Mövzu Marketinq konsepsiyasını təkamülü



Yüklə 18,19 Kb.
səhifə1/2
tarix04.05.2023
ölçüsü18,19 Kb.
#126341
  1   2
Mövzu 2


Mövzu 2. Marketinq konsepsiyasını təkamülü.


  1. Marketinqin inkişaf konsepsiyaları – istehsalın təkmilləşdirilməsi, əmtəələrin təkmilləşdirilməsi, kommersiya amillərinin intensivləşdirilməsi, istehlakçının marketinqi, sosial – etik marketinq.

  2. Marketinqin formaları.

  3. Marketinq sisteminin məqsədi.

  4. Marketinqin funksiyaları.

  5. Marketinqin vəzifələri.

  6. Marketinqin əsas prinsipləri.

    1. Marketinq inkişaf konsepsiyası bazarın tələbatına istiqamətləndirilmiş istehsal – satış və ticarət fəaliyyətinin idarə edilməsinin nəqsədi, prinsipləri və metodları sistemidir. Müasir marketinq konsepsiyası yeni şəraitdə və bazarın indiki vəziyyətində müəssisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Müasir marketinq konsepsiyasının əsası - yeni və daha mütərəqqi məhsullar istehsalının təşkili pirinsipidir. Elə növ məhsullar elə həcmdə istehsal edilməlidir ki, onlar bazarda yaxşı satılsın. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, sahibkar öz marketinq fəaliyyətlərini 5 əsas konsepsiya əsasında qurulur.

  1. İstehsalın təkmilləşdirilməsi.

  2. Əmtəələrin təkmilləşdirilməsi.

  3. Kommersiya amillərinin gücləndirilməsi.

  4. İstehlakçı ( bazar) .

  5. Sosial – etik.

İstehsalın təşkilləşdirilməsi konsepsiyası. İstehsalçıların əllərində rəhbər tutduqları və geniş istifadə etdikləri ən köhnə yanaşma metodlarından biri hesab edilir. Bu konsepsiya sübut edir ki, istehlakçılar geniş yayılmış əlverişli və münasib qiyməti olan məhsullara qarşı xeyirxah olacaq. Odur ki, müəssisə rəhbərliyi öz səylərini istehsalın təkmiləşdirilməsində , bölgü sisteminin səmərəliliyinin artırılmasında cəmləşdirməli və bu sahədə lazım olan bütün əməli tədbirləri həyata keçirməlidir. Bu konsepsiya 2 halda tətbiq edilə bilər.

    1. Əmtəəyə olan tələb təklifdən çox olduqda. Bu halda rəhbərlik diqqətini istehsalın genişləndirilməsinin metod və üsullarının axtarılıb tapılmasında , istehsak həcminin artırılmasında cəmləşdirməlidir.

    2. Əmtəənin maya dəyəri həddindən artıq çox olduqda və onun aşağı salınması üçün əmək məhsuldarlığının yüksəldilməsi lazım gəldikdə.

Əmtəənin təşkilləşdirilməsi konsepsiyası. İstehsalçıların əldə rəhbər tutduqları daha bir yanaşmadır. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, istehlakçılar ən yüksək keyfiyyət, ən yaxşı texniki - iqtisadi göstəricilər və istismar xassələri, səciyyəvi xüsusiyyətləri təklif edən əmtəələrə qarşı daha çox meyl edəcəkdir. Odur ki, müəssisə öz qüvvəsini əmtəənin daim təkmilləşdirilməsinə istiqamətləndirilməlidir.
Kommersiya amillərinin intensivləşdirilməsi konsepsiyasına bir çox istehsalçılar əməl edirlər. Yanaşmanın bu növ sübut edir ki, əgər müəssisə satış və onun həvəsləndirilməsi sahəsində əhəmiyyətli dərəcədə səy göstərməzsə, istehlakçılar onun məhsullarını qaneedici miqdarda almayacaq və nəticədə müəssisə normal işləyə bilməyəcək və onun gəliri aşağı düşəcək.
Bazar konsepsiyası. Sahibkarlıq fəaliyyətində nisbətən daha yeni və mütərəqqi yanaşma metodu hesab edilir. Onun əsas məzmunu müəssisənin qarşısına qoyduğu məqsədlərinə nail olmasının əsasını məqsədli bazarların ehtiyaclarının və tələbatlarının müəyyənləşdirilməsində, arzu olunan qənaətbəxşliyin rəqiblərdə olduğundan daha səmərəli və məhsuldar üsullarla təmin olunması təşkil edir. Bazar konsepsiyası müəssisənin bilavasitə istelakçının süverenliyi nəzəriyyəsinə tərəfdar olduğunu əks etdirir. Müəssisə istehlakçılara lazım olan məhsulları istehsal edir və onların tələbatlarının tam ödənilməsi hesabına yüksək mənfəət əldə edir.
Sosial – etik marketinq konsepsiyası. Son illər ərzində yaranmış və ən yeni konsepsiyalardan biridir. Bu konsepsiyaya görə müəssisənin əsas vəzifəsi - məqsədli bazarların ehtiyaclarını, tələbatlarını və maraqlarını müəyyənləşdirmək, istehlakçının və bütövlükdə cəmiyyətin rifahının mühafizəsi və möhkəmləndirilməsi ilə yanaşı, tələbatın arzu olunan ödənilmə səviyyəsini daha səmərəli və məhsuldar vasitələrlə təmin etməkdir. Marketinq konsepsiyasını qəbul etmiş müəssisənin bütün fəaliyyəti istehlakçıların tələbatını və yaxın persepetivdə onların dəyişməsini öyrənməyə yönəlməlidir. Məhsul istehsalı alıcıların tələbindən asılı olaraq nizamlanır, gəlirin götürülməsi isə tələbatın ödənilməsi ilə təmin edilir.
2.Ayrı – ayrı müəssisə qarşısında duran məqsədə çatmağa yönəldilmiş marketinq fəaliyyətinin yüksək səmərə ilə həyata keçirilməsini təmin etmək üçün həmin vəzifələrə uyğun gələn marketinq formasını seçməlidir. Marketinqin aşağıdakıı formaları mövcuddur.
1. Əmtəə bazarlarını əhatə etmə dərəcəsinə görə 2 qrupa bölünür.

Yüklə 18,19 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin