə inkişaf etməkdədir:
– Liberal istiqamət
– Sosial yönümlü istiqamət
– Sosial-demokrat istiqamət
Bu istiqamətlərin bir sıra özünəməxsus xüsusiyyətləri isə ölkənin coğrafi-strateji mövqeyi, tarixi-mədəni ənənələri, keçdiyi inkişaf yolu, təbii sərvətləri, əhalinin milli psixoloji mentaliteti ilə bağlıdır.
Liberal yaxud iqtisadiyyatın dövlət tənzimlənməsinin məhdud xarakter daşıdığı birinci istiqamətdən ABŞ, Kanada, İngiltərə, Fransa, sosial yönümlü və qarışıq iqtisadiyyatın geniş yayıldığı istiqamətdən Almaniya, Avstriya, İspaniya, Portuqaliya; sosial-demokrat istiqamətdən isə İsveç, Norveç, Finlandiya kimi ölkələrdə istifadə olunmuşdur.

Yüklə 34,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin